İ N F O R M A T İ K A
____________________________________________________________ 371
Wi-Fi şəbəkəsi
Orta
və
böyük
kompüter bazasında
hesablama
proseslərinin
mərkəzləşdirilmiş idarəetmə sxemi son zamanlar
“
klient-server”
texnologiyası
ilə əvəz edilmişdir.
Mərkəzləşdirilmiş
idarəetmə sistemində
bütün hesablama resursları,
məlumatlar və onların işlənmə proqramları bir kompüterdə cəmləşdirilir.
İstifadəçilər terminalların (displeylərin) vasitəsilə hesablama maşınlarına daxil
olurlar. Terminallar kompüterə
ya interfeys vasitəsilə, əgər terminallar uzaq
məsafədə yerləşdirilmişsə, telefon xətləri vasitəsilə qoşulurlar. Terminalın əsas
funksiyası istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Sxemin müsbət
cəhəti inzibati rəhbərliyin asan olması, proqram təminatının təkmilləşdirilməsinin
mümkün olması və informasiyanın mühafizə olunmasıdır. Mənfi cəhəti isə aşağı
etibarlılığa malik olması, aparat və proqram təminatının artırılmasının çətin olması
və
bir qayda olaraq, şəbəkənin istifadəçilərinin sayı artdıqda operativliyin aşağı
düşməsi və sairədir.