İ N F O R M A T İ K A ____________________________________________________________
344
Rastr qrafikanın aşağıdakı üstünlükləri vardır:
1.Hər bir pikselə mümkün olan milyonlarla rəng çalarından birini vermək
olur.
2.Nöqtələrin ayrı-ayrı piksellərlə təsvir edilməsi üçün nəzərdə tutulan çıxış
qurğularını kompüter çox asan idarə edir. Odur ki, rastr təsvir printerdə çox asan
çap edilə bilir.
Rastr qrafikanın çatışmazlıqları bunlardır:
1.Rastr təsvir faylında hər bir pikselin rəngi haqqında informasiya bitlərin
kombinasiyası formasında saxlanır. Daha sadə təsvirlər ağ və qara rənglərdən
ibarət olur. Bu halda hər bir pikselin rəngini kodlaşdırmaq üçün qiyməti “0”dan və
ya “1”dən ibarət olan bir bit kifayət edir. Pikselin rəngi iki bitlə kodlaşdırılanda
kombinasiyaların nümkün sayı dördə (2
2
) bərabər olur (00, 01, 10, 11) yəni, iki
bitlə dörd rəng kodlaşdırıla bilər. Dörd bit (2
4
) 16 pəngi, 8 bit (2
8
) 256 rəngi, 24
bit (2
24
) isə 16 777 216 rəng çalarını kodlaşdırmağa imkan verir.
Sadə rastr təsvirlər çox da böyük yaddaş sahəsi tələb etmir. Fotoqrafiya
keyfiyyətinə malik olan təsvirlər isə əksər hallarda bir neçə meqabayt (Mbayt)
həcmində yaddaş sahəsi tələb edir. Əgər qrafik torun ölçüləri 1240x1024, istifadə
edilən rənglərin sayı 16 777 216-ya bərabər olarsa, rastr faylın həcmi ≈4Mbayta
bərabər olacaqdır.
Göründüyü kimi rastr təsvirləri saxlamaq üçün böyük həcmdə yaddaş tələb
edilir. Bu problemin ən sadə həlli kompüterin yaddaş qurğularının həcmini
artırmaqdır. Müasir sərt və optik disklər məlumatları saxlamaq üçün böyük
həcmdə yaddaş sahəsinə malikdir.
Problemin digər həlli qrafik informasiyanın sıxılmasıdır. Bu məqsədlə qrafik
fayllarda məlumatların təşkil üsulunun dəyişdirilməsi hesabına rastr faylların
ölçüsünü azaldan proqramlardan istifadə edilir. Qrafik məlumatları sıxmaq üçün
bir neçə üsuldan istifadə edilir. Bu üsullardan ən sadəsi təkrarlanan kəmiyyətlər
ardıcıllığıdır.
Bu cür sıxma üsulu RLE (Run-Length-Encoding) adlanır. RLE üsulu eyni
çalarla rənglənmiş böyük sahələrə malik olan təsvirlərlə daha yaxşı işləyir.
Fotoqrafiya fayllarında eyni rəngə malik olan uzun piksellər sətri demək olar ki,
olmadığına görə bu üsulla fotoqrafiya fayllarını yaxşı sıxmaq mümkün olmur.
Çoxsaylı naxışlara malik olan təsvirləri sıxmagdan ötrü ən yaxşı üsul LZW
üsuludur.
2.Rastr təsvirlər miqyaslaşdırılandan və fırladılandan sonra öz keyfiyyətini
itirir, çünki eyni çalarla rənglənmiş sahələr standart naxışa (və ya təsvirdə olan
səlist duz və əyri xətlər gözlənilmədən girintili-çıxıntılı xətlərə) çevrilə bilər. Rastr
təsviri əvvəlcə kiçildib sonra əvvəlki ölçüsünə qədər böyüdəndə təsvirin görünüşü
pisləşir, pilləvari formaya düşür (pilləvari effekt yaranır), rənglənmiş sahələr təhrif
edilir.
Rastr təsvirlər üzərində miqyaslaşdırma, firlatma və digər əməliyyatları
yerinə yetirmək üçün az sayda imkanlar mövcuddur.