İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə285/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   281   282   283   284   285   286   287   288   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
396 
qoşulmuş qovşaqların paketlərini həmin kanallar vasitəsilə ünvanda göstərilən 
kommutatorlara ötürürlər.
Bununla bərabər ATM texnologiyasında paketlərdə xidməti informasiyanın 
az olması üçün qlobal şəbəkə standartı kimi qəbul olunmuş virtual birləşmənin 
təmin olunma prinsipi tətbiq olunur. Bu zaman nəzərdə tutulmuş axırıncı qovşağın 
20 baytlıq ünvanı yalnız birinci paketdə ötürülür və əlaqə yaradılan kimi o biri 
paketlərdə yalnız virtual əlaqənin nömrəsi göstərilir. Ona görə də 53 baytın 5 
baytı xidməti informasiya, onun 3 baytı isə (20 baytlıq ünvan əvəzinə) virtual 
birləşmə üçün təyin edilir, qalan 48 bayt isə verilənlər üçün nəzərdə tutulur. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 397 
 
FƏSIL XV. İNTERNETDƏN TƏHLÜKƏ 
VƏ ONDAN MÜDAFİƏ 
 
 
İstifadəçi İnternetə qoşulan zaman İnternetdən fərdi kompüterə daxil olan 
ziyanverici viruslara qarşı həyata keçirilən müdafiə tədbirləri şəbəkələrarası 
ekranlaşdırıcı avadanlıqların köməkliyi ilə yerinə yetirilir. Belə avadanlıqlara 
nümunə olaraq şəbəkələrarası ekran proqramlarını göstərmək mümkündür. 
Hesablama texnikasında bu tip proqramları 
brandmayer
və ya 
Firewall 
adlandırırlar. 
Brandmayerlərin hansı funksiyanı yerinə yetirməsi onların necə 
sazlanmasından asılıdır. Adətən onlar digər kompüterlərin Sizin istifadə etdiyiniz 
fərdi kompüterin resurslarına daxil olma cəhdinin qarşısını alır və Sizin 
kompüterinizdə istifadə olunan proqramlara və İnternetə göndərilən 
informasiyaya nəzarət edirlər. Məsələn, troyan adlanan viruslar İnternetdən və ya 
elektron poçtundan Sizin kompüterə daxil olub kompüterinizdə olan fayllar 
haqqında informasiya toplayaraq pisfikirli (bədəməlli) kompüter istifadəçisinə 
göndərir. Burada məqsəd müxtəlif ola bilir: heç bir fəaliyyətə ziyan vurmadan 
mümkün kommersiya təkliflərinin qiymətləndirilməsi üçün məlumatların 
toplanması naminə və ya ciddi sənaye cəsusluğu ilə məşğul olmaq üçün tutarlı 
səviyyədə əhəmiyyət kəsb edən informasiyaların əldə olunması xatirinə. Belə 
proqramlar Sizin kompüterə daxil etdiyiniz parolları izləməklə yanaşı digər məxfi 
(konfidensial) proqramları da nəzarətdə saxlaya bilir. 
Brandmayerlərdən başqa İnternetlə bağlı təhlükələrin qarşısını almaqdan 
ötrü (cəsus proqramların axtarılması və neytrallaşdırılması) 
spyware
adlanan 
proqram təminatından da istifadə edilir. 
Troyan viruslarından başqa İnternetdən rəsmi şəkildə təqdim edilən 
proqram təminatı təşkilediciləri (komponentləri) bir çox hallarda proqram 
modullarına malik olurlar ki, onlarda Sizin istifadə etdiyiniz kompüter haqqında 
məlumat toplamaqla yanaşı Sizin icanəniz olmadan (Sizdən xəbərsiz) Sizə məxsus 
olan informasiyanı proqram istehsalçılarına göndərə bilirlər. Bir çox hallarda 
istehsalçı şirkətlər bu şəkildə informasiya toplanmasını və İnternet vasitəsi ilə 
onlara çatdırılmasını istifadəçinin işinə ziyan vurmayacağını sübut etməyə cəht 
göstərirlər və bu əməliyyatın hətta istifadəçiyə müəyyən qədər xeyir gətirəcəyini 
də sübut etmək istəyirlər. Nəzərə alınmalıdır ki, istənilən kompüter istifadəçisi ona 
məxsus olan informasiyanı gizli saxlamaqla yanaşı digər kompüter istifadəçisinə 
göndərməməyə də tam ixtiyarı vardır. Bu baxımdan da kompüter istifadəçisinin 
brandmayerdən istifadəsi məsləhətdir. Bununla o, fərdi kompüterini cəsus 
proqramlarından müdafiə etmiş olur. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin