kadr deyilir. Rabitə kanalı və ya qəbuledici qurğu bu və ya digər
səbəbdən işə hazır deyilsə, buna
şəbəkə konflikti deyilir. Konflikti həll etmək
üçün ötürməni təxirə salmaq lazımdır.
Şəbəkə səviyyəsinin protokolları lokal şəbəkə daxilində fəaliyyət göstərir.
Bu səviyyədə şəbəkə modulu ötürülən informasiyadan mənbə və ünvan barədə
lazımi informasiyanı əlavə edir. Nəticədə hansı kompüterin hansı kompüterlərlə
bağlantıya malik olduğu məlum olur.
TCP/IP ailəsinə daxil olan
IP (Internet Protokol)
şəbəkə səviyyəsinə aiddir.
Nəqliyyat səviyyəsinin protokolları aralarındakı məsafədən asılı
olmayaraq iki kompüter arasında kəsilməz ötürməni təmin edir. Protokollar
sistemində nəqliyyat səviyyəsi iki protokolla təmsil olunur:
TCP – Transmission
Control Protocol
və
UDP – User Datagramm Protocol.
Bir seans daxilində müxtəlif kompüterlər bir neçə dəfə informasiya
mübadiləsi etdikdə
seans səviyyəsindən istifadə edilir.
Məlumatın ötürülməyə hazırlanmasına
tətbiqi səviyyədə başlanır. Bu
səviyyəyə məlumat ötürən tətbiqi proqram cavabdehdir. Tətbiqi səviyyəyə
http ,
telnet və s. İnternet servisləri aiddir.
LOKAL ŞƏBƏKƏ TOPOLOGİYASI Lokal şəbəkə topologiyası dedikdə, şəbəkə düyünlərinin birləşdirilməsinin
həndəsi forması nəzərdə tutulur. Ulduzşəkilli, dairəvi, şin topologiyaları və s. geniş
yayılmışdır.
Ulduzşəkilli topologiyada düyünlərdən biri mərkəz olur. Mərkəzi
kompüter bütün işçi stansiyalarla birbaşa əlaqələndirilir. Bu topologiyada konflikt
yaranmır, lakin kabel sərfi artır. Məhsuldarlıği yüksək olsa da, şəbəkənin etibarlığı
mərkəzi kompüterin etibarlığı qədərdir. İcazəsiz müdaxilədən qorunmaq asandır.