İ N F O R M A T İ K A ____________________________________________________________
390
Kbaytdan artıq olmayan informasiya ötürülür. Marşrutizatorların köməyi ilə
İnternetin ayrı-ayrı hissələri bir-biri ilə əlaqə yaradır. Marşrutizatorlar paketlərin
haraya göndərilməsi haqda qərar qəbul edirlər. Yerli altstansiya onu digər
altstansiyaya göndərir. Bu əməliyyat xəbərin ünvana çatmasına qədər davam
edir. Səbəkələr arası IP (İnternet Protokol) protokolu ünvanlaşdırmağa
“cavabdeh”dir və şəbəkədə paketlərin hərəkətini təyin edir.
IP-ünvan bir-biri ilə nöqtələrlə ayrılmış 4 baytdan (və ya 32 bitdən)
ibarətdir. Məsələn, Macintosh firmasının fərdi kompüterləri 198.70.150.9 IP
ünvanına malikdir.
İNTERNETDƏ RESURSLARIN ÜNVANLAŞDIRILMASI Ümumdünya şəbəkəsi olan İnternetdə hər bir kompüter (əslində,
kompüterin şəbəkə adapteri) eyni zamanda 3 ünvan alır: birincisi,
adapterin zavod nömrəsidir , ikincisi,
IP ünvanın kodudur , üçüncüsü,
domen ünvanıdır ki, bütün bunlar da istifadəçi interfeysi üçün nəzərdə tutulmuşdur.
IP-ünvanı 4 baytlıq ölçüyə malikdir və 3 hissədən ibarətdir: IP –ünvanın
ranqı, lokal şəbəkənin nömrəsi və şəbəkə daxilindəki kompüterin nömrəsi. IP –
ünvanın ranqı bu tipdən olan şəbəkələrin sayını və maksimal ölçüsünü təyin edir.
Şəbəkənin nömrəsi qeydiyyat zamanı verilir. Şəbəkənin nömrəsini şəbəkənin
sahibi olan təşkilat verir. Şəbəkə daxilində kompüterin nömrələnməsi isə şəbəkə
inzibatçısının səlahiyyətindədir.
Ünvanların domen təşkilatı
DNS (
Domain Name System ) iyerarxik
quruluşludur. Yuxarı səviyyənin bir neçə domeni vardır ki, bunların da hər birinə
müəyyən ad verilir
.
Növbəti səviyyə domeni yuxarı səviyyə domeninə yeni ad
əlavə etməklə yaradılır. Domen adları sistemi İnternet xidmətləri içərisində
mərkəzi yerlərdən birini tutur.
İnternet məlumatları sərbəst ötürməyi həyata keçirməklə stansiya ünvanına
xüsusi tələb qoyur. Tələb əsasən ondan ibarətdir ki, ünvan formatlı olmaqla
informasiyanın avtomatik işləməsinə imkan yaratsın. Bu cəhətdən hər bir
kompüter üçün ünvan müəyyən edilmişdir:
rəqəm
və
domen
unvanı. Ünvanların
hər ikisindən bərabər səviyyədə istifadə etmək mümkündür.
Rəqəm ünvanı kompüterlərdə işləmək üçün, domen unvanı isə istifadəçilərin
daha yaxşı başa düşməsi üçün yararlı hesab edilir (serverin kompüterlər
toplusuna və onlara qoşulmuş işçi stansiyalara domen deyilir).
Rəqəm ünvanı uzunluğu 32 bit olub, hər biri 8 bitdən ibarət olan 4 blokdan
ibarətdir. Bunları da onluq sayda qeyd etmək olar. Ünvan kompüterin
identifikasiyası üçün zəruri informasiyanı tam saxlamaq qabiliyyətinə malikdir. İki
blok şəbəkə ünvanını, digər iki blok isə bu şəbəkənin daxilində kompüterlərin
ünvanını müəyyən edir. Ünvanlar arasında sərhədi təyin etmək üçün müəyyən
edilmiş qayda fəaliyyət göstərir. Buna görə də IP üç komponenti özündə
birləşdirir:
Şəbəkə ünvanı;