İ N F O R M A T İ K A ____________________________________________________________ 415
QEYD : Əgər hələ kompüterinizə antivirus yükləməmişsinizsə, onda
kompüterinizdə virusun olduğuna əmin ola bilərsiniz. Odur ki, müvafiq saytın
mühafizə sisteminə daxil olub münasib antivirusu pulsuz alın və fərdi
kompüterinizə yükləyin.
İndiki zamanda virusların təsirindən bütün kommersiya təşkilatlarının illik
itkiləri çox da böyük olmayan bir ölkənin büdcəsi ilə müqayisə edilən olub, hər il
ikiqat artmaqdadır. Bəzi mütəxəssislərin narahatlığı təhlükəsizlik probleminin
ciddiliyini göstərir.
Dr.Web şirkətinin rəhbəri İqor
Anatolyeviç Danilov
MessgeLabs şirkətinin texnoloji
departamentinin başçısı Aleks Şip
göstərmişdi ki, 1999-cu ildə hər
saatda 1, 2000-ci ildə hər 3 dəqiqədə
1, 2004-cü ildə isə bir-neçə saniyədə
1
yeni
virus
yaranmışdı
(http://www.messaglabs.com). Sankt-
Peterburqdakı
İqor
Anatolyeviç
Danilovun antivirus laboratoriyasının
(ООО «СалД») məlumatına görə,
yalnız 2007-ci ilin mart ayında
antivirus bazasına 7 mindən artıq yeni
virus barədə yazı əlavə olunmuşdur.
Müasir virusların əksəriyyəti özündə bu keyfiyyətləri birləşdirir. Buna misal
SoBig virusunu göstərmək olar. Virus 2003-cü ilin avqustunda elektron poçtla
göndərilən məktubların təxminən 30%-ni yoluxdurmuşdu.
Aşağıda kompüter istifadəçiləri üçün maraqlı olan viruslarln yaranma
xronologiyası verilir.
1945-ci il
.
Terminin yaranması
. ABŞ Hərbi Dəniz Donanmasınin vitse-admiralı, hərbi-
dəniz ştabının informasiya şöbəsinin rəhbəri Qreys Müller Hopper (Grace Murray
Hopper) elektron-hesablayıcı maşının (müasir kompüterin prototipinin) nasaz
işlədiyini aşkar edir.