İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


FAYLIN FORMATININ DƏYİŞDİRİLMƏSİ



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə250/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   246   247   248   249   250   251   252   253   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

FAYLIN FORMATININ DƏYİŞDİRİLMƏSİ 
 
Qrafik faylların formatının dəyişdirilməsinə zərurət müxtəlif səbəblərdən 
yarana bilər. Məsələn, istifadəçi işlədiyi proqram faylın formatını qəbul etməyə 
bilər və ya digər istifadəçiyə təgdim edilməli olan məlumatlarin xüsusi formatda 
təqdim edilməsi lazım ola bilər. Belə hallar müşahidə ediləndə qrafik faylın 
formatını dəyişmək zərurəti yaranır. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
352 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 353 
 
FƏSİL XVIII. KOMPÜTER ŞƏBƏKƏLƏRİ. İNTERNET 
 
 
KOMPÜTER ŞƏBƏKƏLƏRİ HAQQINDA ÜMUMİ 
ANLAYIŞ VƏ ONLARIN TƏYİNATI 
Kompüter şəbəkəsi dedikdə, rəqəm ötürən rabitə xətləri ilə birləşdirilmiş və 
bir-biri ilə informasiya mübadiləsi edən kompüterlər qrupu nəzərdə tutulur. 
Şəbəkədə birləşdirilmiş kompüterlər müxtəlif coğrafi nöqtələrdə yerləşə bilər. 
Kompüter şəbəkəsi ilə çoxmaşınlı kompleksi eyniləşdirmək olmaz. Çünki 
çoxmaşınlı kompleksə daxil olan hər bir maşın vahid hesablama prosesində ayrıca 
bir iş görür. İstənilən kompüter miniatür çoxmaşınlı kompleksdir. Çünki 
kompüterin tərkibinə müxtəlif kontrollerlər və adapterlər daxildir ki, bunların da 
hər birinin özünəməxsus funksiyası, prosessoru və yaddaşı vardır. Çoxmaşınlı 
kompleks həm də özünü iri maşın (maynfreym) kimi aparır. 

Yeni nəsil IBM maynfremi 
Belə maşınların tərkibində xarıcı qurğuların idarə edilməsi kimi köməkçi 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
354 
funksiyalar icra edən köməkçi kompüterlər vardır. Çoxmaşınlı kompleksdən fərqli 
olaraq şəbəkədə birləşdirilmiş maşınların icra etdikləri funksiyalar əvvəlcədən 
məlum deyil, şəbəkənin quruluşu dəyişə biləndir və müxtəlif proseslərdə 
kompüterlərin qarşılıqlı fəaliyyəti müxtəlif ola bilir. Şəbəkənin işi yalnız 
kompüterlər arasında informasiya mübadiləsini reallaşdırmaqdan ibarət olur. 
Kompüterlərin şəbəkədə birləşdirilməsi meyli bir sıra obyektiv səbəblərlə, o 
cümlədən, iqtisadiyyatın qloballaşdırılması, işgüzar fəaliyyətin və dövləti işlərin 
idarə edilməsi səviyyəsinin yüksəldilməsi, informasiya xidmətinin yeni növlərinin 
meydana çıxması ilə bağlıdır.
Müəssisədəki kompüterlərin birləşdirilməsi və şəbəkə aşağıdakı üstünlüklərə 
malikdir: 

İş yerlərində icra edilən idarəetmə əməliyyatları bir proqramla, vahid 
qayda və vahid vasitələrlə həyata keçirilir; 

Şəbəkədən istifadə edilməsi zamanı müəssisənin bütün verilənləri bir 
(bəzən bir neçə) kompüterdə yerləşdirilir ki, bu da həmin verilənlərə 
bütün iş yerlərindən müraciət etmək imkanı verir; 

Disk yaddaşına qənaət edilir; 

Sistemə daxil edilən informasiya həmin andan etibarən bütün istifadəçılər 
üçün də əlçatan olur; 

Çoxistifadəçili rejim təmin edilir; 

Periferiya qurğularından (printerdən, maqnit diskindən və s.) şərikli 
istifadə edilir. 
Sadalanan bu funksiyalar 
proqramların paylanması

verilənlərin paylanması
və 
kompüter resurslarının paylanması
adlanır. Bununla yanaşı şəbəkədə prosessor 
resursları da paylana bilir, yəni, az güclü kompüter güclü kompüterin 
resurslarından istifadə edə bilir.
Kompüter şəbəkələri lokal, regional və qlobal olur. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin