İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


ŞƏBƏKƏDƏ İŞİN SİSTEM TƏMİNATI



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə264/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   260   261   262   263   264   265   266   267   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

ŞƏBƏKƏDƏ İŞİN SİSTEM TƏMİNATI 
 
Lokal şəbəkədə məlumat ötürülməsi prosesi şəbəkə əməliyyat sistemini 
təşkil edən proqram vasitələri kompleksinin köməyi ilə həyata keçirilir. Bəzi 
şəbəkə əməliyyat sistemləri, məsələn, 
Novell
 
NetWare,
ayrıca kompüter üçün 
yaramır. Bu halda şəbəkə örtüyündən istifadə edilir. 
UNIX
və ya 
Windows NT 
həm şəbəkədə, həm də ayrıca kompüterdə işləyir. Şəbəkə əməliyyat sistemləri 
aşağıdakı əməliyyatları yerinə yetirir: 

Verilən və proqramları bir kompüterdən digərinə ötürmək; 

Ayrıca kompüterdə proqram işlətmək; 

Şəbəkədə fayl sisteminin idarə edilməsi; 

İstifadəçilərin şəbəkə resurslarına müdaxiləsinin və verilənlərin icazəşiz 
müdaxilədən qorunmasının idarə edilməsi; 

Xarici və operativ yaddaşdakı verilənlərin təhlükəsizliyinin təmin edilməsi, 
imtinalardan qoruma, verilənlərin arxivləşdirilməsi və təkrarlanması; 

Giriş və çıxışa görə şəbəkə resurslarının paylanması; 

Şəbəkədən kollektiv istifadə qaydalarına əməl olunmasının uçotu və 
nəzarət edilməsi; 

Şəbəkənin əmr prosessorunun interfeysinin təmin edilməsi. 
Şəbəkə əməliyyat sistemlərinin proqram təminatı iki hissəyə bölünür. Əgər 
mərkəzi server varsa, bəzi modullar şəbəkəni idarə edən sistem cədvəllərinin 
saxlandığı mərkəzi serverdə işləyir. Bu modullar şəbəkə sisteminin nüvəsini təşkil 
edir. Digər modullar işçi stansiyalarda işləyir. Adətən şəbəkə elə qurulur ki, işçi 
stansiyalar yalnız serverin disklərinə və birgə istifadə edilən printerlərə müraciət 
edə bilir. Stansiyalar bir-birinin diskinə müdaxilə edə bilmir. Lakin 
Net
 
Link 
proqramı serverə müraciət etmədən iki kompüter arasında (əgər həmin proqram 
hər iki kompüterə yüklənibsə) birbaşa informasiya mübadiləsinə imkan verir.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin