Şəkil. C proqramlaşdırma dilində yazılmış bir proqramın mənbə kodu. Plan 2 Proqramlaşdırma dilləri
Ada — Ada proqramlaşdırma dilinin yaranma tarixi 1974–1980-ci illərə təsadüf edir.
Assembler – bu proqram vasitəsilə effektiv və kompakt proqramlar yaradılır. Assemblerlərdən sistem proqramlarının, drayverlərin, kompüterin aparat resurslarına müraciət üçün və s. proqramların yaradılmasında istifadə edilir.
Basic – Bu dil üçün kompilyator və interpretatorlar mövcuddur. 60-cı illərdə yaradılmışdır və öyrənilməsi sadədir.
C – Bell laboratoriyasında yaradılmışdır və assembler dilini əvəz etmək üçün nəzərdə tutulmuşdur. Assemblerdən fərqli olaraq konkret tip prosessordan asılı deyil.
C++ – 1980-ci ildə Byörn Straustrup tərəfindən yaradılmışdır. Proqramın imkanları proqramçının işinin məhsuldarlığını artırmış olur.
C# — C#(C Sharp) – Microsoft. Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir.
Fortran – 50-ci illərdə Cim Bekus tərəfindən yaradılmış ilk kompilyasiya dilidir. Bu dildən hal-hazırda da bütün dünyada istifadə edilir. 2000-ci ildə Fortranın yeni versiyası yaradılmışdır: F2k.
JAL — Wouter Van Ooijen tərəfindən 16F84 ,16C84,16F877 , Scenix SX18 ve SX28 kimi mikrokontrollerləri proqramlaşdırmaq üçün yaradılmış dildir.
Java – 90-cı illərdə Sun kompaniyası tərəfindən С++ proqram dili əsasında yaradılmışdır.
LISP — List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. 1958-ci ildə yaradılmışdır
Lua — 1993-cü ildə yaradılmış açıq qaynaq kodlu dildir.
Objective-C — yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dilidir.
Pascal – 70-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.
Perl — 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
PHP — (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
Prolog — Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır.
Python — 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Dilinin sintaksisi çox aydın və anlaşıqlıdır.
Ruby — Yukihiro Matsumoto tərəfindən Perl, Smalltalk və Eiffel dillərindən yararlanaraq yaradılmışdır.
Scheme — Funksional proqramlaşdırma dili olub. 1975–1980-ci illər ərzində MİT süni intellekt laboratoriyasında yaradılmışdır.
Delphi — Pascal dilinin əsasında yaradılmış dildir.
Cobol – 60-cı illərdə yaradılıb, iqtisadi sahədə, biznes məsələlərin həllində istifadə edilir. Bu proqramın operatorları adi ingilis cümlələrinə çox bənzəyir.
Swift– Apple tərəfindən WWDC 14 də təqdim edilmiş proqramlaşdırma dili.
ASD–2020-də yaradılmış Azərbaycanca proqramlaşdırma dilidir. "yaz", "sorğu", "mesaj", "dəyişən", "get" və "əgər" açar sözlərinə, hesab operatorlarına malikdir. Sadə proqramların yazılmasına və proqramların öyrənilməsinə xidmət edir.