İ N F O R M A T İ K A ____________________________________________________________ 387
NNTP protokolunun tətbiq edildiyi sistemlərdəndir.
Məlum olduğu kimi hazırda hər bir dəqiqə ərzində dünyada minlərlə
konfranslar, görüşlər keçirilir, diskussiyalar edilir, müəyyən problemlər ətrafında
fikir mübadiləsi aparılır, onlar barəsində müəyyən məqalələr çap edilir və s. Məhz
İnternetin xəbər xidməti vasitəsilə belə fəaliyyətlər bir yerə yığılaraq
sistemləşdirilir və müəyyən mövzuya marağı olan istifadəçilərə bu yığıncaqlarda
interaktiv iştirak etmək imkanı yaradılır.
UseNet gündə 24 saat, ildə 365 gün fəaliyyət göstərən bir sistemdir. O gün
ərzində təxminən 5 minə yaxın (bəzi hallarda daha çox) mövzunu əhatə edən
görüşlərin keçirilməsinə imkan verir. UseNet sistemi vasitəsilə müəyyən mövzunu
seçmək, gedən “söhbətləri” izləmək və hətta həmin mövzuya aid məqalə də
göndərmək olar. Bəzi qrupları (adətən müəyyən elmi məqalələri) “idarəedən”lər
vardır və onlar daimi olaraq müəyyən mövzu ətrafında gedən söhbətləri və
məqalələri diqqət mərkəzində saxlayırlar. Əgər göndərilən məqaləni həmin
görünüş mövzusunda uyğun hesab etmirlərsə, onu UseNet sistemində dərc
etmirlər və ya müəyyən vaxt məhdudiyyəti qoyurlar.
Gopher FTP protokolunun kompüterlərarası fayl mübadiləsinin öhdəsindən
yaxşı gəlməsinə baxmayaraq, bu sistemdə fayllarla işləmək üçün digər zəruri
vasitələr yoxdur. Buna görə fayl mübadiləsinin daha mükəmməl sistemi olan
Gopher işlənib hazırlanmış və İnternetin xidmətləri sırasına daxil edilmişdir.
Gopher sistemi fayla təkcə onun ünvanına, domen adına görə deyil, həm də
onun tərkibinə görə, yəni faylın əhatə etdiyi mövzuya görə də axtarılır. Gopher
ekranında menyu sistemi vardır. Baş menyunun hər bir elementi Gopher-in
konkret funksiyasını xarakterizə edir. Gopher sisteminin quruluşu istifadəçiyə
imkan verir ki, o FTP və TelNet (uzaqda yerləşən terminal protokolu) kimi
sistemlərlə inteqrasiya olunmuş formada işləsin. Belə ki, istifadəçi baş menyunun
elementlərindən birini seçməklə sistem Gopher-serverdən kənara çıxaraq fayl
axtarışını FTP və TelNet serverlərdə davam edə bilər.
Hazırda mövcüd olan Gopher-serverlərin siyahısı bir neçə mindən artıqdır.
Bütün Gopher kompüterlər (serverlər) - indekslər vasitəsilə Gopherspase
(Gopher mühit) adlanan vahid axtarış sistemi formasında birləşdirilmişdir. Əgər
FTP sistemi şəbəkə vasitəsilə müəyyən proqramların axtarışı üçün nəzərdə
tutulubsa, Gopher sistemi ünvanların, kitab kataloqlarının, sorğu materiallarının,
bir sözlə mətn informasiyasının axtarışı üçün işlənib hazırlanmışdır.
TelNet İnternetin ilk protokollarından biridir. Bu protokol uzaq məsafədə
yerləşən və İnternet şəbəkəsinə qoşulan kompüterin resurslarından istifadə
etməyə imkan verir. TelNet sistemi vasitəsilə şəbəkəyə qoşulmuş istənilən host
kompüterə müraciət etmək, onun sisteminə müəyyən əmrlər vermək, həmin
kompüterlərdə mövcud olan istənilən proqramı yükləmək və s. əməliyyatları
yerinə yetirmək mümkündür. Bu zaman istifadəçinin kompüteri bilavasitə host
kompüterə (uzaqda yerləşən terminala) “çevrilir” və istifadəçi özünü həmin
kompüterin ekranı arxasında oturmuş hiss edir.