İ N F O R M A T İ K A ____________________________________________________________
360
ötürülməsi, uzaqdakı verilənlər bazasına və proqramlara müraciət,
telekonfransların keçirilməsi, İnternet vasitəsilə telefon zənglərinin icrası mümkün
olmuşdur. İnternet artıq bir sosial hadisə olaraq müasir cəmiyyətin həyat
ukladlarının hamısına televiziya qədər güclü təsir göstərməkdədir.
VERİLƏNLƏRİN RABİTƏ KANALLARI İLƏ ÖTÜRÜLMƏSİ. ŞƏBƏKƏDƏ QARŞILIQLI FƏALİYYƏT METODLARI Kompüterlər arasında əlaqə onların arasında fiziki rabitə yaratmaq yolu ilə
əldə edilir. Verilənlər şəbəkədə xüsusi kabelin köməyi ilə, telefon və ya radio
kanalı ilə ötürülür. Bu xətlərin fiziki xarakteristikaları kompüterdəki şinin
xarakteristikalarına uyğun olmadığından, siqnalın dəyişdirilməsi lazım gəlir.
İnformasiya kabellə ötürülərkən dəyişdirmə prosesi üçün
şəbəkə adapterindən ,
telefon və ya radio ötürməsində isə
modemdən istifadə edilir.
Şəbəkə adapteri və modem
Şəbəkə adapteri verilənlərin ötürülməsi ilə bağlı baza funksiyalarının bir
hissəsi ilə proqramlaşdırılmışdır. Bunu prosessor kompüter portuna görə tanıyır.
Şəbəkə adapteri prosessorun porta daxil etdiyi əmrlərlə idarə edilir. Qalan
funksiyaları özü icra edir. Şəbəkə adapteri rabitə kanalı ilə daxil olan məlumatlar
arasından lazımi verilənləri qəbul edib öz buferinə yığaraq prosessorun qəbuledici
əmrini gözləyir. Şəbəkəyə ötürüləcək məlumatları prosessordan öz buferinə yığan
şəbəkə adapteri şəbəkənin azad olmasını gözləyir və sonra ötürür.
Şəbəkə drayveri şəbəkə adapteri ilə bilavasitə qarşılıqlı fəaliyyət göstərən
proqrama deyilir. Bu, prosessorun sorğularını adapterin anladığı əmrlərə və
əksinə tərcümə etmək üçündür.