İ N F O R M A T İ K A ____________________________________________________________ 341
FƏSİL XVII. KOMPÜTER QRAFİKASI İnformatikanın kompüterdən istifadə ilə təsvirlərin yaradılması və redaktə
edilməsi üsulları ilə məşğul olan sahəsi kompüter qrafikası adlanır.
Müxtəlif peşə sahibləri:
Müxtəlif elm və tətbiq sahələri ilə məşğul olan tədqiqatçılar;
Rəssamlar;
Konstruktorlar;
Kompüter dizaynı ilə məşğul olan mütəxəssislər;
Dizaynerlər;
Reklam məhsulları hazırlayanlar;
Veb–səhifələrin hazırlanması ilə məşğul olanlar;
Multimedia təqdimatı hazırlayan müəlliflər;
Səhiyyə işçiləri;
Parça və geyim modelyerləri;
Fotoqraflar;
Tele-video montajla məşğul olan mütəxəssislər və digərləri öz işlərini
sahmana salmaq üçün kompüter qrafikasından istifadə edirlər.
Adətən kompüterin ekranında təsvirlər qrafika proqramlarının köməyi ilə
yaradılır. Kompüter qrafikası proqramlarına rastr və vektor qrafikaları, fraktal
grafika, üçölçülü obyektləri yaratmaq və redaktə etmək üçün istifadə edilən
proqramlar, avtomatlaşdırılmış layihələndirmə sistemləri daxildir.
Avtomatlaşdırılmış sistemlər çox maraqlidır, lakin nəzərə almaq lazımdır ki,
onlardan peşəkar istifadə yaxşı hazırlıq tələb edir. Məsələn, avtomatlaşdırılmış
layihələndirmə sistemi olan AutoCAD proqramından peşəkar memarlar binaların
layihələndirilməsi və şəhərlərin planlaşdırılması üçün istifadə edirlər.
Kompüter qrafikasının əsas məqsədi təsvirlərin yaradılması və saxlanması
prinsipləri barədə ətraflı məlumat verməklə yanaşı daha populyar qrafik
redaktorların əsas imkanlarını araşdırmaqdan ibarətdir.
Kompüter qrafikasının təyinatı kompüterin yaddaşında təsvirlərin
kodlaşdırılması, yaradılması, redaktə edilməsi və saxlanması üsullarını hərtərəfli
öyrətməkdən ibarətdir.
Kompüter qrafikasında əldə edilən biliklər fizika, kimya, biologiya, eləcə də
digər elm sahələrinə aid olan elmi və tətbigi tədqiqatların nəticələrini
vizuallaşdırmağa imkan verir. Yaradılan təsvirlər natiqlərin nitq materiallarında,
məqalələrdə, multimedia təqdimatlarında istifadə edilməklə yanaşı Veb–
səhifələrində də yerləşdirilə bilər (və ya mətbəə sistemi sənədlərinə daxil edilə
bilər).
Adətən qrafik redaktorlar fərqli imkanlara malik olur. Lakin təsvirlərin