İ N F O R M A T İ K A
____________________________________________________________
370
Vik Heyz
Wi-Fi şəbəkəsinin yaradıcısı Vik Heyz (Vic
Hayes) rəhbərlik etdiyi qrupun köməkliyi ilə IEEE
802.11b, IEEE 802.11a və IEEE 802.11g
standartlarının
hazırlanmasında
fəal
iştirak
etmişdir. IEEE 802.11n standartı 11
sentyabr
2009-cu ildə təsdiq edildi. Standartdan istifadə
etməklə verilənlərin
ötürülmə sürəti əvvəlki
standartlarla müqayisədə (maksimal sürət 54
Mbit/saniyəyə bərabər idi) dörd dəfə artırıldı.
2011-2013-cü illərdə yeni standart yaradıldı və
həmin standartın (IEEE 802.11ac standartı
nəzərdə tutulur) tam qəbulu 2014-cü ilə
planlaşdırıldı. Yeni standartda informasiyanın
ötürülmə sürəti Qiqabit/saniyələrlə ölçülməsi
nəzərdə tutuldu.
Wi-Fi lokal naqilsiz şəbəkədə fiziki mühit kimi
radiotezlikli və ya infraqırmızı
diapozona malik
mühiddən istifadə edilir.
Lokal şəbəkələrdə mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş iki əsas
idarəetmə prinsipi mövcuddur.
Dostları ilə paylaş: