İ N F O R M A T İ K A ____________________________________________________________
414
kompüter şəbəkəsində istifadəçiyə hiss etdirmədən onun kompüterinə nəzarəti
demək olar ki, tamamilə istifadəçinin görə bilmədiyi “düşmənə” verir. İkinci tip
virusa nümunə kimi saxta MS İnternet Explorer brauzer göstərilə bilər. Microsoft
firmasının saytına qoşulanda verilənlərin kompüterdən Microsoftun serverinə
ötürülməsinin aktivliyini olduqca çox artırır ki, bu da HTML sənədin (yəni,
İnternet-də Veb-səhifənin) oxunması və ya kopiyasının çəkilməsi üçun sadə
sorğunun həcmindən dəfələrlə artıq olur.
2003-2012-ci illər müəllif adı KuKu olan Win32.Sality epidemiyası ilə yadda
qalıb. Bu poimorf virus bir neçə hissədən ibarətdir, şifrləmə və maskalama
sistemindən istifadə edir. Yerinə yetirilən faylların məzmununu dəyişdirir. Ona
görə də belə faylları tam bərpa etmək olmur. Mürəkkəb rəftara və maskalama
vasitələrinə malik olması ilə bağlı olaraq adi istifadəçi üçün bu virusun müalicə
edilməsi demək olar ki, mümkün olmayan məsələdir. Virusa yoluxan kompüter
dünyadakı ən iri bonet şəbəkələrindən biri hesab edilən Sality şəbəkəsinin
hissəsinə çevrilmişdir.
Məlumat üçün qeyd edək ki, bonet nisbi-müstəqil (avtonom) proqram
təminatı ilə idarə edilən və müəyyən sayda hostlardan (qovşaqlardan və ya lokal,
yaxud da qlobal şəbəkəyə qoşulan ixtiyari kompüter və ya serverlərdən) ibarət
olan kompüter şəbəkəsidir. Bonet anlayışı robot və net (robot-şəbəkə) sözlərinin
birləşməsindən yaranmışdır. Belə şəbəkələrdən bəd əməlçilər virusa yoluxmuş
kompüterlərin resurslarından qeyri-leqal və ya bəyənilməyən (spam göndərmək,
kompüterdəki parolları müəyyən edib öz sahibinə və ya digər məqsədlər üçün
göndərmək və s. kimi) əməliyyatların yerinə yetirilməsi üçün istifadə edirlər.
Qeyd etmək yerinə düşər ki, Lınux, Unıx və digər Unıx-ə oxşar əməliyyat
sistemləri ümumiyyətlə kompüter viruslarından mühafizə edilmiş əməliyyat
sistemləri hesab edilir. Lınux üçün yazılmış virusların, troyan proqramlarının və
digər zərərli proqramların sayı təkcə 2005-ci ildə 422-dən 863-ə çatmışdı. Buna
baxmayaraq rəsmi antivirus proqramlarının bəziləri çox az hallarda zərərli
proqramları aşkar edə bilirdi.
MenuetOS üçün ilk virusu 2004-cü ildə RRLF virusmeykerlər qrupunun
Second Part To Hell kimi məşhur olan üzvü yazır.
AROS üçün ilk virus 2007-ci ildə Doomriderz qrurunun Wargamer kimi
məşhur olan iştirakçısı tərəfindən yazılır.
Klassik virusların “qızıl əsri” 10 ilə yaxın davam etmişdir. Bu gün onların sayı
kəskin azalmışdır. Anatoli Kasperski laboratoriyasının (laboratoriya Moskva
şəhərində yerləşir) məlumatına görə, klassik viruslar ümumi virusların cəmi bir-
neçə faizini təşkil edir. Müasir antivirusların hər biri klassik virusla müvəffəqiyyətlə
mübarizə apara bilir. Əməliyyat sisteminin özü də bu virusların hücumunu dəf
etmək iqtidarındadır. Bu gün bəzi virus növlərinin, demək olar ki, kökü
kəsilmişdir. Kökü kəsilən viruslardan biri sərt diskin yükləyici sektorunu zədələyən
“
boot-virus”
udur.