İ N F O R M A T İ K A ____________________________________________________________
408
1990-cı il mayın 4-də Amerikanın “And içmə” məhkəməsi virusun müəllifi
Morrisə 2 il azadlıqdan şərti məhrum etmə, 400 saat məcburi ictimai əmək və 10
min dollar məbləğində cərimə cəzası kəsdi.
1990-ci ilin əvvəlində Chameleon adlandırılan ilk polimorf virus meydana
gəldi. Bu texnologiya tez bir zamanda stels-texnologiya (Stealin) və zirehləmə
(Armored) ilə uzlaşdırılmaqla yeni viruslara antivirus paketlərə müqavimət göstərə
bilmək imkanı yaradırdı. 1990-cı ilin ikinci yarısında Frodo və Whale adlı iki stels-
virus yaradıldı. Bu virusların hər ikisində həddən artıq mürəkkəb olan ctels
alqoritmlərdən istifadə edilmişdi. 9 Kilobaytlıq Whale proqramında əlavə olaraq
şifrləmənin bir neçə səviyyəsi və düzəliş (otladka) əleyhinə fəndlər tətbiq
edilmişdi.
1990-cı ildə Bolqarıstanda dünya üzrə ilk dəfə ixtisaslaşdırılmış (xüsusi) BBS
(Bulletin Board System – elektron elanlar lövhəsi) yaradılır. Arzu edən hər kəs
lövhədən yeni virus proqramını köçürə bilərdi. Elə həmin dövrdə virus yazmaq
məsələlərinə həsr edilən Usenet konfransları fəaliyyət göstərməyə başlayır. Həmin
il Mark Lüdviqin “Kompüter virusları haqqında kiçik qara kitab”ı çap edilir.
Kompüter viruslarının qarşısının alınması problemi iri kompaniyaların da
diqqətini cəlb edir.
1991-ci ilin əvvəlində Tequila adlı yükləmə virusu kütləvi epidemiyaya səbəb
oldu. 1991-ci ilin yayında ilk link-virus peyda oldu və peyda olan kimi də
epidemiyaya səbəb oldu.
1991-ci ildə öz bədəninin şəklini dəyişə bilən polimorf viruslar meydana
çıxdı. Windows 95 əməliyyat sistemi praktiki olaraq belə hücuma hazır olduğunu
bildirdi və firma Windows 95 əməliyyat sisteminin beta-versiyasını 160 testediciyə
payladı. Kompütredə istifadə olunan diskləri antivirusa yoxlayan firma əməkdaşı
bütün disklərin Form adlanan yükləyici virusla yoluxduğunun şahidi oldu. Halbuki,
prinsipcə yeni əməliyyat sisteminin (Windows 95-in) ilkin təqdimatına həsr edilmiş
mərasimdə onun hər cür virusdan tamamilə qorunduğu bildirilmişdi. Bir-neçə
aydan sonra bu fikir alt-üst oldu.
Microsoft Word sənədlərini yoluxduran ilk makrovirus aşkar edildi. Bu, artıq
sadəcə qeyri-adi şəkildə icra edilən fayl deyil, xüsusi ssenari idi. Bir ay ərzində
“
Concept”
adlı makrovirus bütün Yer kürəsini dolaşaraq dünyada onlarla şirkətin
mətn redaktorunu iflic etmişdi. Bugün Concept virusunun 100-ə yaxın
modifikasiyası mövcuddur.
1992-ci ildə fərdi kompüterlər (PC) üçün ilk virus konstruktorları (VCL), hazır
polimorf modullar (MtE, DAMEvə TPE) və şifrləmə modulları yaradıldı. Bu andan
başlayaraq hər bir proqramçı öz virus proqramına rahatca şifrləmə funksiyası
əlavə edə bilərdi. 1992-ci ilin sonunda Windows 3.1 üçün WinVer adlı ilk virus
peyda oldu.
1993-cü ildə SatanBug virusu Vaşingtonda çoxsaylı kompüterlərə yoluxur.
Virusun müəllifi 12 yaşlı oğlan idi.
1993-cü il daha çox virusların fayllara yoluxmaq, sistemə daxil olmaq və s.
üçün qeyri-adi üsullardan istifadə etməsi ilə yadda qalıb.