İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


ƏMƏLİYYAT SİSTEMİNİN ƏSAS ALƏTLƏRİ İLƏ İŞİN



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə236/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   232   233   234   235   236   237   238   239   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

ƏMƏLİYYAT SİSTEMİNİN ƏSAS ALƏTLƏRİ İLƏ İŞİN 
YERİNƏ YETİRİLMƏSİ 
 
İstifadəçi ona lazım olan verlənlər bazasını yaratdıqdan sonra ekrana həmin 
verilənlər bazası üzərində əməliyyatı davam etmək üçün iş masasına dialoq 
pəncərəsi açılacaqdır (şəkil 128.).
Dialoq pəncərəsinə nəzər salınsa, orada verilənlər bazasının konkret olduğu, 
baza ilə əməliyyatın yerinə yetirilməsi üçün lazım olan alətlərin və funksiyaların 
isə bütün verilənlər üçün eyniliyi görünəcəkdir. 
Nəzərə almaq lazımdır ki, şəkildə göstərilən verilənlər bazası dialoq 
pəncəsində olan ülgülərdən istifadə olunmaqla hazırlanmışdır. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 335 
 
 
Şəkil 128. Verilənlər bazası ilə əməliyyatı davam etdirmək üçün istifadə olunan 
dialoq pəncərəsi 
 
ƏLAQƏLƏR 
 
Access 2007 əməliyyat sisteminin ekrana açılmış dialoq pəncəsində Office 
2007 paketinin digər əməliyyat sistemlərində olduğu kimi qoşmaları əks etdirən 
lent yerləşir. Lentin ilk qoşması Home (Главная-Baş) qoşmasıdır. Qoşmada 
yaradılmış verilənlər bazasının formatlanması üçün lazım olan parametrlər, 
müxtəlif iş rejimlərinə keçid, təqdim edilən verilənlərin ekranda əks olunmasının 
idarə edilməsi və s. əmrlər dəsti yerləşir (şəkil 129.). 
 
Şəkil 129. Home (Главная-Əsas) qoşması


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
336 
İstifadəçi Creating (Создание-Yaratma) qoşmasından istifadə etməklə 
cədvəllər, formalar, elementlər və diaqramlar, sorğular və həmin sorğulara uyğun 
hesabatlar, həmçinin ona lazım olan digər əməliyyatları yerinə yetirə bilər (şəkil 
130.). 
 
Şəkil 130. (Создание-Yaratma) qoşması 
(Внешние данные-Xarici verilənlər) qoşması istifadəçiyə verilənlərin xarici 
fayllardan import olunmasına və ya həmin verilənlərin xarici fayllara eksport 
olunmasına imkan verir. İstifadəçi xarici fayl kimi Excel fayllarından, Access 
verilənlər bazasından, mətn fayllarindan istifadə edə bilər (şəkil 131.).
İmport və eksport funksiyalarından istifadə əsasən istifadəçinin böyük 
həcmə malik fayllarla işləməsi zamanı əlverişlidir. 
 
Şəkil 131. (Внешние данные-Xarici verilənlər) qoşması 
(Работа с базами данных-Verilənlər bazası ilə işin təşkili) qoşmasından 
əksər hallarda peşəkar istifadəçilər bəhrələnirlər. Qoşmaya daxil olan alətlər 
mürəkkəb 
əməliyyatların 
(idarəetmənin 
təhlili 
və 
informasiyanın 
sinxronlaşdırılması, münasibətlərin əks olunması, makroslarla işin təşkili və s.) 
yerinə yetirilməsində önəmlidir (şəkil 132.).



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin