İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə273/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   269   270   271   272   273   274   275   276   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 383 
Elektron poçtu
(E-mail). Bu xidmət növü hazırda İnternetin ən kütləvi 
xidmət növüdür, çünki bir çox hüquqi və fiziki şəxslər məhz bu xidmət növündən 
istifadə etmək üçün İnternetə qoşulurlar. E-mail kommersiya təşkilatları üçün 
operativ biznes informasiyasının sürətli ötürülməsində istifadə edilən əvəzedilməz 
bir vasitədir. Elektron poçtla istifadəçi dünyanın müxtəlif bölgələrində yaşayan və 
ya işləyən istifadəçilərlə əlaqə qura bilər. İstifadəçilər bu xidmətdən ənənəvi 
məktub, telefon, yaxud faks əvəzi istifadə edirlər. Elektron poçtu uzaq məsafəyə 
xəbərlərin ötürülməsini təmin edir. Elektron poçtu vasitəsilə İnternetdə 
informasiya göndərilir və əldə edilir. Elektron poçtundan faylların, proqramların 
ötürülməsi üçün də istifadə olunur. Elektron poçtu vasitəsilə kompüterin 
yaddaşında saxlanılan istənilən faylı lazım olan ünvana göndərmək mümkündür. 
Bu zaman çalışmaq lazımdır ki, yaddaşda olan faylın tutumu 3 Mbayt-dan artıq 
olmasın, çünki böyük tutumlu fayllar göndərilən zaman mütləq maneələrlə 
rastlaşırlar. Digər tərəfdən fayl böyük olduqca onun göndərilmə vaxtı da uzanır. 
Nəticədə səhvlərə yol verilir, faylı yenidən göndərmək lazım gəlir və s. 
Çatışmazlığı aradan qaldırmaqdan ötrü universal MIME (Multipurpose Internet 
Mail Extensions – İnternet Poçtunun Çoxməqsədli Genişlənməsi) üsulundan 
istifadə edilir. MIME elektron poçtu vasitəsilə göndərilən bütün faylları kodlayır. 
Əks tərəfdə isə alınmış informasiya dekodlanır və istifadəçi proses zamanı 
informasiyanı əvvəlki şəkildə alır. 
elm@iit.ab.az
informasiya fraqmenti yazılışını araşdıraq. Yazılışda istifadəçi 
@ qovşaq kompüteri, altdomen, I səviyyəli domen kimi əks edilir. 
İstifadəçi - bu istifadəçinin adıdır. Məsələn, elm@ - kommersiya işarəsi 
istifadəçinin adını qovşaq kompüterin adından ayırır. Ünvanın ikinci hissəsi, yəni 
@ işarəsindən sonrakı yazılış istifadəçinin İnternetə qoşulduğu kompüterin 
ünvanını göstərir. Kompüter ünvanı bir-birindən nöqtə ilə ayrılan bir neçə 
hissədən ibarətdir. 
Elektron məktubun qəbul edilmiş formatı başlıq və məlumatdan ibarət olur: 

From (haradan): məktubu göndərən tərəfin elektron ünvanı; 

To (hara): məktub göndərilən şəxsin ünvanı; 

Cc (nüsxə): məktub göndərilən şəxsin digər elektron ünvanı; 

Subject: məktubun mövzusu; 

Date (tarix): məktubun göndərilmə tarixi və zamanı (bu sətir avtomatik 
doldurulur); 

Reply To: məktubuna cavab verilən abonentin elektron ünvanı. 
Son zamanlara qədər uzaq məsafə ilə əlaqə əsasən, elektron məktublar 
vasitəsi ilə həyata keçirilirdi. İndiki zamanda isə E-mail vasitəsi ilə şəkillər, 
fototəsvirlər, audio və video yazılar və sairədən istifadə etməklə informasiya 
mübadiləsi aparmaq mümkündür. Yuxarıda qeyd olunan informasiya fraqmentini 
göndərmək və ya onları elektron məktubuna birləşdirmək olar. Fraqmentləri 
birləşdirən fayl məktub ilə eyni zamanda göndərilir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin