İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə281/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   277   278   279   280   281   282   283   284   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 391 

Altşəbəkə ünvanı; 

Altşəbəkədə kompüterin ünvanı. 
Ünvanda latın hərflərindən, rəqəmlərdən və digər simvollardan istifadə 
etməyə icazə verilir. Kompüterdə öz ünvanları olan istənilən sayda qeydə alınmış 
istifadəçilər ilə yanaşı istifadəçi domendə bir neçə ünvana malik ola bilər 
(domenin biri şəxsi məktublaşmaq üçün, digəri isə rəsmi məktublaşmaq üçün 
istifadə olunur). Bundan əlavə müxtəlif kompüterlərdə yerləşmiş bir neçə 
ünvanlara da malik olmaq mümkündür. 
Ölkəni xarakterizə edən yuxarı səviyyəli altdomen adətən 2 hərfdən ibarət 
ola bilər: az – Azərbaycan, ru – Rusiya, ca – Kanada, uk – Böyük Britaniya, ua – 
Ukrayna, de – Almaniya və s. 
ABŞ-da digər sistemdən istifadə edilir. Yuxarı səviyyənin altdomeni 3 
hərfdən ibarət olur və o, aşağıdakı sinfə məxsus istifadəçini göstərir: 
com – kommersiya təşkilatları; 
edu – tədris və elmi təşkilatlar
gov – dövlət təşkilatları; 
mil – hərbi təşkilatlar; 
net – şəbəkə administratoru; 
org – digər təşkilatlar. 
Rusiya ikinci səviyyə altdomeni şəhər və ya regionları göstərir: 
mck – Moskva; 
spb – Sankt-Peterburq; 
nsk – Novosibirsk. 
Veb sənədlərin ünvanlaşdırılması
. Konkret Veb səhifəyə baxış keçirmək 
üçün onun ünvanını vermək tələb olunur. Bu məqsədlə unifikasiyalı resurs 
göstəricisindən istifadə edilir. Unifikasiyalı resurs göstəricisi vasitəsilə nəinki Veb 
səhifələri, həmçinin İnternetin digər resurslarını, məsələn, FTP fayl-serverlərini və 
Gopher-in ünvanlarını, kompüterin domen adını və faylın vacib olmayan 
xüsusiyyətlərini göstərmək olar. 
Məsələn, unifikasiyalı resurs göstəricisinin tərkibinə daxil olan 
ttp://www.firma.ru/catalog/document/htm-də komponentlərin bəzi səhifələri 
aşağıdakı məna daşıyır: 

http - ünvanlaşdırma zamanı istifadə olunan protokol; 

www.firma.ru - kompüterin domen adı; 

catalog/document/htm - faylın spesifikası. 
Lazımi istinadı etmək üçün mümkün olan resursların tipləri aşağıdakı 
cədvəldə verilmişdir: 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin