İ N F O R M A T İ K A ____________________________________________________________ 401
ya daha cox xal toplaya bilən orqanizmlərlə oynayan oyunçu oyunun qalibi hesab
edilirdi. Oyundakı prosesə “hakim” (əlavə proqram) nəzarət edirdi. Bu proqram
həm də rəqiblərin mübarizə aparma qaydalarını müəyyən edirdi. Bu sadəcə
eksperiment olsada və iştirakçıları təkcə prosesin özü maraqlandırsada məhz bu
oyun proqramını ilk kompüter virusu adlandırmaq olardı.
İlk kompüter viruslarının yaradılması 1960-cı illərin sonlarına təsadüf edir.
Ədəbiyyatda belə fikirlərə də rast gəlmək olar ki, əslində ilk viruslsr qəsdən zərərli
proqramlar kimi yazılan proqramlar deyildi. Yəni təsadüf nəticəsində meydana
gələn viruslar da olub. Bunu proqramlar yazılanda buraxılan səhvin nəticəsi hesab
edənlər də var. Belə proqramlar ozü özünü köçürməklə kompüterin sərt diskini
korlayırdı (tuturdu). Belə fikirləşənlər də var ki, əksər hallarda viruslar tamamilə
məqsədli şəkildə dağıdıcılıq məqsədi ilə yaradılmışdır.
1960-cı illərin sonu, 1970-ci illərin əvvəlində periodik olaraq
maynfreymlərdə “dovşan” (The rabbit
)
adlandırılan proqramlar meydana çıxırdı.
Bu proqramlar özlərini klonlaşdırıb sistem resurslarını zəbt edərək onların
məhsuldarlığını aşağı salırdı.
Beləliklə, artıq keçən əsrin 70-ci illərində çoxalabilən ilk həqiqi viruslar
meydana çıxdı. Belə ki, UNIVAC 1108 kompüteri Pervading Animal adlı virusa
yoluxmuş, IBM 360/370 kompüteri isə Christmac tree adlı virusun hücumuna
məruz qalmışdı.
1977-ci ildə ilk Apple fərdi kompüterlərinin istehsal olunması və infrastruktur
şəbəkəsinin inkişafı ilə əlaqədar olaraq yeni viruslar əsrinin başlanğıcı qoyulur.
İstifadə üçün faydalı proqram şəkilində kompüterə daxil olan ilk
barbar-proqramı
(barbar - mədəniyyət abidələrini dağıdan, məhv edən adam) kompüter işə düşən
kimi istifadəçinin hazırladığı bütün məlumatları məhv edirdi.
Növbəti mərhələ - 1970-ci illərin əvvəlində BBN şirkətinin əməkdaşı Bob
Tomas tərəfindən özü yerini dəyişən
Creeper
proqramı yaradıldi. Bu proqram
RSEXEC alt sistemi üçün nəzərdə tutulmuşdu və proqramların kompüterlər
arasında özbaşına yerdəyişə bilməsi imkanını nümayiş etdirməkdən ötrü idi.
Creeper proqramı ziyanverici deyildi və onun ilk nüsxəsi məhv edildi. Amma
proqramın yaradılma ideyasına əsaslanaraq yaradılan yeni proqram bir
kompüterdən digərinə keçə bilən virusun yaradılması üçün istifadə edildi. Bu
zaman
Reaper
adlı daha bir proqram hazırlandı ki, bu da ilk antivirus proqramı idi.
Reaper kompüterdən-kompüterə keçərək Creeper-in fəaliyyətdə olan nüsxəsini
tapıb məhv edirdi.