İ N F O R M A T İ K A ____________________________________________________________ 413
Çox təhlükəli viruslar.
Təhlükəsiz viruslar kompüterin işinə demək olar ki, təsir göstərmir. Bunlar
təkcə özünün çoxalması hesabına diskdəki boş yaddaş sahəsinin həcmini azaldır.
Təhlükəsiz virusların təsiri diskdə olan boş yaddaş sahəsinin qrafik, səs və
digər effektlərlə azalması ilə məhdudlanır.
Təhlükəli viruslar kompüterin işində fəsadlara səbəb olur.
Çox təhlükəli virusların alqoritminə əvvəlcədən proqramların itməsinə,
verilənlərin məhv edilməsinə, kompüterin işi üçün zəruri olan yaddaşın sistem
oblastlarına yazılan informasiyanın pozulmasına, hətta kompüter əfsanələrindən
birində deyildiyi kimi mexanizmlərin hərəkət edən hissələrinin (deyək ki, bəzi
vinçester tiplərinin başlıqlarının) tez sıradan çıxmasına səbəb olan prosedurlar
daxildir.
Kompüter viruslarının bəzi tiplərinə məxsusi adlar verilmişdir. Belə ki, icra
edilən proqramlardakı qeyri-dəqiqlikdən və onların təkmilləşdirilməməsindən
(məsələn, əsas proqramdan alt proqrama giriş və alt proqramdan əsas proqrama
çıxış zamanı dəyişdirilən ünvanlar) istifadə edən viruslar “tələ”adlandırılır.
“Məntiqi bombalar” və ya “gec açılan bombalar” elə viruslara deyirlər ki,
bunlar destruktiv təsirini həyata keçirmək üçün uzun müddət və cürbəcür hazırlıq
işləri aparır, sonra müəyyən şərtlər kompleksi yerinə yetiriləndə (məsələn, işin
müəyyən mərhələsi yerinə yetiriləndə, müəyyən edilmiş vaxt çatanda, proqrama
müəyyən istifadəçi müraciət edəndə və s.) işə düşür. Belə viruslar ona görə daha
təhlükəlidir ki, onlar uzum müddət dağıdıcı iş aparmalarına baxmayaraq praktik
olaraq ozlərini büruzə vermirlər. Belə viruslar o vaxt aşkar edilir ki, əməliyyat
sisteminin proqramlarının əksəriyyəti və ya hamısı demək olar ki, iş qabiliyyətini
itirmiş olur. Beləliklə kompüter iş qabiliyyətini tamamilə itirmiş olur.
Soxulcan-viruslar şəbəkə və ya periferiya qurğularının idarə olunmayan
əməliyyatları yerinə yetirməsinə (məsələn, printerdə kağızın fasilsiz hərəkət
etməsinə, əməliyyat sisteminin daim yenidən yüklənməsinə və s.) imkan yaradır.
“Troyan atları” elə viruslara deyilir ki, onlar xüsusi təyinatlı proqram təminatı
ilə yayılır və onların destruktiv fəaliyyəti kompüter istifadəçiləri üçün tamamilə
gözlənilməz olur. Məsələn, belə virusa antivirus proqramının özü yoluxa bilir.
“Tpoyanlar” ilk baxışda guya hansısa faydalı (kompüterdə yaddaşın
bölüşdürülməsinin yalançı optimallaşdırılması, diskdə informasiyanın yalandan
sıxılması və s. bu kimi) funksiyalar yerinə-yetirir. Əslində isə “Tpoyanlar”ya
sistemi dağıdır (məsələn, kompüterin vinçesterini aşağı səviyyədə formatlaşdırır
və ya informasiyanı çoxsaylı və operativ oxuyub-yazma əməliyyatlarını yerinə
yetirməklə disk sürücüsünün (diskovodun) mexaniki sıradan çıxmasına şərait
yaradır), ya da nəzarəti digərlərinin ixtiyarına verir.
Troyan viruslarının növləri çox müxtəlifdir. Onların bəziləri ümumiyyətlə
faydalı funksiya yerinə yetirmir, sadəcə olaraq kompüterin diskində gizli qalır və
müxtəlif destruktiv funksiyalar yerinə yetirir. Bəziləri isə istifadəçilərdən qətiyyən
gizlənmir və heç kimin şübhələnməyəcəyi manipulyasiyalar aparır. Birinci növ
viruslara nümunə kimi Back Orifice adlı məşhur virusu göstərmək olar. Bu virus