İ N F O R M A T İ K A ____________________________________________________________
388
İNTERNETDƏ ÜNVANLAŞDIRMA (TCP/IP PROTOKOLU) TCP/IP-nin (Transmission Control Protocol/İnternet Protocol) iş prinsipi
İnternetə qoşulmuş istifadəçinin məlumatını, sənədlərini və fayllarını kiçik
informasiya paketləri vasitəsilə uzaq məsafədə yerləşən nöqtələrə göndərməkdir.
Kiçik paketlərə bölünmüş informasiya İnternet xətlərində bir-birindən asılı
olmadan göndərilir. Bundan başqa paketlərdə verilənlər nişanlanırlar ki, bunun
köməkliyi ilə qəbul olunma ardıcıllığı pozulsa belə, nəticədə fərdi kompüter
nişanlara uyğun informasiyanı qəbul edir. Əgər göndərilən informasiya müəyyən
olunmayan səbəbdən xətdə itərsə, kompüter həmin informasiyanı nişanın
köməkliyi ilə təkrar sorğu edir və göndərilən informasiyaya uyğun olan məlumatı
və ya faylı bərpa edir.
TCP/IP 1970-ci illərdə kompüterlərin və müxtəlif tip şəbəkələrin
əlaqələndirilməsi məsələsinin öyrənilməsi nöqteyi-nəzərindən maliyyələşdirilərək
yaradılmışdır.
TCP/IP heç bir firma və ya şirkət tərəfindən konkret olaraq
maliyyələşdirilmir. Bu səbəbdən də istənilən şəxs və ya firma İnternetə qoşularaq
milyonlarla istifadəçi ilə əlaqə yaradır, informasiyanın göndərilməsində və ya
qəbul olunmasında bilavasitə yaxından iştirak edir.
Kompüter şəbəkələrində standartlaşmanın əsasını şəbəkə qarşılıqlı
vasitələrinin yaradılmasında coxsəviyyəli yanaşma təşkil edir. Beləliklə, sistemin
qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə
edilir.
Protokol müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentləri ilə
mübadilə edən xəbərlərin ardıcıllığını və formatını təyin edən qaydalardır. Sadə
dildə desək, protokol şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dilidir.
Şəbəkələrin qovşaqlarında və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini
iyeararxik təşkil edən protokol yığını