İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə304/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   300   301   302   303   304   305   306   307   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
416 
Qreys Müller Hopper 
Relelərdən 
birinə 
pərvanə 
(kəpənək) düşmüşdü. Bu problemi 
admiral “böcək” (bug) adlandırır 
(Admiral XIX əsrin sonlarında ABŞ və 
Böyük Britaniya fiziklərinin elektrik 
qurğularındakı ixtiyari nasazlıqları 
ifadə etmək üçün işlətdiyi “böcək” 
terminindən 
istifadə 
etmişdi). 
Admiral həm də ilk dəfə “böcəkdən 
xilas 
olmaq” 
(debugging) 
terminindən istifadə etmişdi. 
Bu termin hal-hazırda kompüterdəki nasazlıqları aradan qaldırmaqla bağlı 
işləri ifadə edir. 
1949-cu il

Milliyyətcə macar olan amerika alimi Con fon Neyman (John von Naumann) 
özütörəyən proqramların yaradılmasının riyazi nəzəriyyəsini işləyib hazırladı. Bu, 
kompüter virusu yaratmaq üçün hazırlanan ilk nəzəriyyə idi (bu, o dövrdə elmi 
ictimaiyyətin ciddi marağına səbəb olmamışdı).
1950-ci il. 
Bell şirkətinin tədqiqat bölməsinin riyaziyyatçı əməkdaşları oyun düzəltdilər. 
Bu oyun iki rəqibin kompüter sahəsini ələ keçirmək uğrunda mübarizəsini təsvir 
edirdi. Bu oyun virusların əcdadı oldu. 
1960
-cı illərin sonu. 
İlk virusların peyda olması
. Bir sıra hallarda bunlar proqramlardakı səhvlərlə 
bağlı idi. Belə ki, bəzi proqramlar səhvən özünü nüsxələşdirib yaddaşı (vinçesteri) 
doldururdu. Nəticədə kompüterin məhsuldarlığı aşağı düşürdü. Lakin çox hallarda 
viruslar bilərəkdən pozuculuq üçün yaradılırdı. Çox güman ki, gerçək virusun ilk 
qurbanı əyləncə üçün yazılmış proqram idi ki, bunun da qurbanı Univac 1108 
kompüteri olmuşdur. Bu virus Pervading Animal adlanırdı və hansı kompüterdə 
yaradılmışdısa, həmin kompüteri sıradan çıxarmışdı. 
1975-ci il

Telenet şəbəkəsi vasitəsilə tarixdə ilk şəbəkə virusu The Creeper yayıldı. Bu 
virusa qarşı ilk antivirus olan The Reeper yaradıldı. 
1979-cu il

Xerox şirkətinin tədqiqat mərkəzinin mühəndisləri ilk kompüter “qurdu” 
(worm) yaratdılar. 
1981-ci il

Elk Cloner virusu Apple kompüterlərini yoluxdurdu. Bu virus “oğurluq” 
kompüter oyunları ilə yayılmışdı. 
1983-cü il




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin