İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə252/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   248   249   250   251   252   253   254   255   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 357 
 
Server 
QEYD
: Serverlər (server ingiliscə 
to serve
deməkdir və xidmət etmək 
anlamını verir) şəbəkədə olan digər kompüterlərə müxtəlif servis xidmətlərini 
göstərə bilən, optimal xarakteristikaya malik kompüterlərdir. Onlar güclü 
prosessorlara, böyük sayda (həmçinin tutuma) operativ yaddaşa və böyük 
tutumlu xarici yaddaşa (vinçerterə) malikdirlər. 
İlk İnternet-server 1991-ci ilin 6 avqustunda yaradılmışdır. Bu gün WWW 
(Vsemirnoe pautinı-Ümumdünya Hörümçək Toru) istifadəçiləri üçün əlamətdardır. 
Amma serverdən istifadə 1989-cu ilə təsadüf edir. İnternet-serverin yaradıcısı, 
Avropa nüvə tədqiqatları laboratoriyasında işləyən ingilis alimi Tim Berners-Li ilk 
dəfə serverin yaradılma ideyasını çap elətdirdiyi məqalədə irəli sürür və 
Ümumdünya kompüter şəbəkəsinin yaradılmasını təklif edir. 
İl ərzində (1991-ci il nəzərdə tutulur) İnternet-server Avropa və Amerikanın 
digər tədqiqat mərkəzlə-rində də yaradılır. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
358 
Tim Berners-Li 
1992-ci 
ilin 
noyabr 
ayında artıq dünya miqyasında 
26 serverdən istifadə olunurdu. 
1993-cü ildə bu rəqəm 200-ü 
keçir. 1995-ci ildə WWW–nin 
müxtəlif ölkələrdə tətbiqi o 
qədər artır ki, 
şəbəkəni 
“həvəskar 
şəbəkə” 
adlandırmaq düzgün sayılmır. 
İndiki 
zamanda 
İnternet-
şəbəkədən 
milyardlarla 
istifadəçi 
bəhrələnir. 
Hal-
hazırda 
Tim 
Berners-Li 
yaratdığı 
Ümumdunya 
Hörümçək 
Toru 
şəbəkəsi 
Konsorsimuna (World Wide 
Web Consortium) rəhbərlik 
edir. 
Server 
ayrılmış
və 
ayrılmamış
ola bilir. 
Ayrılmış
server
işçi stansiya kimi 
işləyə bilmədiyi halda, a
yrılmamış
server
isə işçi stansiya kimi işləyə bilir. Bu halda 
şəbəkənin məhsuldarlığı və etibarlığı aşağı düşür.
QEYD
: İşçi stansiyalar daha güclü prosessorlarla təmin olunmuş, əlavə 
yaddaşa malik və xüsusiləşdirilmiş əməliyyatları (məsələn, 3D qrafikası, 
videooyunların yaradılması və s.) yerinə yetiri bilən sadə masaüstü kompüterlədir. 
Ümumi təyinatlı sistem vasitələri çox hallarda serverdə saxlanır ki, bu da işçi 
stansiyaların yaddaşından səmərəli istifadə edilməsinə imkan verir. 
Birsəviyyəli
şəbəkələrdə ayrıca server olmur. Şəbəkənin idarə edilməsi 
funksiyaları işçi stansiyalar arasında paylanır. Lakin bu halda sistem cədvəlləri 
bütün kompüterlərə yazılır. Bu şəbəkələr nisbətən az məhsuldar olsa da, istismarı 
sadədir. 
Şəbəkənin ən mühüm cəhəti münaqişəli situasiyaların həlli üçün metodların 
seçilməsidir. Bu məqsəd üçün şəbəkələrin çoxu prioritet sistemindən istifadə edir. 
İcra etdiyi funksiyadan asılı olaraq, server müxtəlif cür adlandırılıa bilir. 
Məsələn, telekommunikasiyalar serveri lokal şəbəkə ilə digər şəbəkələr arasında 
əlaqə yaradır. Buna görə də bu server xəbərlərin marşrutlaşdırılmasını və daxil 
olan və çıxan informasiyanın buferləşdirilməsini təmin etməlidir. Hesablayıcı 
server işçi stansiyaların gücü çatmayan hesablamaları aparmaq üçündür. Disk 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin