İnformatikanin əsaslari


Xarici (uzunmüddətli) yaddaş



Yüklə 1,28 Mb.
səhifə30/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   156
nformatikanin saslari

Xarici (uzunmüddətli) yaddaş. Kompüterin xarici yaddaş qurğusunun əsas vəzifəsi böyük həcmli informasiyanı (proqramları, sənədləri, audio-video klipləri və s.)

82 prosessor və operativ yaddaş quraşdırılmış sistem platası, sərt və çevik disk yığıcıları, CD-ROM və s. 83 Dərslikdə yer alan bu tip göstəricilər sadəcə təsəvvür yaratmaq üçündür. Çünki bu göstəricilər böyük sürətlə dəyişəndir.
uzun müddət saxlamaqdan ibarətdir. İnformasiyanı yazıb oxuyan qurğuya yığıcı və ya diskovod deyilir. İnformasiyanı saxlayan qurğuya (məsələn, disketə) isə daşıyıcı deyilir.

      1. İnformasiyanın yazılıb oxunmasının maqnit prinsipi. Çevik və sərt maqnit disklərindəki (vinçesterdəki) yığıcılar ferromaqnitə əsaslanır. Lazımi şəraitdə bu disklər informasiyanı 10 illər boyu saxlaya bilir.

        1. Çevik maqnit diskləri. Bunlar plastik kütlədən hazırlanmış korpus daxilində quraşdırılmış fırlanan maqnit diskləri idi, informasiyanı bir kompüterdən digərinə köçürmək üçün istifadə edilirdi.

        2. Sərt maqnit diskləri (vinçester). Vincester dəmir korpus daxilində bir ox üzərində yerləşdirilmiş böyük sürətlə fırlana bilən çoxsaylı maqnit diskləri paketidir. Vinçesterin tutumu 150 Qbayta çatır. Yazıb oxuma sürəti saniyədə 133 Mbayt təşkil edir. Fırlanma sürəti dəqiqədə 7200 dövrdür.

      1. İnformasiyanın yazılıb oxunmasının optik prinsipi. CD-ROM DVD-ROM kimi lazer diskovodları optik prinsiplə işləyir. CD-ROM 650 Mbayt informasiya tutumuna malikdir. Saniyədə 150 Kbayt informasiya oxuya bilir. 52 sürətli CD-ROM-lar adi CD- ROM-lardan 52 dəfə sürətlə (saniyədə 7,8 Mbayt) oxuyur. DVD-ROM 17 Qbayt həcmə malikdir.

      2. Flash-yaddaş. Bu enerjidən asılı olmayan yaddaş növüdür. İnformasiyanı mikrosxemə yazır.

    1. Yüklə 1,28 Mb.

      Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin