Bu dialoq pəncərəsindəki Top row (В строке выше-Üst sətir) və Left column (В столбце слева-Sol sütun) parametrlərini işarələyib OK düyməsini sıxın. Bununla da məlumatların olduğu hücrələri həm aylara, həm də şəhərlərə görə adlandırmış olursunuz. Yəni, bu adlar uyğun sahələrdəki hücrələrə veriləcəkdir.
Yanvar C3:C6 Bakı C3:F3 Fevral D3:D6 Sumqayıt C4:F4 Mart E3:E6 Gəncə C5:F5 Aprel F3:F6 Quba C6:F6
Əgər C3:C6 sahəsindəki hücrələri seçərsinizsə, ad sətrində artıq Yanvar yazıldığını görəcəksiniz və ya C5:F5 sahəsindəki hücrələri seçərsinizsə, Gəncə yazıldığını görəcəksiniz.
Əgər Create Names (Создать имена-Adlar Yarat) dialoq pəncərəsindəki Left column (В столбце слева-Sol sütun) parametrini işarə etməsəydiniz, yalnız aylara aid məlumatlar adlandırılacaqdır. Yəni, seçdiyiniz bir sahənin ən üst/alt sətrindəki və ya ən sol/sağ sütunundakı mətnlər o sətir və ya sütundakı məlumatlara aid olaraq avtomatik təyin edilə bilər;
Adları seçdiyiniz sahənin ən aşağı sətrindən və ya ən sağdakı sütunundan da ala bilərsiniz. Bunun üçün Create Names (Создать имена-Adlar Yarat) dialoq pəncərəsindəki Bottom row (В строке ниже-Alt sətir) və ya Right column (В столбце справа-Sağ sütun) parametrini işarələməlisiniz;
Create (Создать-Yarat) əmri ilə ad yaratmağın əsas əhəmiyyəti, eyni anda bir neçə adı avtomatik yaratmaqdır. Define (Присвоить-Təyin Et) əmri ilə isə eyni anda yalnız bir ad yarada bilərsiniz.
Adlar ən çox 255 simvoldan ibarət ola bilər. Mümkün olduqca qısa adlardan istifadə etməyiniz daha məqsədəuyğundur;
Adların yazılışında hərf, rəqəm, ―.―, ―?― və ―_― işarələrindən istifadə edə bilərsiniz;
Adın ilk işarəsi mütləq hərf olmalıdır;
Adın yazılışında boşluqdan istifadə etməyin. Əgər sözləri ayrı yazmaq istəyirsinizsə, ―_― işarəsindən istifadə edin.
Beləliklə, işçi səhifənizi nizamladıqda məlumatlarınızı adlandırarkən mümkün qədər ən qısa, ən aydın anlaşılan ifadələrdən istifadə edin və bunlardan ad olaraq istifadə edə biləcəyinizi öncədən nəzərə alın.
Hər hansı bir adı silmək üçün Insert (Вставка-Daxil Et) menyüsündəki Name (Имя- Ad) alt menyüsündən Define (Присвоить-Təyin Et) əmrini seçin və açılacaq Define Name (Приосвоение имени-Ad Təyin Et) dialoq pəncərəsindəki Names in workbook (Имя-İşçi kitabdakı adlar) siyahısından həmin adı seçib Delete (Удалить-Sil) düyməsini sıxın;
Hər hansı bir adı dəyişdirmək istəyirisinizsə, Names in workbook (Имя-İşçi kitabdakı adlar) siyahısından həmin adı seçin. Sonra yeni adı yazıb Add (Добавить-Əlavə et) düyməsini sıxın və mövcud adı seçib Delete (Удалить-Sil) düyməsini sıxaraq onu silin;
Hücrələri adlandırdıqdan sonra işçi səhifə üzərində bu adlardan istifadə edərək gəzişə bilər, yaxud seçmə əməliyyatları apara bilərsiniz. Məsələn, Yanvar ayına aid məlumatları seçmək üçün ad sətrinin yanındakı aşağı ox düyməsini sıxaraq ad siyahısını açın və siyahıdan Yanvar adını seçin. Yanvar ayına aid məlumatların avtomatik olaraq seçildiyini görəcəksiniz.
İşçi səhifədə gəzişməyin başqa bir yolu da Go To (Перейти-Keç) əmrindən istifadə etməkdir. [F5] düyməsini sıxın və ya Edit (Правка-Redaktə) menyüsündən Go To (Перейти-Keç) əmrini seçin. Açılacaq dialoq pəncərəsindəki siyahıdan uyğun adı seçib OK düyməsini sıxın.
Hücrələri adlandırmağın əsas üstünlüklərindən biri də hücrə ünvanlarının anlaşılmazlığından yaxa qurtarmaq və bundan sonra məlumatlararası əlaqəni təşkil edərkən bu adlardan istifadə etməkdir.
Şəkildə göstərilmiş cədvəldə (şəkil 17.) Yanvar ayına aid cəm, AutoSum (Автосумма- Avtomatik Cəmlə) düyməsi ikiqat sıxılaraq hesablanmış və =SUM(C3:C6) formulu yaradılmışdır .