İ N F O R M A T İ K A ____________________________________________________________
386
Ezamiyyətdə olanların məktublaşması. Burada elektron poçtunun
köməkliyi ilə işgüzar səfərdə olan firma işçiləri ofisdə işləyən həmkarları
ilə informasiya mübadiləsinə qoşulurlar. Bu məqsəd ilə istənilən aeroport
və ya otellərdə telefon xidmətlərinə qoşulmaq kifayətdir;
İnformasiya serverləri. Bəzi e-mail ünvanları avtomatlaşdırıldığı üçün,
istifadəçi onu maraqlandıran müəyyən məsələyə aid elektron poçtuna
sorğu etdikdə, o istifadəçiyə avtomatik olaraq ətraflı cavab göndərmiş
olur;
Müxtəlif yerlərə göndərmə (mailing lists). Burada “e-mail”-ə abunə
olmaqla dövrü olaraq müxtəlif xarakterli informasiyaları istifadəçi
mütəmadi olaraq alır.
MS-DOS üçün MAIL, Windows üçün isə Outlook Express populyar elektron
poçt müştəri proqramlarından istifadə olunur.
Son zamanlar WWW və onun proqram təminatı İnternet universal
informasiya xidmətləri vasitələrini müəyyənləşdirir. Onlar istifadəçinin praktik
olaraq FTP, e-mail, WAIS, Gopher və s. resurslarından istifadə etməsini təmin
edir. Bu tip əlaqələri istənilən WWW serverə müraciət edərkən göstərmək
lazımdır.
FTP (File Transfer Protocol) – faylların çox asanlıqla ötürülməsinə imkan
verən protokoldur. Protokoldan faylların İnternetdən ötürülməsi üçün istifadə
edilir. FTP serverləri özlərində müəyyən miqdar informasiyanı fayllar formasında
saxlayırlar. FTP serverlərində saxlanılan fayllara İnternetdən istifadə etməklə
müraciət etmək olar. Bəzi hallarda baxış üçün fayllara birbaşa müraciət etmək
olmur. Ona görə də, belə faylları FTP serverlərindən lokal serverlərə köçürmək
lazım gəlir. FTP serverlərində olan faylı əldə etmək üçün şəbəkə qovşağının,
kataloqun və faylın adını dəqiq bilmək kifayətdir.
FTR serverləri kimi Gopher (fayl mübadiləsinin daha mükəmməl sistemi)
serverləri də indiki zamanda ancaq universitetlərdə istifadə edilir. Bundan əlavə
bəzi kommersiya firmaları özlərinə aid olan proqram təminatlarını yazmaq üçün
FTP serverlərdən istifadə edirlər. FTP və Gopher serverlərinə müraciət standart
Veb – brauzerlərinin köməkliyi ilə həyata keçirilir.
NNTP (Network News Transfer Protocol – Şəbəkə Xəbər Ötürmə Protokolu)
- bu xəbərlər (məqalələr) yaymaq və qəbul etmək, telekonfranslar keçirmək,
şəbəkədə diskussiya etmək, elanlar vermək və s. üçün işlənib hazırlanmış
standart İnternet protokoludur.
QEYD : Diskussiya latın sözüdür, məsələyə baxış və ya məsələ üzərində
tədqiqat aparma anlamını verir. Diskussiyanın əsas xarakteristikası (digər
mübahisələrdən fərqli cəhəti) aparılan mübahisənin arqument əsasında həyata
keçirilməsidir. Mübahisədə iştirak edən hər iki tərəf, qarşı tərəfin - həmsöhbətin
fikrini əsas götürməklə öz mövqeyini arqumentə əsaslanaraq bildirməlidir.
UseNet (hazırda dünyada ən qlobal hesab edilən telekonfranslar sistemi)