İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə235/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   231   232   233   234   235   236   237   238   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
332 
Şəkil 124. Microsoft Access 2007 əməliyyat sisteminin əsas pəncərəsi 
Şəkil 125. Seçilmiş əmrə uyğun olaraq ekrana açılmış ülgülərin siyahısı 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 333 
Əgər istifadəçi proqram tərəfindən ona təklif olunan ülgülərdən istifadə 
etməklə verilənlər bazası yaratmaq istəyirsə, onda o, öncə mausun oxunu seçdiyi 
ülgünün üzərinə gətirib sol düyməni sıxmalı (şəkil 126.), sonra isə əməliyyatı 
tamamlamaqdan ötrü dialoq pəncərəsinin aşağı/sağ küncündə yerləşən New 
(Создать-Yeni) düyməsini sıxmalıdır (şəkil 127.). 
Bəzən istifadəçi daxilində verilənlər bazası olmayan boş fayl yaratmalı olur. 
Bunun üçün o, dialoq pəncərəsinin orta hiisəsində yerləşən (Новая база данных-
Yeni verilənlər bazası) işarəsini, sonra isə (Создать-Yeni) düyməsini sıxmalıdır 
(şəkil 127.). 
Dialoq pəncərəsində (Создать-Yeni) düyməsinin altında yerləşən sahəyə 
yaradılmış verilənlər bazası faylının ixtiayrı adı daxil edilməlidir. Düymənin sağ 
tərəfindəki sahə isə istifadəçiyə susmaya görə yaradılmış fayla gedən yolu 
dəyişməyə imkan verir.
Şəkil 126. Dialoq pəncərəsindən ülgünün seçilməsi 
 
Əgər istifadəçi (Создать-Yeni) düyməsini sıxarsa, onda o, iş masasına 
açılmış dialoq pəncərəsindən (Windows əməliyyat örtüyünün prinsipinə uyğun 
olaraq) istifadə etməklə yaratdığı faylın tipini, həmçinin onun yaddaşa yazılması 
üçün lazım olan yolu seçə bilər.
 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
334 
Şəkil 127. Əməliyyatı tamamlamaqdan ötrü dialoq pəncərəsindəki (Создать-Yeni) 
düyməsinin sıxılması 
Access 2007 əməliyyat sistemi istifadəçiyə verilənlər bazasını aşağıdakı 
formatlarda saxlamağa imkan verir: 

Microsoft Office Access 2002-2003 verilənlər bazası; 

Microsoft Office Access 2000 verilənlər bazası; 

Microsoft Office Access 2007 verilənlər bazası; 

Microsoft Office Access proyektləri. 
Seçim həyata keçirildikdən sonra istifadəçi OK düyməsini sıxmaqla yaratdığı 
faylı ona lazım olan parametrlərlə yaddaşa yaza bilər. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin