İ N F O R M A T İ K A ____________________________________________________________ 379
ARPANET layihəsi çərçivəsində həyata keçirilən iş paketlərin kommutasiyası
ilə şəbəkələrin yaradılmasına əsaslanır. Bu şəbəkə növündə informasiya (məsələn,
xəbər) böyük olmayan paketlərə bölünür, həmin paketlər təyin olunmuş yerə
çatana qədər səmərəli marşrut seçərək
bir-birindən asılı olmayaraq müxtəlif
şəbəkələrdə yerini dəyişir. Sonda bütün
paketlər lazımı yerə çataraq yenidən
birləşərək
ilkin
formanı
alır.
Kompüterlərin eyni hüquqlu olması
informasiyanın konkret bir kompüterdən
asılılığını
aradan
qaldırır.
Bu
texnologiyaya
əsasən
əgər
kommunikasiya xəttinin bir hissəsi
sıradan çıxarsa, böyük olmayan paketlər
digər işləyən xətlərə ötürülə bilər.
ARPANET sistemi uzaq məsafədə olan
kompüter mərkəzləri ilə əlaqələri
yaradırdı. Bu sistem elektron poçtunun
göndərilməsi və informasiya mübadiləsi
üçün istifadə olunurdu. Sistem inkişaf
edərək, 1983-cü ildə iki şəbəkəyə:
Leonard Kleynrok
ARPANET və MILNET şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər,
ARPANET şəbəkəsi isə elmi tədqiqatlar məqsədi üçün nəzərdə tutulur. Son
nəticədə iki şəbəkə arasında informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə
İnternet adı ilə dünyada tanınır.
İnternet qlobal şəbəkədə birləşmiş kompüterləri, proqramları, verilənlər
bazalarını, faylları və nəhayət insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkə
sistemidir.
Statistik hesablamalara əsaslanaraq demək olar ki, İnternet sistemi ilə
dünyada çoxlu sayda ölkələrin bir neçə yüz milyonlarla istifadəçisi bir-biri ilə sıx
informasiya mübadiləsi edirlər. Göstəricilər zaman keçdikcə artmaqdadır. Təxmini
alınmış hesablamalardan məlum olur ki, İnternetdə hər ay istifadəçilərin sayı 2
milyona qədər çoxalır (bəlkədə daha çox), hər dəqiqədə isə sistemə təxminən 46
yeni istifadəçi (bəlkə daha da çox) qoşulur. Hər yeni qoşulan istifadəçiyə
İnternetdə yeni ünvan verilir.
İnternet şəbəkəsi hazırda dünyada ən böyük informasiya resurslarına malik
olan qlobal bir şəbəkədir. İnternet şəbəkəsi istifadəçiyə praktiki olaraq hüdudsuz
informasiya resursları təqdim edir. Uyğun tətbiqi proqram təminatı və sadə qrafiki
interfeys istənilən istifadəçiyə İnternet xidmətindən istifadə etmək imkanı verir.
İnternet ümumdünya informasiya - kompüter şəbəkəsidir. İnternetdə
informasiya serverlərdə saxlanılır. Serverlərin öz ünvanları olur və onlar