İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə294/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   290   291   292   293   294   295   296   297   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
406 
60 000 baytdan ibarət olan bu proqram UNİX Berkeley 4.3 əməliyyat 
sistemini zədələmək üçün yaradılmışdı. Visus yaradılanda əsas məqsəd bu 
proqramın gizli şəkildə ARPANET şəbəkəsi ilə əlaqəsi olan hesablama sisteminə 
daxil olub, ona zərər vermədən həmin sistemdə aşkar edilmədən qalması 
olmuşdu. Bu virusa informasiya sistemində mövcud olan parolları aşkar edən 
komponentlər daxil edilmişdi. Bu da həmin proqrama sistemin leqal istifadəçiləri 
kimi maskalanmağa imkan verirdi. Əslində isə proqramın əsas işi çoxalmaq və 
sürətləri göndərməkdən ibarət idi. Virus müəllifin fikirləşdiyi kimi tam təhlükəsiz 
və qizli qala bilmədi, çünki proqramın hazırlanma məhələsində bəzi səhvlərə yol 
verilmişdi və bu da virusun idarə edilməyən sürətlə özbaşına çoxalmasına səbəb 
olmuşdu. 
Morris soxulcanının törətdiyi bu insidentə görə ən azı 9 milyon saatdan artıq 
vaxt itkisinə yol verilmişdi. Bu səbəbdən itirilmiş məsrəflərin ümumi məbləği 96 
milyon dollar təşkil etmişdi. Əgər proqram əvvəlcədən dağıdıcılıq məqsədi üçün 
yaradılmış olsaydı zərərin məbləği daha çox ola bilərdi.
Morris soxulcanı 6200-dən çox kompüterə yoluxmuşdu. Bu virusun hücumu 
nəticəsində şəbəkələrin çoxu beş sutka müddətinə sıradan çıxmışdı. Şəbəkələr 
üçün kommunikasiya funksiyalarını yerinə yetirən, fayl-serverlər kimi istifadə 
edilən və eləcə də şəbəkə işinin digər təminat funksiyalarını yerinə yetirən 
kompüterlər də sıradan çıxmışdı. 
Morris soxulcanı ilə mübarizədə fərdi kompüter istifadəçilərinin işi bir qədər 
asanlaşdı, çünki fərdi kompüterlərdə istifadə olunan platformaların əksəriyyəti və 
əməliyyat sistemləri unifikasiya edildi. Nəticədə Microsoft şirkətinin hazırladığı 
əməliyyat sistemi örtüyü altında işləyən Intel-birgəliyi olan kompüterlər bazarda 
üstünlük qazandı. Sonrakı hadisələr böyük sürətlə inkişaf etdi. 
1987-ci ilin son virus epidemiyası yeni il qabaği, dekabrın 30-da başladı. Bu 
virusu (proqramı) İsrailin Yerusəlim universitetində aşkar edilmiş virus çağırmışdı. 
Bu virus əhəmiyyətli fəsadlar törədə biməsə də o, qısa vaxt ərzində bütün düyaya 
yayıla bilmişdi. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin