İ N F O R M A T İ K A ____________________________________________________________ 405
Əmcad Fərux Əlvi və Basit Fərux Əlvi qardaşları
1986-cı ildə IBM PC üçün ilk The Brain virusu yaradılır.
Kompüter viruslsrının növbəti inkişaf mərhələsi 1987-ci ildən başladı. Bu
dövrdə nisbətən ucuz IBM PC platformalı kompüterlər geniş yayılmağa
başlamışdı. Bu da virusa yoluxan kompüterlərin sayının kəskin artmasına səbəb
oldu. Məhz 1987-ci ildə üç böyük kompüter virusu epidemiyası baş verdi.
Əlvi qardaşlarının yaratdığı, birinci kompüter epidemiyasına səbəb olan
Brain virusu 1987-ci ildə aşkar edilir.
McAfee-nin açıqlamasına görə təkcə ABŞ-da bu virusa (Brain virusu nəzərdə
tutulur) 18 mindən çox kompüter yoluxmuşdu. Əslində bu proqram Əlvi
qardaşlarının firmasından proqram təminatını oğurlayan yerli piratları
cəzalandırmali idi. Proqramda onu yazan qardaşların adları, ünvanları və
telefonları göstərilmişdi. Lakin heç kimin gözləmədiyi çox tez bir müddət ərzində
The Brain virusu Pakistan sərhədlərini aşaraq bütün dünya üzrə yüzlərlə
kompüterə yoluxdu. Brain virusu həm də ilk stels-virus hesab edilir. Ona görə ki,
yoluxmuş sektoru oxumağa cəhd edəndə proqram yoluxmuş sektorun orijinalını
(yəni yoluxmamış variantını) təqdim edirdi.
İkinci epidemiya kompüterlərə ABŞ-ın Lexaysk universitetindən noyabr
ayında yayılmağa başlamışdı. Həmin virus bir neçə gün ərzində universitetin
hesablama mərkəzinin kitabxanasına aid olan yüzlərlə disketin və tələbələrin şəxsi
disketlərinin məzmununu məhv etmişdi. Epidemiya müddəti ərzində dörd mindən
çox kompüter bu virusa yoluxmuşdu.
1988-ci ilin may ayının 13-də eyni zamanda bir neçə universitetdə və
firmada “Jerusalem” adlanan virus aşkar edildi. Həmin gün kompüterə yüklənən
fayllar məhv edilmişdi. Bu, həqiqi epidemiyaya səbəb olan ilk MS-DOS viruslardan
biri idi. Avropada, Amerikada və Yaxın Şərqdə kompüterlərin bu virusa yoluxması
barədə xəbərlər yayıldı.