İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə228/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   224   225   226   227   228   229   230   231   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
324 
4.
Verilənlərin tamlığının təmin edilməsi
. Təkrarlanmaların aradan 
qaldırılması eyni verilənlərin müxtəlif fayllarda yol verilən uyğunsuzluqlarını 
aradan qaldırmağa imkan verir. Lakin bəzi hallarda təkrarlanmaları tam aradan 
qaldırmaq mümkün olmur. Bu halda eyni verilənlərin müxtəlif fayllardakı 
qiymətləri arasında uyğunluğun təmini üçün verilənlər bazasında lazımı vasitələr 
nəzərdə tutulur; 
5.
Verilənlərin təhlükəsizliyinin təmin edilməsi
. Verilənlərin təhlükəsizliyi 
dedikdə bir tərəfdən onların təhriflərdən və zədələnmələrdən qorunması, digər 
tərəfdən səlahiyyətsiz müraciətlərdən mühafizə edilməsi nəzərdə tutulur. Bunun 
üçün verilənlər bazasında lazımı metodlar və vasitələr nəzərə alınır; 
6.
Verilənlərdən müxtəlif məqsədlərlə istifadə olunması
. Mərkəzləşdirilmiş 
idarə olunma verilənlərin müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün 
istifadə olunmasına zəmin yaradır; 
7.
Optimallaşdırma və standartlaşdırma imkanları
. Müasir proqramlaşdırma 
texnologiyaları yaddaş sərfini və informasiya axtarış vaxtının minimallaşdırılmasını 
təmin edən strukturların və metodların seçilməsinə və tətbiqinə imkan yaradır. 
Verilənlərin və sorğuların təsviri üçün standart üsullardan və dillərdən istifadə 
olunduğundan, informasiya sistemlərinin istismarı və digər sistemlərə verilənlər 
mübadiləsi sadələşir, verilənlərin yoxlanması və bərpası əməliyyatları asanlaşır; 
8.
Xərclərin minimumlaşdırılması
. Verilənlər bazası konsepsiyası ilə qurulan 
informasiya sistemləri faylların fərdi emalı ilə qurulan sistemlərdən 1,5 dəfə ucuz 
başa gəlir. 
 
VERİLƏNLƏR BAZASININ YARADILMASI 
 
Təşkilati baxımdan ixtiyari verilənlər bazasının yaradılması iki müxtəlif 
mərhələdən ibarətdir: 

Layihələndirmə mərhələsi; 

İstismar və ya istifadəçi mərhələsi. 
Layihələndirmə mərhələsində
baza yaradıcıları, yəni proqramçılar və ya baza 
administratorları orada yerləşdiriləcək informasiyanın tərkibini öyrənir, onu 
cədvəllərə ayırır, bu cədvəllərin strukturunu, cədvəllər arası əlaqəni, bazaya ola 
biləcək sorğuları, formaları, hesabatları və s. müəyyənləşdirir, onda yeni obyektlər 
(məsələn, cədvəl, sorğu, forma və s.) yaradır, onun strukturunu verirlər. Onlar 
bazanın strukturunu işləyir və bazaya daxil olmağa tam hüquqları var. Bir bazanın 
bir neçə yaradıcısı ola bilər. 
İstifadəçi mərhələsində
baza formaların köməyi ilə informasiya ilə doldurulur 
(verilənlər bazasının sifarişçisi tərəfindən), sorğular vasitəsilə verilənlərin emalı və 
lazım olan nəticənin hesabatlar şəklində alınması icra olunur. Bir bazanın minlərlə 
istifadəçisi ola bilər. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin