İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə300/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   296   297   298   299   300   301   302   303   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
412 
1999-cu ildə CorelGala proqramı üçün ilk makro-virus aşkar edilir. Nəzərə 
almaq lazımdır ki, həmin ilin yay aylarında ZippedFiles İnternet-soxulcan 
epidemiyası tüğyan edirdi. Bu proqramın maraqlı cəhəti ondan ibarət idi ki, o 
“kobud və ya vəhşi” formada geniş yayılmış ilk sıxlaşdırılmış virus proqramı idi. 
2000-ci ilin mayında Filippində buraxılmış 
I love you
adlı qurd, bəzi 
hesablamalara görə, kompüter istifadəçilərinə 10 milyard dollardan artıq ziyan 
vurmuşdu. Növbəti qurd Code Red adlandırılmışdı. Bu, 14 saat ərzində İnternetə 
qoşulmuş 300 mindən artıq kompüteri yoluxdurmuşdu. Sonralar isə virus 
yaradıcıları tərəfindən digər dağıdıcı viruslar da yaradıldı. Bunlardan: Nimda 
(admiN sözünün tərs oxunuşu) və çoxvektorlu qurdu misal göstərmək 
mümkündür. Bu qurdlar eyni vaxtda müxtəlif üsullarla, o cümlədən, digər 
qurdların qoyub getdiyi “gizli yollarla” kompüterlərin daxilindəki elektron 
sxemlərində yayılırdı. O ərəfədə elektron poçtla yayılan MyDoom qurdu ən cəld 
yayılan qurd kimi məşhurlaşdı. 
2001-ci ildə Hollandiyalı tələbələrdən biri Anna Kurnikova virusunu yaratdığı 
üçün həbs olunur və məhkəməyə müəyyən məbləğ cərimə ödəməklə 150 saatlıq 
islah işlərinə göndərilir. Məhkəmə virusun Niderland iqtisadiyyatına nə qədər 
ziyan vurduğunu hesablaya bilmir. Tələbənin mənzilində aparılan axtarış zamanı 
7500-dən çox olan virus kolleksiyası aşkar edilir.
Melissa virusunu yaratdığına görə 2002-ci ildə proqramçı Devid Smitə 
məhkəmə 20 ay müddətinə həbs cəzası verir. Həmin il ilk dəfə viris WWW-nin 
işini təmin edən 13 İnternet-serveri sıradan çıxarır.
Ümumi qəbul edilmiş təsnifata görə kompüter virusları 3 əsas tipə ayrılır. 
Ənənəvi virus – bu, kompüterə gizli düşüb çoxalan və müəyyən problemlər 
yaradan, məsələn, faylı məhv edən proqramdır. “I love you” adlı virus rekord 
nəticə göstərmiş, 2000-ci ildə 8 milyard dollarlıq ziyan vurmuşdu. 
“Qurdlar” kompüterə şəbəkədən daxil olur. İstifadəçiyə yoluxmuş faylı 
elektron poçtla onun siyahısında olan bütün ünvanlara göndərməyə məcbur edir. 
Məsələn, 2003-cü ildə 
Blaster
adlı qurd 1 milyondan artıq kompüteri 
yoluxdurmuşdu. 
“Troya atı” bilavasitə özü kompüterə ziyan vurmur, lakin kompüterə daxil 
olan kimi xakerlərə imkan verir ki, başqalarının informasiyasına müdaxilə edə 
bilsinlər. QAZ xakerləri 2002-ci ildə “Troya atı” virusundan istifadə etməklə 
Microsoft şirkətinin məxfi proqramlarına müdaxilə imkanı əldə etmişdilər. 
2003-cü ildə Slammer “soxulcanı” 10 dəqidə müddətində rekord sayda - 
75 000-dən 
çox 
kompüterə 
yoluxmuşdu. 
Virus 
Amerikanın 
Dövlət 
Departamentinin kompüterlərinə yoluxur və verilənlər bazasını zədələyirdi. 
Nəticədə ABŞ konsulluqları dünyada 9 saat müddətində viza verilməsi prosesini 
dayandırmalı olur.
Destruktivlik imkanlarına görə virusları aşağıdakı kateqoriyalara bölmək olar: 

Zərərsiz viruslsr; 

Təhlükəsiz viruslsr; 

Təhlükəli viruslsr; 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin