İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə237/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   233   234   235   236   237   238   239   240   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 337 
 
Şəkil 132. (Работа с базами данных-Verilənlər bazası ilə işin təşkili) qoşması 
 
(Работа с базами данных-Verilənlər bazası ilə işin təşkili) qoşmasından 
istifadə edərkən ekrana açılmış pəncərənin sol tərəfində (Область переходов-
Keçid sahəsi) təlqini əmələ gəlir. İstifadəçi təlqindən istifadə etmək üçün mausun 
oxunu onun üzərinnə gətirib sol düyməni sıxmalıdır (şəkil 132.). 
Verilənlər bazasından istifadə edən istifadəçi bəzən cədvəllərlə işləməli olur 
(Режим таблицы-Cədvəllər rejimi) qoşması – şəkil 133.). 
 
Şəkil 133. (Режим таблицы-Cədvəllər rejimi) qoşması 
 
Bu baxımdan da o, yaratdığı cədvələ müəyyən əlavələr etmək istəsə, onda 
ekrana açılmış dialoq pəncərəsindəki (Новый контакт-Yeni əlaqə) düyməsini 
sıxmalıdır (şəkil 132.). Nəticədə ekrana yeni dialoq pəncərəsi açılacaq (şəkil 
134.). 
İstifadəçi ekrana açılmış dialoq pəncərəsinin uyğun yerlərinə əlaqə 
yaratmaq üçün lazım olacaq soyadını, adını, ünvanını, telefon nömrəsini və s. 
məlumatları daxil etməlidir. Əməliyyatları yerinə yetirmək üçün mausun oxunu 
lazım olan sahəyə gətirib sol düyməni iki dəfə sıxmaq kifayətdir. Bu zaman 
ekrana açılmış pəncərədən (Добавить-Əlavə et) düyməsini sıxmalı və əlaqə üçün 
önəmli olan foto faylına yolu göstərmək lazımdır. 
Bəzən daxil edilmiş məlumatlardan bəziləri istifadəyə yararsız sayılır. Lazım 
olmayan veriləni ləğv etmək üçün onu seçib Home (Главная-Əsas) qoşmasındakı 
(Записи-Qeydiyyatlar) qrupuna daxil olan (Удалить-Ləğv et) düyməsinin sıxılması 
kifayətdir (şəkil 129.). 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
338 
 
 
Şəkil 134. Əlaqə haqqında məlumatların daxil edilməsi və redaktəsi 
Əgər istifadəçi hazırladığı verilənlər bazasını yaddaşa yazmaq istəyirsə, onda 
(Главная-Əsas) qoşmasındakı (Записи-Qeydiyyatlar) qrupuna daxil olan Save 
(Сохранить-Yaddaşa yaz) düyməsini sıxlmalıdır. İş prosesində istifadəçiyə 
hazırladığı verilənlərin təqdimatı zamanı onları dəyişmək lazım gəlir. Bunun üçün 
o, (Главная-Əsas) qoşmasında sol tərəfdə yerləşən View (Вид-Görünüş) 
düyməsindən istifadə edə bilər. Düyməni sıxdıqda iş masasına açılmış pəncərədən 
əməliyyatı yerinə yetirməyə uyğun olan təqdimat rejimlərdən birini: (Сводная 
таблицы-Cədvəllər toplusu)nu, (Режим таблицы-Cədvəllər rejimi)ni, (Сводная 
диаграмма-Diaqramlar toplusu)nu və ya (Конструктор-Konstruktor) rejimini 
seçə bilər (şəkil 135.). 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin