İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə249/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   245   246   247   248   249   250   251   252   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 351 
Çoxsaylı naxışlara malik olan təsvir 0,1-dən əvvəlki ölçüyə kimi sıxıla bilər. LZW 
sıxma üsulu TIFF və GIF fayllara tətbiq edilir. Bu üsulla GIF formatlı məlumatları 
həmişə sıxmaq mümkündür. TIFF formatlı fayllar üçün sıxma imkanının 
seçilməsini istifadəçi müəyyən edir. TIFF formatının digər sıxma üsulları tətbig 
edilən variantlarda mövcuddur. Sıxma sxemləri fərqli olduğuna görə TIFF 
formatının bəzi versiyaları bırgəliyə malik olmaya bilər, yəni TIFF formatına malik 
olan faylı, əslində onu tanımalı olan bəzi qrafika proqramları ilə oxumaq olmur. 
Başqa sözlə, TIFF formatların heç də hamısı eyni deyil. Bu problemin mövcud 
olmasına baxmayaraq TIFF formatı hal - hazırda ən populyar rastr formatlardan 
biri hesab edilir. 
JPEG sıxma üsulu fotografiya keyfiyyətinə malik olan təsvirlər üçün yüksək 
sıxma əmsalını təmin edir. Bu üsulla 100:1 nisbətində sıxılma təmin edilə bilir. 
Belə sıxma üsulundan istifadə edilən JPEG fayl formatı fotoqrafiya üzrə birləşmiş 
ekspertlər qrupu (Joint Photographic Experts Group) tərəfindən hazırlanmışdır. 
Yuksək sıxma əmsalı sıxmadan sonra alınan faylda məlumatın bir hissəsinin 
itməsi hesabına alınır. JPEG üsulunda insan gözünün parlaqlığın dəyişməsinə çox 
həssas, rəngin dəyişməsinə isə az həssas olması faktorundan istifadə edilir. Ona 
görə də bu üsulla sıxma zamanı piksellərin parlaqlıqlarının fərqi haqqında daha 
çox, rənglərin fərqi haqqında isə daha az informsiya saxlanır. Qonşu piksellərin 
minimal rəng fərqini hiss etmək çətin olduğuna görə sıxılmış təsvirin görünüşü 
əvvəlki təsvirin görünüşündən demək olar ki, fərqlənmir. İstifadəçiyə sıxma 
dərəcəsini müəyyən etməklə itkinin səviyyəsini idarə etmək inkanı verilir. Məhz bu 
xüsusiyyətdən istifadə etməklə hər bir təsvir üçün daha münasib emal rejimi 
seçmək olur. Başqa sözlə sıxma əmsalını göstərməklə təsvirin keyfiyyəti ilə 
yaddaşa qənaət arasında seçim aparmağa imkan yaranır. 
Saxlanan təsvir yüksək bədii tərtibat üçün nəzərdə tutulan fotoqrafiya olarsa, 
şəklin mümkün olan qədər dəqiq görünməsindən ötrü heç bir itkidən söhbət 
getməməlidir. 
Əgər təsvir təbrik açıqcasinda yerləşdiriləcəksə, ilkin informasiyanın bir 
hissəsinin itməsi böyük əhəmiyyət daşımayacaq. Hər bir təsvir üçün daha 
münasib itki səviyyəsini eksperiment yolu ilə müəyyən etmək olar.

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin