C++ proqramlaşdırma dili haqqında ümumi məlumatlar



Yüklə 1,44 Mb.
səhifə1/37
tarix02.01.2022
ölçüsü1,44 Mb.
#42333
  1   2   3   4   5   6   7   8   9   ...   37
C -dan praktikum



C++ proqramlaşdırma dili haqqında ümumi məlumatlar

C++ dilində proqram aşağıdakı simvollardan ibarət ola bilər:



  • Latın əlifbasının baş hərflərindən (A,B,C,...), kiçik hərflərindən (a,b,c,...) və sətiraltı xətdən;

  • 0,1,...,9 ərəb rəqəmlərindən;

  • Xüsusi işarələrdən

  • Probel, tabulyasiya və yeni sətrə keçid simvollarından.

Əlifbanın simvollarından açar sözləridentifikatorlar formalaşdırılır. Açar sözlər ehtiyat sözlər olub kompilyator üçün xüsusi mənaya malik olur və onlar təyin olunduqları mənada istifadə olunurlar (dilin operatoru, verilənlərin tipi və s.). İdentifikator proqram obyektinin adıdır və hərf, rəqəm və altxətt simvolunda ibarət olmalıdır. İdentifikatorun birinci simvolu rəqəm ola bilməz. Həmçinin indenifikatorun yazılışında probeldən istifadə yolverilməzdir. C++ dilində böyük və kiçik həflər fərqlənir. Hər bir identifikator unikal olmalıdır və açar sözlərlə eyni olmamalıdır.

Proqramın mətnində şərhlərdən istifadə etmək olar. Əgər mətn // simvolları ilə başlayırsa və yeni sərtə keçid simvolu ilə sona çatırsa və ya /* və */ sivolları arasında yerləşərsə, onda kompilyator onu nəzərə almır, yəni kompilyasiya etmir.

Şərhlərdən əsasən proqramın izahı üçün istifadə edilir.

Verilənlər

İstənilən proqramda məsələlərin həlli zamanı hər hansı verilənlər emal olunur. Verilənlər kompüterin yaddaşında saxlanılır və müxtəlif tipli ola bilər: tam və həqiqi ədədlərdən, simvollardan, sətirlərdən, massivlərdən. Verilənlərin tipi ədəd və simvolların kompüterin yaddaşında saxlanma qaydasını təyin edir. Onlar bu və ya digər qiymətin yazılacağı yaddaşın ölçüsünü verir. Təyin olunmuş tipin qiymətinin saxlandığı yaddaş sahəsi (oyuq) dəyişən adlanır. Dəyişənin adı (identifikatoru) və qiyməti olur. Dəyişənin adındandan onun qiymətinin yerləşdiyi yaddaş sahəsinə müraciət üçün istifadə olunur. Proqramın yerinə yetirilməsi zamanı dəyişənin qiymətini dəyişmək olar. İstənilən dəyişən istifadə olunmamışdan əvvəl təsvir olunmalıdır. C++ dilində təsvir operatoru ümumi şəkildə aşağıdakı kimi yazılır:




Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin