İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


Tokren Ring texnologiyası



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə260/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   256   257   258   259   260   261   262   263   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Tokren Ring texnologiyası
IBM kompaniyası tərəfindən işlənib 
hazırlanmışdır. Bu texnologiyada dairəvi hərəkət edən marker məlumat ötürmək 
istəyən düyün tərəfindən dayandırılır. Məlumat ötürən düyün ünvandan 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 367 
ötürmənin bitməsi barədə təsdiq alan kimi marker azad edilir və marker, onu 
gözləyən düyünlər növbəsindəki ilk düyünə keçir. 
Tokren Ring texnologiyası 
Arcnet (Attached Resource Computer Network) texnologiyası
sadə, 
ucuz, etibarlı və çevik lokal şəbəkə arxitekturasıdır. Bu texnologiyada 
kompüterlərdən biri xüsusi marker yaradır və ardıcıl olaraq bir kompüterdən 
digərinə ötürür. Əgər hər hansı stansiya məlumat ötürmək istəyirsə, həmin 
markeri gözləyir, marker alan kimi ötürəcəyi məlumata ünvan informasiyasını 
qoşub markerlə birlikdə ötürür. Arcnet texnologiyası istənilən topologiyada 
istifadə edilə bilir. 
QEYD
: ARCNET texnologiyası 1976-cı ildə Datapoint şirkətinin mühəndisi 
Con Merfi tərəfindən yaradılmışdır. 1977-ci ildə isə texnologiya haqqında elan 
verilmişdir. ARCNET texnologiyası şin və ulduz texnologiyasına əsaslanır. Ötürücü 
mühit kimi koaksiol kabeldən istifadə edilir. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
368 
Arcnet texnologiyası 
 
Ethernet texnologiyası
şəbəkə düyünlərinin ümumi şinə paralel 
qoşulması şəraitində işləyir. Marker azad olan kimi şəbəkənin növbəti ötürməyə 
hazır olduğunu xəbər verir. Rəsmi olaraq Ethernet şəbəkəsinin yaranma tarixi 22 
may 1973-cü il hesab edilir. Palo-Alto şəhərində yerləşən Xerox firmasının Elmi-
tədqiqat mərkəzinin əməkdaşları B.Metkalf və D.Boqqs sayılan jurnalların birində 
eksperimental şəbəkə haqqında məqalə çap etdirirlər və həmin şəbəkənin 
Enhernet adlandırıldığı barədə oxuculara məlumat verirlər. 
Devid Boqqs, Ron Kreyn və Bob Metkalf 
Şəbəkə 
koaksial 
kabellə 
qurulmuşdu və verilənlərin kabel 
vasitəsi ilə ötürülməsi 2,94 Mbit/saniyə 
təşkil edirdi. 1979-cu ildə Digital, Intel 
və Xerox şirkətləri lokal şəbəkə vasitəsi 
ilə informasiyanın 10 Meqabit/saniyə 
ötürülməsinə imkan verəcək texnologi-
yanın hazırlanması üçün DIX konsersi-
umunu yaradırlar. 1980-cı ildə Ethernet 
layihəsi üzərində tədqiqatları həyata 
keçirmək üçün elmi işçilərdən qrup 
yaradılır. 
Həmin qrup 1983-cü ildə Ethernet 802.3 və Ethernet 10Base5 standartlarını 
təsdiq edir. İnformasiyanın etibarlı (səmərəli, əlverişli) şəkildə ötürülməsi üçün 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin