İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə284/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   280   281   282   283   284   285   286   287   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
394 
Qlobal kompüter şəbəkəsinin struktur sxemi 
EHM və terminal şəbəkələri verilənləri ötürmə şəbəkəsi vasitəsilə bir-biri ilə 
birləşdirilmiş əsas (Əsas Hesablama Maşınları) və terminal (Terminal Hesablama 
Maşınları) elektron hesablama maşınlarından ibarətdir. Əsas hesablama maşınları 
abonent məsələlərinin həlli üçün, terminal hesablama maşınları isə abonent 
kompüterlərini verilənləri ötürmə şəbəkəsinə birləşdirmək üçün nəzərdə tutulub. 
 
ATM TEXNOLOGİYASI 
 
Müasir böyük həcmli hesablama şəbəkələrində müxtəlif növlü və sistemli 
kompüter və avadanlıqlardan istifadə edilir ki, onların da bir-birilə 
uyğunlaşdırılması şəbəkə adminstratorları üçün çoxlu problemlər yaradır. Bu 
uyğunlaşmanı müəyyən dərəcədə ATM (Asynchronous Transfer Mode) 
texnologiyası yerinə yetirir: 

Lokal və qlobal şəbəkələr üçün ümumi nəqliyyat protokolu; 

Hər birinin xidmət keyfiyyəti tələb olunan səviyyədə olmaqla kompüter və 
multimedia trafiklərini eyni nəqliyyat sistemləri çərçivəsində birləşdirmək; 

Tələbdən asılı olaraq verilənlərin ötürülməsi üçün Qiqabıt/saniyə sürətə 
malik iyerarxik sistemin olması. 
Burada ən çətin məsələ eyni əlaqə kanalı və eyni kommunikasiya 
avadanlıqlarından istifadə etməklə kompüter və multimedia trafiklərini eyni 
vaxtda ötürməkdir. Bu funksiya ATM kommutatorunun köməyi ilə həyata keçirilir. 
THM 
ƏHM 
THM 
ƏHM 
THM 
ƏHM 
THM 
THM 
ƏHM 
UMPD 
UMPD 
ƏQ 
ƏQ 
ƏQ 
ƏQ 
ƏQ 
EHM 
şəbəkəs

Terminal şəbəkəsi 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 395 
Aşağıdakı şəkildə ATM kommutatorunun köməyi ilə üç mənbədən 
(meynfreym, lokal şəbəkə və videokonfrans) qəbul edilən siqnalların ötürülməsi 
texnologiyası göstərilmişdir. Göstərilən ABR (Available Bit Rate - Lazımlı bit sürətli 
servis), VBR (Variable Bit Rate – Dəyişən bit sürətli servis), CBR (Constant Bit 
Rate – Sabit bit sürətli servis) ATM şəbəkəsinin müxtəlif təbiətli siqnallarının 
ötürülməsi üçün göstərdiyi xidmət növləridir. 
ATM texnologiyasında müxtəlif təbiətli paketlər - kompüter, telefon və ya 
videokanal paketləri çox kiçik ölçülü paketlərə bölünərək sistemin girişinə daxil 
olur. Paketlərin uzunluğu 53 bayta bərabər olur ki, bunlardan 5 bayt başlığın 
uzunluğu, 48 bayt isə verilənlər olur. Belə ATM paketləri oyuqlar adlanır. Bu 
paketlər böyük sürətli kanalla istifadəçiyə ötürülür. Paketin belə kiçik olması onun 
az vaxt ərzində ötürülməsinə imkan yaradır. Buna baxmayaraq ötürülmənin bir az 
gecikməsi ötürmə tempinin aşağı düşməsinə səbəb olmur. Məsələn, prioritetli 
multimedia sistemlərində onun paketləri ən pis halda 53 baytın ötürülmə vaxtı 
qədər gecikə bilər, bu da 155 Meqabit/saniyə sürət rejimində 3 mikrosaniyəyə 
(mks) bərabər olur ki, çıxışda bu heç hiss edilmir. 
 
ATM şəbəkələrində müxtəlif təbiətli paketlərin eyni kanalla ötürülmə prinsipi 
ATM şəbəkələrində sonuncu qovşaqlar şəbəkəyə xüsusi əlaqə xətləri 
vasitəsilə qoşulur, kommutatorlar isə öz aralarında yüksək sürətli, tezlik 
sıxlaşdırma qabiliyyətli əlaqə kanalları vasitəsilə birləşir. Hər bir kommutator ona 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin