İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə223/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   219   220   221   222   223   224   225   226   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
314 
Şəkil 110. Hazırlanmış ülgünün tam şəkildə ekran görünüşü 
Dialoq pəncərəsinin sol tərəfindəki sürüşdürmə panelindən istifadə etməklə 
ekranda digər slaydların baxışını keçirə bilərsiniz. 
Şəkil 110-dan aydın görünür ki, Slids (Слайды-Slaydlar) qoşmasinda ülgüdə 
olan slaydların siyahısı təqdim olunmuşdur, amma Outline (Структура - Quruluş) 
qoşmasında isə həmin ülgülərin strukturları göstərilmişdir. Bu baxımdan da 
istifadəçi slaydları hazırlayarkən onların hansı rəngdə tərtib olunmalarını, onlara 
hansı rəng qammasının verilməsini və s. həyata keçirməyi və digər əməliyyatları 
necə yerinə yetirməyi, bütün bunları ona proqram özü təqdim etmiş olur. Bununla 
yanaşı, istifadəçi slayd üzərində əl ilə müəyyən dəyişikləri də həyata keçirə bilər. 
Slayd hazırlandıqdan sonra istifadəçi onun daxilinə müəyyən mətnin 
yazılmasına başlaya bilər. Həyata keçirilmiş əməliyyatın nəticəsi şəkil 111-də 
göstərilən kimidir. Şəklə diqqət edin. İstifadəçi mətni slayda yerləşdirən kimi, 
avtomatik olaraq həmin mətn ekranın sol tərəfində, Slids (Слайды-Slaydlar) 
qoşmasinda görünür. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 315 
Şəkil 111. Təqdimat üçün ülgünün seçilməsi 
Təqdimata hazırlanacaq ikinci slaydı yaradaq və ona “Müəlliflər haqqında 
qısa məlumat” adını verək və slaydda aşağıdakı informasiyanı yerləşdirək: 

Müəllif – “İnformatika” kafedrasının müəllimi Əlizadə Mətləb; 

Müəllifin 45-dən çox dərslik və dərs vəsaiti çap olunmuşdur. 
Beləliklə, hazırlanmış slayd şəkil 112-də göstərilən kimi olacaqdır. 
Şəkil 112. Təqdimatın ikinci slaydı 
İndi isə istifadəçi üçüncü slaydın hazırlanmasına başlaya bilər. Bu slaydda 
müəllifin işlədiyi kafedranın nəaliyyətləri haqqında informasiya əks olunacaq. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin