Şəkil 11. Əmsalın dəyişkən kimi göstərilməsi
Bu cür bir misalda, əmsalın yerləşdiyi ünvanı nisbi ünvan kimi göstərmək uyğun deyildir. Ünvanın nisbilik xüsusiyyətini mütləqləşdirmə yolu ilə qaldırmaq lazımdır. Bir ünvanı tam mütləqləşdirmək üçün o ünvanın həm sütun adının, həm də sətir nömrəsinin soluna ―$― işarəsini qoymaq lazımdır. İçərisində belə yazılmış ünvan olan formulda, köçürüldüyü yerdən asılı olmayaraq bu ünvan həmişə sabit qalacaqdır.
Misalımızda köçürmə əməliyyatını yalnız aşağıya doğru yerinə yetiririk. Əslində yalnız sətirlərin nömrəsi dəyişəcəkdir. Bu səbəbdən formulda istifadə ediləcək ünvanda yalnız sətir nömrəsinin qarşısında ―$― işarəsi qoymaq kifayətdir. Bu baxımdan uyğun formulu aşağıdakı şəkildə də yaza bilərik:
=D3+A$2
Yəni, ünvanın yalnız sətir nömrəsi hissəsini mütləqləşdiririk. Sütun adı hissəsi isə nisbi olaraq qalır. Əgər bu formulu sağa və ya sola doğru köçürəriksə, sütun nömrəsi dəyişəcəkdir. Bu cür bir ünvan ifadəsinə qismi mütləq ünvan adı verilir.
Bunun əksi olaraq ünvanın yalnız sütun adı hissəsini mütləqləşdirə bilərsiniz ($A2). Əslində bu xüsusiyyətdən istifadə etdikcə daha yaxşı qavrayacaq və ünvanın hansı hissəsinin mütləqləşdiriləcəyini özünüz təyin edəcəksiniz. Bu halda buna diqqət etməyiniz
lazımdır: hansı istiqamətdə dəyişiklik olmasını istəmirsinizsə, ünvanın o istiqamətlə əlaqədar hissəsini mütləqləşdirin, əgər hər iki istiqamətdə də dəyişməməsini istəyirsinizsə, o zaman tam mütləqləşdirin. Aşağıdakı yazılışa diqqət edin:
=$D3*$A$2
Bu formulu sağ alt hücrəyə köçürsək, formul aşağıdakı kimi olar:
=$D4+$A$2
Hücrə adları.
Excel XP-də formulların yazılışını sadələşdirmək üçün hücrə ünvanı yerinə hücrə adlarından istifadə etmək daha məqsədəuyğundur. Məsələn, aşağıdakı kimi bir formul yaza bilərsiniz (şəkil 12.):
Şəkil 12. Formulda hücrə adlarından istifadə edilməsi
=ÜmumiMaaş*Əmsal Yaxud:
=Amil ÜmumiMaaş
Amilin ümumi maaşını o hücrədə görəcəksiniz. Bütün bu imkanları ancaq hücrələri adlandırmaqla əldə edə bilərsiniz.
Hücrə ünvanlarından istifadə etməyin nə qədər yorucu və anlaşılmaz olduğunu Excel XP-də uzun müddət işlədikcə hiss etmək olar. C3, A5, D7 kimi hücrə ünvanlarının hansı məlumatları ifadə etdiyi bəlli olmadığından bir sıra ünvanlarla işlədikdə çətinlik çəkməli oluruq.
Excel XP-də hücrə və sahələrə xüsusi adlar verə bilər və işinizi bu adlardan istifadə edərək nizamlaya bilərsiniz. Məsələn, Yanvar ayına aid orta qiyməti hesablayarkən
=AVERAGE(Yanvar)
şəklində bir formul tərtib edə bilərsiniz.
Bir hücrəni və ya hücrə qrupunu adlandırmağın ən asan yolu, o hücrə və ya hücrə sahəsini seçib formul çubuğunun sol tərəfindəki ad sahəsinə onların adını daxil etməkdir. Aşağıdakı misalda Yanvar ayına aid məlumatlar seçilmiş və ad sahəsinə Yanvar yazılmışdır (Şəkil 13.).
Dostları ilə paylaş: |