İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə28/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   156
nformatikanin saslari

Kompüterin iş prinsipi


3.4.1 İnformasiyanın kodlaşdırılması və kompüter yaddaşında təsviri
Kompüter 2-lik say sistemində təsvir edilən rəqəmlərlə işləyir. Bu da, 10-luq say sistemi kimi, mövqeli say sistemidir. Tam ədədi 10-luqdan 2-liyə keçirmək üçün ardıcıl bölmədən, kəsr ədədi 10-luqdan 2-liyə çevirmək üçün isə ardıcıl vurmadan istifadə edilir. 2-lik ədəd sağdan-sola üç-üç qruplaşdırıldıqda 8-lik say sisteminin ədədləri alınır. 2-lik rəqəm yaddaşda 1 bit yer tutur. 8 mərtəbəli 2-lik ədəd 1 bayt yaddaş tutur. 1024 bayt 1 kilobayt, 1024 kilobayt 1 meqabayt, 1024 meqabayt 1 qiqabayt, 1024 qiqabayt 1 terabayt təşkil edir və s.
İnformasiya kompüter yaddaşında rəqəm formasında saxlanır. Yəni, rəqəm olmayan informasiya81 da rəqəmə çevrilir. Buna kodlaşdırma deyilir.
81 mətn, şəkil, səs və s.
Müasir fərdi kompüterlərdə operativ yaddaşın həcmi yüzlərlə meqabayt təşkil edir.
Kompüterdə ədədi, mətni və məntiqi verilənlər fərqləndirilir. Mətni verilənlər dedikdə, simvolların xətti ardıcıllığı nəzərdə tutulur. Simvollar nömrələnir (kodlaşdırılır) və simvol əvəzinə koddan istifadə edilir. Hər simvol 1 bayt yer tutur.
Hal-hazırda 128 simvolluq (0-dan 127-dək) ASCII (American Standard Code for Informational Interchange) standart kodundan istifadə edilir. Milli əlifbalar 128-255 arasında nömrələnir. Mətni düzgün oxumaq üçün mətn drayverləri vardır.
Məntiqi verilən 2 qiymət (0 və 1) alır. 0-yalan, 1- gerçək. Məntiqi verilən 1 bit yer tutur. Şəkil və səs kimi mürəkkəb obyektlər də 2-lik rəqəmlərə çevrilib saxlanır.


    1. Proqramın kompüterdə icrası prosesi


Kompüterdə verilənlərin saxlanması və emalı ayrı-ayrı qurğularda icra edilir. İnformasiya kompüterin yaddaş qurğusunda saxlanır, mərkəzi prosessorda emal edilir. Kompüterin işi yaddaşındakı informasiyadan asılıdır. Kompüterin yaddaşı 3 bölmədən ibarətdir: ünvanlaşdırılan yaddaş, prosessor registrləri kompüter portları tərəfindən istifadə edilən giriş-çıxış yuvaları. Kompüter portları informasiya ötürülməsi qaydasına görə, ardıcıl və paralel olur. Modem ardıcıl porta, printer paralel porta qoşulur. Ünvanlaşdırılan yaddaş məntiqi cəhətdən ardıcıl yuvalardan ibarətdir. Hər yuva 1 bayt saxlayır. Operativ yaddaşdakı baytlar nömrələnmiş olur. Baytın nömrəsi onun ünvanıdır.
Mərkəzi prosessor kompüterin əsas qurğusudur. Mərkəzi prosessor həm bütün hesablamaları icra edir, həm də kompüterin bütün hissələrinin işini idarə edir.
Prosessor registrləri kompüter yaddaşının ən cəld hissəsidir. Çoxsaylı registrlər müxtəlif funksiyalar icra edir.
Kompüterin işi elementar əməliyyatlar ardıcıllığından ibarətdir. Hər bir elementar əməliyyat müəyyən maşın əmrinin nəticəsidir. Maşın əmrlərinin bütövlükdə bir neçə yüz variantı vardır. Hər maşın əmrinin icrası üçün prosessorun konstruksiyasında ayrıca elektron mikrosxem nəzərdə tutulmuşdur. Maşın əmrləri əməl tipləri üzrə təsnifləşdirilir. Əməl tipləri üzrə icra edilən maşın əmrləri aşağıdakılardır:
―informasiya blokunu operativ yaddaşdan prosessor registrinə keçırır‖
―informasiya blokunu prosessor registrindən operativ yaddaşa keçırır‖
―informasiya blokunu portdan alıb prosessor registrinə ötürür‖ və s.
Prosessor əməllərin bir çoxunu paralel icra edir. Bunun üçün impuls taktları generatoru vardır. Bu, əməli kvantlarla icra edir.
Həm verilən, həm də proqram ünvanlaşdırılmış yaddaşda saxlanır. Kompüter əmr deşifratorunun köməyi ilə proqram mətnini veriləndən ayırır. Maşın əmrlərinin bitkin çoxluğu maşın dilini yaradır. Maşın əmrinin icrası 3 addımdan ibarətdir: əmrin seçilməsi, icrası və növbəti əmrin ünvanının hesablanması. Bunun üçün prosessorda 2 registr – ünvan və əmr registri vardır. Ünvan registri əmr baytının nömrəsini, əmr registri isə əmrin məzmununu təyin edir.



    1. Yüklə 1,28 Mb.

      Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin