İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə240/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   236   237   238   239   240   241   242   243   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
342 
qurulması ilə bağlı ümumi prinsiplər də mövcuddur. 
Kompüter qrafikası şərti olaraq hissələrə bölünərək araşdırılır. 
Birinci hissənin məqsədi təsvirlərin yaradılması və saxlanmasının əsas 
məsələlərini öyrənməkdən ibarətdir. Əsas məsələlərdən birincisi qrafik təsvirlərin 
təsvir üsulları, rastr və vektor qrafikadır. 
Rast qrafikası redaktorunda təsvirlərin formalaşdırılması üçün yüzlərlə və 
minlərlə (hətta milyonlarla) nöqtədən, vektor qrafikası redaktorlarında isə təsvir-
obyektləri saxlamaq üçün riyazi formulalardan istifadə edilir. 
Təsvirlərin təsvir üsulu təsvirlərin redaktə edilmə keyfiyyətinə, çap 
edilməsinə, həmçinin onların yaddaşda tutduğu həcmə əhəmiyyətli təsir göstərir. 
Belə ki, təsvirin necə şərh edildiyini bilməklə onun nə üçün düzgün çap 
edilmədiyini, sərt diskdə çox yer tutduğunu, təsvirin ölçüsü dəyişdiriləndə onun 
niyə pilləvari və ya pis görünüşə malik olmasının səbəbini aydınlaşdırmaq olur.
İkinci əsas məsələ rəng və onun şərh üsuludur. Cisimlərin görunməsi üçün 
onlar ya işıg ilə şüalanmalı, ya da işığı əks etdirməlidirlər. Rəng həm şüalanma, 
həm də əksetdirmə prosesində alına bildiyinə görə onun şərh edilməsinin müxtəlif 
üsulları mövcuddur. Əslində rəngin nədən ibarət olduğunu və onun kompüterdə 
necə yaradıldığını bilməyin özü bir çox problemləri həll etməyə kömək edir. Bu 
məsələlər haqqında təsəvvür olandan sonra rahatca anlamaq olur ki, kağızda çap 
edilən təsvir, niyə ekranda göründüyü kimi dəqiq alınmır. 
Üçüncü əsas məsələ grafik faylların formatlarıdır. Sonrakı mərhələlərdə emal 
ediləcək (işlənəcək) təsvirlərin saxlanması problemi olduqca böyük əhəmiyyət 
kəsb edir. Qrafik redaktorların hamısı üçün qrafik faylları saxlamaqdan ötrü vahid 
format yoxdur və ola da bilməz. Lakin elə formatlar da var ki, onlar bir sira 
predmet oblastları üçün standart formatlar hesab edilir. Qrafik formatların 
xüsusiyyətlərini bilmək təsvirlərin səmərəli saxlanması və müxtəlif əlavələr 
arasında məlumat mübadiləsinin həyata keçirilməsi üçun böyük əhəmiyyət kəsb 
edir. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin