İ N F O R M A T İ K A
____________________________________________________________ 373
ola bilər. Buradan da bir sıra terminlər meydana gəlmişdir: fayl-server və ya disk-
server, printer-server və ya çap serveri, məlumatlar bazası serveri, SQL-server
(SQL dilində məlumatlar bazasında sorğuların işlənməsi proqramları), kompüter-
server və s. Aydındır ki, bütün serverlərin öz kliyentləri vardır.
Proqram təminatı nöqteyi-nəzərindən “kliyent-server” texnologiyası
kliyentlərin və serverlərin ayrı-ayrılıqda öz proqramlarının olmasını təmin edir.
Kliyent proqramları kimi mətn və cədvəl prosessorları proqramlarından, server
proqramı kimi isə məlumatlar bazasının idarəetmə proqramından istifadə oluna
bilər. “Kliyent-server” proqram cütlüyü kimi məlumatlar bazasından götürülmüş
informasiyalı cədvələ malik sənədi işləyən mətn prosessorunun proqramını misal
göstərmək olar.
Şəbəkədə yerinə yetirilən hər hansı bir proqram bir halda kliyent, digər
halda isə server rolunda çıxış edə bilər. Müəyyən zaman intervalında bir
proqramda kliyent və server öz rollarını dəyişə bilərlər.
Dostları ilə paylaş: