TəLƏBƏ: Əliyeva Nərmin fakultə: Turizm və maliyyə işi İXTİsas: Maliyyə işi qrup: 79 kurs: TƏDRİS İLİ: 2023\2024



Yüklə 16,2 Kb.
tarix14.12.2023
ölçüsü16,2 Kb.
#178469
Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları





SƏRBƏST İŞ №9
TƏLƏBƏ: Əliyeva Nərmin
FAKULTƏ: Turizm və maliyyə işi
İXTİSAS: Maliyyə işi
QRUP: 279
KURS: 1
TƏDRİS İLİ: 2023\2024
MÜƏLLİM: Bədirzadə Gülsüm
SƏRBƏST İŞİN MÖVZUSU: “Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları”
FƏNN: İKT-bazakomputer bilikləri
BAKI 2023
Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları”
Alqoritm anlayışı da informasiya anlayışı kimi informatikanın əsasını təşkil edir. Alqoritm- qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığıdır.Latın dilində mənası qanun deməkdir.Alqoritm 783-850 ci illərdə Xarəzmdə (Özbəkistanda) yaşamış 9-cu əsrin məhşur özbək riyaziyyatçısı Məhəmməd İbn Musa əl- Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə olan “alqoritmi” yazılışı ilə bağlıdır. ƏlXarəzminin yazdığı traktatın 12-ci əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş,onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar. Ümumiyyətlə,alqoritm verilmiş məsələnin həlli üçün lazım formal yazılışdır. İnsan hər gün bu və ya digər qaydalara uyğun hərəkət etmək,müxtəlif təlimatları və göstərişləri terinə yetirmək məcburiyyətində olur.Riyaziyyatın tipik məsələlərini həll etməkdikdə biz,hərəkətlərin ardıcıllığını təsvir edən müəyyən qaydalardan istifadə edirik. Alqoritm – sonlu sayda addımlar nəticəsində məsələnin həllini əldə etmək üçün icraçı tərəfindən yerinə yetirilən aydın və dəqiq müəyyən hərəkətlər ardıcıllığıdır. Bu riyazi mənada təyin edilmə demək olmayıb, alqoritm anlayışının intituv təsviridir və onun mahiyyətini açır. Alqoritm anlayışı nəinki riyaziyyatın ,həmçinin də müasir elmin əsas anlayışlarından biridir. Bundan başqa informatika əsrinin gəlməsi ilə alqoritm sivilizasiyasının da əsas amillərindən biri sayıla bilər.
Alqoritm aşağıdakı xassələrə malik olmalıdır: 1. İcraçı üçün anlamlı olmalıdır- alqoritmin icraçısı həmin alqoritmin necə yerinə yetirilməsini başa düşməlidir. Başqa sözlə desək,alqoritm və verilənlərin ixtiyari variantına malik olan icraçı bu alqoritmin yerinə yetirilməsi üçün necə hərəkət etmək lazım olduğunu bilməlidir. 2. Diskretlilik -(kəsilmələr,ayrılmalar) –alqoritm,məsələnin həllolunma prosesini ardıcıl olaraq,sadə addımların yerinə yetirilməsi kimi dərk etməlidir.
3. Müəyyənlik- alqoritmin hər bir qaydası dəqiq,bir mənalı olmalı və ixtiyari hərəkətlərə yol verməməlidir. Alqoritmin tərtibi məsələnin həllini ardıcıl yerinə yetirilən mərhələlərə bölmək deməkdir. Bu zaman əvvəlki mərhələlərin nəticələri sonrakı mərhələlərdə istifadə oluna bilər və hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır.Bu xassə sayəsində alqoritmin yerinə yetirilməsi mexaniki xarakter daşıyır və həll ounan məsələ barəsində əlavə göstərişlər və məlumatlar tələb olunmur. 4. Nəticəvilik- (və ya sonluluq) ondan ibarət olur ki,sonlu sayda addımlar sayəsində alqoritm ya məsələnin həllinə gətirib çıxarmalıdır ,ya sonlu sayda addımlardan sonra həllin əldə edilə bilməməsi səbəbindən dayanmalı və bu barədə uyğun məlumat verməlidir,ya da ki,alqoritmin icrası üçün ayrılmış vaxt ərzində aralıq nəticələri verməklə, icranı davam etdirməlidir. 5. Kütləvilik- o deməkdir ki,məsələnin həll alqoritmi ümumi hal üçün işlənir, yəni,o yalnız ilkin verilənlərlə fərqlənən müəyyən sinif məsələləri üçün tətbiq edilə bilər. Bu halda ilkin verilənlər,alqoritmin tətbiq olunma oblastı adlanan müəyyən bir oblastdan seçilə bilərlər. Tipik alqoritmik strukturlar alqoritmlərin və proqramların struktur yolla yaradılmasıda tətbiq olunur. Bu strukturların kombinasiyası ilə alqoritmlər və proqramlar tətbiq edilir. İstənilən hesablama prosesi aşağıdakı tipik (elementar) alqoritmik strukturların kombinasiyasından təşkil olunur : xətti,budaqlanan, dövrü. Xətti alqoritmik struktur. Tərkibində məntiqi və dövri bloklar olmayan iki və daha çox mərhələlər ardıcıllığından təşkil olunur.
Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompüterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir. İstənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası.  Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.  Sintaksis – əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.  Semantika – dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına "göstərir" ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.
İstifadə edilmiş ədəbiyyat:
N.Mahmudov “Fərdi kompüterdə proqramlaşdırma” Bakı-1995, s.98-118
Yüklə 16,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin