İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə248/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   244   245   246   247   248   249   250   251   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
350 
Qrafik redaktorun istifadəçisindən grafik məlumatların hansı formatda 
saxlandığını bilmək tələb edilməsədə, onun üçün təsvirlərin lazımı səviyədə 
(səmərəli istifadə məqsədi ilə) saxlanmasından və müxtəlif əlavələr arasında 
sərfəli məlumat mübadiləsinin təşkil edilməsindən ötrü qrafik formatların 
xüsusiyyətlərini bilmək mühüm əhəmiyyət kəsb edir. 
Ümumiyyətlə, kompüter qrafikasında vektor və rastr formatları 
fərqləndirmək qəbul edilmişdir. 
VEKTOR VƏ RASTR FORMATLAR 
 
Vektor formatlara aid olan fayllarda təsvirlərin şərhi sadə qrafik obyektləri 
(xətləri, çevrələri, düzbucaqlıları, qövsləri və s.) yaratmaq üçün istifadə edilən 
əmrlər çoxluğu ilə verilir. Belə fayllarda bunlardan başqa digər əlavə 
informasiyalar da saxlanılır. Müxtəlif vektor formatlar bir-birindən əmrlərin sayı və 
onların kodlaşdırılması üsulları ilə fərqlənir. 
Rastr formatlara aid olan fayllarda aşağıdakı xarakteristikalar (parametrlər) 
saxlanılır: 

Təsvirin ölçüsü – üfqi və şaquli istiqamətlər üzrə təsvirdəki videopiksellərin 
sayı; 

Bit dərinliyi – bir videopikselin rənginin saxlanması üçün istifadə edilən 
bitlərin sayı; 

Təsviri şərh edən məlumatlar – hər bir videopikselin rəngi və digər əlavə 
informasiya. 
QRAFİK MƏLUMATLARIN SIXILMA ÜSULLARI 
 
RLE (Run-Length Encoding)–təkrarlanan kəmiyyətlər ardıcıllığı üsulu ilə 
sıxma zamanı pikselin şərh edilməsi üçün istifadə edilən bitlərin və onların 
təkrarlanma saylarından istifadə edilir. Bu üsul bir sıra qrafik formatlarla (məsələn, 
PCX formatı ilə) bir yerdə istifadə olunur.
Faylın sıxılması üçün istifadə edilən proqram əvvəlcə piksellərin sayını, sonra 
isə onların rənglərini (və va əksinə) yaza bilər. Ona görə də faylı oxuyan proqram 
məlumatların həmin faylı diskə yazan proqramdan fərqli qaydada yerləşməsini 
gözləyə bilər. RLE üsulu ilə sıxılmış faylı açanda səhv barədə məlumat çıxarsa (və 
ya təsvir tam təhrif olunmuş formada alınarsa), belə faylı başqa proqramla 
açmağa və ya onu başqa formata çevirməyə cəhd etmək lazimdır. 
RLE sıxma üsulu o halda səmərəli hesab edilə bilər ki, sıxılan təsvir eyni rəng 
calarina malik olan böyük sahələrdən ibarət olsun. Bu üsul skanerlə alınan 
fotoqrafiya təsvirlərinin sıxılması üçün səmərəli hesab edilə bilməz, çünki, skanerə 
olunan fotoqrafiyalarda eyni rəngə malik olan videopiksellərin uzun ardıcıllığı 
olmur. 
LZW sıxma üsulu təsvirdə təkrarlanan naxışların tapılmasına əsaslanır. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin