İ N F O R M A T İ K A ____________________________________________________________ 411
1998-ci ilin əvvəlində Win32.HLLP.DeTroie viruslar ailəsi epidemiya yaratdı.
Bu viruslar yerinə yetirilən fayllara yoluxmaqla barabər öz “sahibinə” yoluxan
kompüter haqqında informasiya da göndərirdi.
1998-ci ildə Kaliforniyalı iki yeniyetmə virus hazırlayır və bu virusla
Pentaqonun 500-dən artıq kompüterini yoluxdurur.
1998-ci ilin fevralında Excel prposessorunda istifadə olunan düsturları
yoluxduran virusun daha bir yeni forması – Excel4.Paix virusu aşkar edildi. 1998-
ci ilin martında Microsoft Access üçün ilk AccessiV virusu, eləcə də MS Office:
Access və Word kimi iki müxtəlif əlavəni yoluxduran Cross adlı ilk virus, onların
ardınca isə öz kodunu bir Office-əlavədən digərinə keçirən daha bir neçə
makrovirusu yaradılır.
1998-ci ilin fevral-mart aylarında ilk polimorf Win32-viruslarla (Win95.HPS
və Win95.Marburq) insident qeyd edildi. 1998-ci ilin mayında RedTea.n
epidemiyası başladı. Bu virus Windows-un EXE-fayllarına yoluxurdu və yoluxan
faylları Eudora elektron poçtu ilə istifadəçilərə yayırdı.
1998-ci ilin avqustunda məsafədə yerləşən kompüterlərin və şəbəkələrin
inzibatlaşdırılmasını gizlətmək üçün tətbiq edilən məşhur BackOrifice
(Backdoor.BO) utiliti yaradıldı. Bunun ardınca bir neçə oxşar proqram: NetBus,
Phase və digərləri yazıldı.
Avqust ayında həmçinin Java-nın yerinə yetirilən modullarını zədələyən
Java.StangeBrew virusu peyda olur. Virus İnternet istifadəçiləri üçün heç bir
təhlükə yaratmır. Bu səbədən müəyyən məsafədə yerləşən kompüterlərdə
virusun çoxalması üçün zəruri oln funksiyalar fəaliyyət göstərə bilmir.
1998-ci ilin noyabrında VBScript.Rabbi virusu yayılmağa başladı. Ckript
virusların İnternet-ekspansiyası (təcavüzü) VisualBasic skriptləri (VBS-faylları)
yoluxduran üç virusla davam edirdi. Bu viruslar İnternet istifadəçisi Web-səhifələri
yaradanda onlara qoşulurdu. Məntiqi nəticə kimi VBScript-viruslar HTML-virusun
(HTML.Internal) yaranması demək idi.
1999-cu ildə Melissa hibrid virusu yayılır. Bu virus özündə makrovirusun
imkanları ilə şəbəkə soxulcanının imkanlarını birləşdirirdi və çoxalmaq üçün
Outlook ünvan kitabından istifadə edirdi. Virus yayılma sürətinə görə o dövrdə
mövcud olan bütün rekordları aşmışdı.
1999-cu ildə Melisa virusu çox böyük sayda kompüterlərə yoluxur və
istifadəçilərə 80 000 dollar məbləğində zərər vurur. Bu isə antivirus proqramlarına
tələbatın kəskin artmasına səbəb olur.
ABŞ-ın hüquq-mühafizə orqanları Melissa virusunun müəlliflərini - 31 yaşlı
proqramçı Nyu Cersi və Devid Smiti tapıb həbs edir. Həbs ediləndən bir müddət
sonra Devit Smit Federal Təhqiqatlar Bürosu (FTB) ilə əməkdaşlıq etməyə başlayır
və bunu nəzərə alan məhkəmə onu yumşaq cəzaya – 20 ay həbsdə qalmağa və
$5000 cərimə edilməyə layiq görür. 1999-cu ilin aprelində CIH (“çernobıl”)
virusunun müəllifi tapılır. Bu Tayvan texnologiya universitetinin tələbəsi Çen
İnxao idi. Yerli kompaniyalar tərəfindəın virusun təsirindən şikayət olmadığına
görə əlində tutarlı məlumat olmayan polis onu həbs etməkdən vaz keçir.