İ N F O R M A T İ K A ____________________________________________________________ 409
Bunlara nümunə kimi:
Intel 80386 prosessorunun qorunma (təhlükəsiz) rejimində işləyən PMBS
virusunu;
Kompanion virusların alqoritm diapazonunu xeyli genişləndirən
Shadowgard və Carbuscle viruslarını;
Yoluxduğu fayllarda öz kodunu gizlətmək üçün prinsipial yeni fəndlərdən
istifadə edən Cruncher virusunu göstərmək olar.
Virus generatorlarının yeni versiyaları və yeni virus generatorları (PC_MPC
və G2) yaradılır. Bu dövdrə məşhur virusların sayı minlərlə idi. Antivirus
kompaniyaları polimorf viruslarla mübarizə üçün bir sıra səmərəli alqoritmlər
hazırlaya bilsələr də çox vaxt yalançı təsirlənmə (işləmə) problemi ilə də
üzləşirdilər. 1994-cü ilin əvvəlində Britaniyada iki mürəkkəb polimorf virus –
SMFG.Pathogen və SMFG.Queeg peyda olur. Virusun müəllifi BBS stansiyaya
yoluxmuş fayllar yerləşdirir. Bu da epidemiyaya və kütləvi informasiya
vasitələrində çaxnaşmaya səbəb olur. Virusun müəllifi həbs edilir.
1994-cü ilin yanvarında obyekt modullara (OBJ-fayllara) yoluxan ilk virus –
Shifer, həmin ilin yazında isə C və Pascal-da yazılmış ilkin proqram mətnlərinə
yoluxan SrcVir viruslar ailəsi meydana çıxır. 1994-cü ilin iyununda OneHalf
epidemiyası başlayır.
1995-ci ildə kifayət qədər mürəkkəb bir neçə virus – NightFall,
Nostradamus, Nutcracker peyda oldu. İlk “ikicinsli” virus (RMNS və BAT-virus
Winstart) yaradılır. ByWay və DieHard2 virusları geniş yayılır. Butün dünya üzrə
kompüterlərin bu virusa yoluxması haqqında xəbərlər yayılir. 1995-ci ilin
fevralında Windows 95-in beta-versiyası ilə insident yaşanır. Bütün disklər Form
adlı MS-DOS virusa yoluxmuşdu.
1995-ci ildə Windows-un yeni rəsmi versiyası olan Windows 95 əməliyyat
sistemi işıq üzü görur. Bu məsələyə həsr edilmiş mətbuat konfransında Bill Qeyts
söyləmişdi ki, virus təhlükəsi artıq sona çatmışdır. Həqiqətən də Windows istehsal
olunan zaman əməliyyat sistemi MS-DOS üçün mövcud olan viruslara çox davamlı
idi. Lakin həmin ilin avqustunda Microsoft Word üçün ilk Concept adlı virus peyda
oldu və bu virus bir neçə həftə ərzində butün dünyaya yayıldı.
1995-ci ildə firma Microsoft Windows-95 əməliyyat sistemini disketlərdə
istehsaldan buraxır. Artıq əməliyyat sistemi virusa yoluxmuş idi.
1996-cı ildə Tom Neff müxtəlif BBS-lər üzrə “Təhlükəli yükləmə
proqramlarının siyahısı”nı yaymağa başlayır və bu siyahıya həmin dövr üçün
məşhur olan vandal proqramların adları daxil edilir. Sonralar aşkar edilmiş troyan
proqramlarının və MS-DOS üçün “sındırılmış” (və ya adları dəyişdirilmiş)
kommersiya proqram təminatının surətləri daxil edilmiş həmin siyahı qışa formada
“çirkli sıra” («грязная дюжина») adı ilə geniş istifadə edilməyə başlanır.
1996-cı ilin iyununda OS2.AEP virusu yayılmağa başlayır. Bu OS/2 əməliyyat
sisteminin EXE-fayllarını nəzakətlə yoluxduran ilk virus idi. Bu vaxta kimi ancaq
OS/2 əməliyyat sistemi üçün təkcə kompanion-viruslara rast gəlinmişdi.