İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə247/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   243   244   245   246   247   248   249   250   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 349 
Mavi, al-qırmızı və sarı rənglər yüksək faizlə qarışdırılanda qara rəng əmələ 
gətirir. Daha dəqiq desək, bu rənglər qarışdırılanda nəzəri olaraq qara rəng 
alınmalıdır. 
Boyaların bəzi xüsusiyyətlərinə görə bu rənglər qarışdırılanda qonur-ləkə 
çaları alınır. Ona görə də bu rəngə çap prosesində qara boya da əlavə edilir. 
Subtraktiv rəng modeli CMYK (Cyan –mavi, Magenta – al-qırmızı, Yellow – 
sarı, blacK – qara) abbreviaturası ilə işarə edilir. 
RGB və CMYK modellərində rənglərin alınma üsulu fərqli olduğuna görə 
monitorda görünən rəngləri olduğu kimi çap etmək olduqca çətindir. 
QRAFİK FAYLLARIN FORMATLARI 
 
Qrafik təsvirlərlə iş prosesində onların sonrakı mərhələlərdə işlənməsi üçün 
kompüterin yaddaşında saxlanması ən vacib problemlərdən biridir. Bu problemlə 
ixtiyari qrafik sistem istifadəçiləri daim qarşılaşmalı olur. Təsvir son formasını 
alana qədər o, bir neçə qrafik proqram vasitəsi ilə emal prosesini keçməlidir. 
Məsələn, fotoşəkil əvvəlcə skanerə edilir və kompüterə köçürülür, sonra 
Adobe Photoshop proqramından istifadə edilməklə görünüş qüsurları aradan 
qaldırılır və rənglərin korreksiyası aparılır. Bundan sonra alınan təsvir iş 
prosesində qurulacaq təsvirlərə əlavə edilmək üçün CorelDRAW və Adobe 
Illustrator kimi təsvirlərin yaradılması üçün nəzərdə tutulan proqramlara eksport 
edilir. 
Jurnal məqaləsi və ya kitab üçün hazırlanan təsvir adətən QuarkXPress və ya 
Adobe PageMaker kimi mətbəə sistemlərinə import edilməli olur. 
Multimedik təqdimat üçün hazırlanan təsvir isə çox güman ki, Microsoft 
PowerPoint və Macromedia Director kimi proqramlardan istifadə edilməklə 
hazırlanır və yaxud da Veb-səhifəsində yerləşdirilir. 
Qrafik faylın formatı
- qrafik məlumatların xarici daşıyıcıda təsvir edilməsi 
üsuludur.
Standartlar hələ mövcud olmayan vaxtlarda qrafika proqramlarını 
hazırlayanların hər biri öz əlavələri üçün təzə format yaradırdılar. Ona görə də 
müxtəlif proqramlar (mətn prosessorları, mətbəə sistemləri, illüstrativ qrafika 
paketləri, CAPR-avtomatlaşdırılmış layihələndirmə sistemləri) arasında məlumat 
mübadiləsi zamanı ciddi problemlər yaranırdı. Keçən əsrin 80-ci illərin 
əvvəllərindən başlayaraq inkişaf etmiş ölkələrin rəsmi qurumları əvvəlcə müxtəlif 
əlavələr üçün ümumi formatlar yaratmaq haqqında qərar qəbul etdilər və müvafiq 
qurumlara bu barədə tapşırıqlar verdilər. Qərara uyğun olaraq sahə 
mütəxəssisləri işə başladılar. 
Qeyd etmək lazımdır ki, təsvirə ediləcək bütün əlavələr üçün yararlı olan 
vahid format yoxdur və ola da bilməz. Lakin bəzi formatlar bir sira predmet 
sahələri üçün standart formatlara çevrilmişdir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin