İnformatika və proqramlaşdırma”fənnindən Təqdimat “Proqramlaşdırma dillərinin təsnifatı” İxtisas



Yüklə 1,66 Mb.
səhifə1/6
tarix23.05.2023
ölçüsü1,66 Mb.
#120127
  1   2   3   4   5   6
B.Günel-informatika təqdimat




AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ-nin
nəzdində
BAKI NEFT – ENERGETİKA KOLLECİ

İnformatika və proqramlaşdırma”fənnindən




Təqdimat
“Proqramlaşdırma dillərinin təsnifatı”

İxtisas:Neft-qaz yataqlarının geologiyası və kəşfiyyatı
Qrup:339
Tələbə:Behbudova Günel
Müəllim:Sadıqova Rəsmiyyə
Bakı 2022

MÜNDƏRİCAT


  1. Giriş...........................................................................................................3

2. Plan
Plan 1
Proqramlaşdırma nədir........................................................................................4
Plan 2
Proqramlaşdırma dilləri
strukturu...............................................................................................................6
Plan3
Proqramlaşdırma dillərinin təsnifatı...............................….............…..........................................................8
3. İstifadə olunan ədəbiyyatların siyahısı:...................................................13


Giriş
Proqramlaşdırma dilləri və ya alqoritmik dil - proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili kompüterin alqoritmi qəbul etməsi üçün istifadə edilir.
Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompüterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
İstənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası.

  • Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.

  • Sintaksis – əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.

  • Semantika – dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına "göstərir" ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.

Beləliklə, hər hansı verilənlərin emalı prosesini birbaşa həyata keçirməyə imkan verən proqramlar, dili təyin edən sintaksis qaydalara uyğun olaraq əlifbadakı simvolların birləşməsi nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib hazırlanır.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin