Sağlamlıq imkanları məhdud insanlar üçün sosial müavinətlər, tibbi xidmət və maddi yardım



Yüklə 125,47 Kb.
Pdf görüntüsü
tarix23.02.2017
ölçüsü125,47 Kb.
#9221

 

                   



 

 

 



İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 

 

 



Sağlamlıq imkanları məhdud insanlar üçün sosial 

müavinətlər, tibbi xidmət və maddi yardım 

 

Tədqiqat “Vətəndaş Cəmiyyəti – Media – Dövlət və Özəl sektorun Əməkdaşlığı ilə 



Azərbaycanda Hərəkət İmkanları Məhdud İnsanların Hüquqlarının Müdafiəsi və 

Yaşam Şərtlərinin Yaxşılaşdırılması” layihəsi çərçivəsində hazırlanmışdır. 

 

 



 

 

 



Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Tədqiqatın məzmununa görə 

CESD məsuliyyət daşıyır və heç bir halda Avropa Birliyinin mövqeyi hesab 

oluna bilməz. 

 

 

Bakı  

May  2016 

 

 

 



 

 

 

 



Məqalənin quruluşu 



 

Bu məqalə  4 bölmədən ibarətdir.  İlk  bölmədə  sağlamlıq imkanları  məhdud şəxslərin 

üzləşdiyi  problemlər  və  əlilliyin  səbəblərinə  qısaca  toxunulacaq.  İkinci  bölmədə 

Azərbaycanda bu qəbildən olan şəxslərə verilən sosial müavinətlər və yardımlar, eləcə 

də  tibbi  xidmət  nəzərdən  keçiriləcək.  Axırıncı  iki  bölmədə  isə  beynəlxalq  təcrübə 

haqqında danışıldıqdan sonra mövcud problemlərin həllinə dair təkliflər irəli sürüləcək. 

 

Giriş 

 

Fərdi və sosial problemlərdən biri kimi, əlillik sosial siyasətin başlıca məsələlərindən 

biridir. Dünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada təxminən 1 milyard insan 

əlillikdən  bu  və  ya  digər  formada  əziyyət  çəkir.

  1

 Əlilliyin  səbəbləri  müxtəlifdir  - 



anadangəlmə  problem,  iş  fəaliyyəti zamanı baş  verən qəzanın  nəticəsi  və  s. Əlilliyin 

növlərini  ümumi  formada təsnifatlandırsaq, onu  -  əqli və  fiziki  əlillik kimi  iki qrupa 

ayıra bilərik. Sağlamlıq imkanları məhdud şəxslərin üzləşdiyi başlıca problemlər isə 

işsizlik, diskriminasiya, təhsil ala bilməmək və  yoxsulluqdur.

2

 İcbari  tibbi  sığortanın 



olmadığı dövlətlərdə isə bu insanlar tibbi qayğısızlıqdan da əziyyət çəkirlər ki, bu da 

onların  ömrünün  qısalmasına  gətirib  çıxaran  amil  hesab  edilə  bilər.  Təbii  olaraq, 

fundamental  ehtiyaclarının  ödənməsi  üçün  bu  insanlar  kənar  şəxslərdən  asılıdırlar. 

Məhz  buna  görə  də,  ildən-ilə  daha  çox  ölkədə  sağlamlıq  imkanları  məhdud  şəxslərə 

qayğı göstərənlər də sosial siyasətin diqqət mərkəzinə düşməkdədir. 

 

Müxtəlif  təriflərinin  olmasına  baxmayaraq,  əlillik  əsasən  fiziki  yaxud  əqli  gerilik 



ucbatından  fəaliyyətin  məhdudlaşması  kimi  başa  düşülür.

3

 Burada  nəzərə  alınmalı 



məqam bundan ibarətdir ki, fərdin yaşadığı, yaxud fəaliyyət göstərdiyi mühit də fərdin 

fəaliyyət  imkanlarının  məhdudlaşmasında  rol  oynaya  bilər.  Məhz  buna  görə  də, 

sosioloqlar və səhiyyə mütəxəssisləri əlilliyin iki modelini işləyib hazırlayıblar - fərdi 

və  sosial  model.  Əgər  birinci  modelə  görə  fərdin  fəaliyyət  imkanlarının 

                                                        

1

 Dünya Səhiyyə Təşkilatı bu halda həm sağlamlıq imkanları məhdud şəxsləri, 



həm də onlara qayğı göstərən şəxsləri sayır 

Barnes, Colin və Messner, Geof (2005)



 

3

 Baldock, John., Mitton, Lavinia., Manning, Nick and Vickerstaff, Sarah (2012) 



 

məhdudlaşmasındakı  başlıca  amil  onun  səhhətidir,  və  bütün  diqqət  bu  problemin 



həllinə yönəldilməlidir, ikinci modelin tərəfdarları isə sosial mühitin və infrastrukturun 

müyəssərliyi  və  münasibliyini  qabardırlar.  Bu  modellərin  təsirini  bütün  ölkələrin,  o 

cümlədən Azərbaycanın timsalında müşahidə etmək mümkündür. 

 

Bu məqalədə haqqında danışılacaq sosial müavinət və  yardımların başlca məqsədləri 



əlil  insanların  ehtiyaclarını  təmin  etmək,  onların  ev  şəraitinin  yaxşılaşdırılması  və 

yoxsulluğun bu qrup arasında azaldılmasıdır.  

 

Azərbaycan: mövcud vəziyyətin təhlili 

 

Müstəqilliyin əldə edilməsindən sonrakı dövrdə sağlamlıq imkanları məhdud insanlar 

üçün dövlət tərəfindən verilən müavinət və yardımların növü və miqdarı artmışdır ki, 

bunun  da  nəticəsində  bu  qrupun  sosial  rifahı  yaxşılaşmışdır.  Baxmayaraq  ki,  ölkədə 

Qərb  dünyasındakı  kimi  Rifah  Dövləti  sistemi  mövcud  deyildir.  Ümumiyyətlə, 

sağlamlıq  imkanları  məhdud  şəxslərin  sosial  müdafiəsinin  təminatı  üçün  onlara  pul 

ödəncləri  (pensiyalar,  müavinətlər,  birdəfəlik  ödənclər),  lazımi  dərman  və  texniki 

vasitələr  verilməklə  yanaşı,  tibbi,  sosial,  əmək  və  peşə  bərpası  sahəsində  xidmətlər 

verilir.4 

 

2008-ci ildə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının (BMT) 2006-cı 



ildə “Əlillərin hüquqları  haqqında” qəbul  etdiyi  Konvensiyayaya qoşularaq bu sosial 

qrupa  aid  olanların  sosial  rifahını  yaxşılaşdırmaq  üçün  öhdəliklər  götürmüşdür. 

Ölkənin  qanunvericiliyi  təkmilləşdirilmiş,  diskriminasiyaya  qarşı  qanunlar  qəbul 

edilmiş, əlillər üçün yeni-yeni müavinət və yardımlar təyin edilmişdir. 

 

2016-cı ildə Azərbaycanda əlil insanların sayı 568,149 nəfər təşkil etmişdir ki, bu da 



ümumi əhalinin 5-6%-i deməkdir.

5

 Bir çox ölkələrdə olduğu kimi, əhalinin yaşlaşması 



prosesi  ucbatından  Azərbaycanda  da  sağlamlığı  məhdud  insanların  sayında  tədricən 

artım  müşahidə  olunmuşdur.  Ümumi  əlil  əhalisinin  65,482  nəfəri  18  yaşdan  aşağı 

                                                        

4

 Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının 



alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və 

sosial müdafiəsi haqqında (2012) 

5

 Dövlət Statistika Komitəsi (2016) 



 

uşaqlar  və  yeniyetmələrdir.  Bunu  da  qeyd  edək  ki,  sağlamlıq  imkanları  məhdud 



əhalinin yalnız 365,750-in müəyyən dərəcədə iş təcrübəsi vardır. Əlilliyin dərəcələri 3 

qrupa bölünür ki, bunlar da tibbi-sosial ekspertiza tərəfindən müəyyən edilir.  

 

2016-ci ildə Azərbaycan hökümətinin ümumi sosial xərclərə ayırdığı pulun miqdarın 



ümumi büdcədəki çəkisi 36,1% təşkil edir ki, bunun da 12,5%-i sosial müavinət və tibbi 

sarğı materiallarının alınmasına xərclənir.

6

 Təəssüf ki, sırf olaraq sağlamlığı məhdud 



əhaliyə ayrılan büdcə pulunun miqdarına dair rəqəmlər mövcud deyildir. 

 

Sağlamlığı məhdud şəxslərin aldığı müavinət mənsub olduqları dərəcə qrupuna görə 



dəyişir  (43-67  manat).  “Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün, 

müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 

Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verən əlilliklə əlaqədar isə müavinətlər 

60-83 manat  arası  dəyişir. Əlilliyə görə  aylıq  pensiyanın  məbləği  isə  ortalama 149,9 

manatdır.

7

 İş fəaliyyəti olan əlillər üçün tətbiq edilən vergi güzəştləri də təqdirə layiq 



haldır.  Hal-hazırda  aylıq  gəliri  400  manatdan  aşağı  olanlardan  vergi  tutulmur. 

Sağlamlıq  imkanları  məhdud  şəxslərin  digər  faydalandığı  müavinətlər  isə  dövlət 

tərəfindən onlara vaxtaşırı verilən ev və avtomobillərdir.  

 

Sağlamlıq imkanı məhdud şəxslər kimi əlil insanlar üçün digər ən vacib məsələ səhiyyə 



xidmətidir.  Hər  bir  Azərbaycan  vətəndaşı  pulsuz  səhiyyə  xidməti  almaq  haqqına 

malikdir. Səhiyyə Nazirliyinin 01.12.2005-ci il tarixli əmrinə görə, sağlamlıq imkanları 

məhdud vətəndaşlar 100-dən çox dərmanı pulsuz əldə edə bilərlər. Həmçinin, onların 

müəyyən  qisminə  dövlət  tərəfindən  pulsuz  əlil  arabaları  və  dəstəkləyici  texnoloji 

avadanlıqlar da verilir. Məsələn, 2015-ci ildə dövlət tərəfindən müvafiq şəxslərə1273 

əlil arabası, 539 elektroakustik, yaxud eşitmə qabiliyyəti məhdud şəxslər üçün eşitmə 

cihazı  verilmiş,  və  5727  ortopedik  xidmət  göstərilmişdir.  200-ə  yaxın  şəxs  müalicə 

almaq üçün xaricə göndərilmişdir. 12349 nəfər isə nazirliyin sosial müdafiə mərkəzləri 

tərəfindən göstərilən səyyar xidmətdən faydalanmışlar.

8

 



 

 

                                                        

6

 Maliyyə Nazirliyi (2016) 



7

 Dövlət Sosial Müdafiə Fondu (2015) 

8

 Dövlət Sosial Müdafiə Fondunun İllik Hesabatı (2015) 



 



Problemlər 



 

Sağlamlıq  imkanları  məhdud  şəxslərə  dövlət  qayğısının  son  dövrlər  artmasına 

baxmayaraq,  bu  sahədə  ciddi  çatışmazlıqlar  qalmaqdadır.  Başlıca  problem  bu  qrup 

əhalinin böyük bir qisminin üzləşdiyi  yoxsulluqdur. Dövlət tərəfindən onlara verilən 

aylıq  müavinətlərin  həcmi  hətta  minimum  yaşayış  həddini  də  aşmır.  Sosial  müdafiə 

xərcləri ümumi büdcə xərclərinin 36,1%-i təşkil etsə də, məbləğin artırılmasına ehtiyac 

vardır. Hazırki vəziyyətdə büdcə gəlirlərinin azaldığı bir şəraitdə belə bir artım etmək 

elə  də  asan  olmaya  bilər.  Lakin  əhalinin  sosial  rifahının  dövlət  siyasətinin 

prioritetlərindən biri olduğunu nəzərə alsaq, belə artıma ciddi ehtiyac var. İnkişaf etmiş 

ölkələrdə  və  qonşu  Türkiyədə  sağlamlıq  imkanları  məhdud  şəxslərin  rifahının 

yaxşılaşdırılmasında təkcə dövlət yox, özəl sektor da ciddi rol oynayır ki, bu da dövlətin 

yükünü azaldır. 

 

Düzdür, inkişaf etmiş dövlət olan Britaniyada da verilən müavinətlər adətən minimum 



yaşayış  haqqından  aşağı  olur.  Lakin  bu  ölkədə  sağlamlıq  imkanları  məhdud  şəxslər 

saysız-hesabsız güzəştlərdən, pulsuz səhiyyə və nəqliyyat xidmətindən faydalanır. Bu 

cür güzəştlərin olmadığı Azərbaycanda hal-hazırda verilən aylıq pensiya (149,09 AZN) 

və  əlillik  müavinəti  bu  qəbildən  olan  şəxslərin  həyat  şəraitinin  yaxşılaşdırılmasına 

kifayət deyildir.  

 

Uzun  illərdir  müzakirə  olunmasına  rəğmən,  ölkəmizdə  icbari  tibbi  sığortanın  tətbiq 



edilməməsi bu sosial qrupun da vəziyyətinə birbaşa mənfi təsir göstərir. Qanunda tibbi 

xidmətin pulsuz göstərilməli olduğu qeyd edilsə də, reallıqda müşahidə olunan mənzərə 

budur  ki,  digər  insanlar  kimi  sağlamlıq  imkanları  məhdud  şəxslər  də  səhiyyə 

xidmətindən  lazımınca  faydalana  bilmirlər.  Sağlamlıq  imkanları  məhdud  şəxslərin 

səhiyyə sisteminə xərclədiyi pullar barədə dəqiq statistika olmasa da, bu xərcləməlrin 

onların ümumi xərclərindəki xüsusi çəkisinin az olmadığını güman etmək olar. Belə bir 

mühitdə bu insanlar təkcə maddi cəhətdən yox, sağlamlıq cəhətdən də əziyyət çəkirlər. 

Çünki bəzi sağlamlıq imkanları məhdud şəxslər (sinir sistemi pozulanlar) var ki, onlara 

keyfiyyətli, mütəmadi tibbi xidmət gərəkdir. 

 

Azərbaycandakı  sağlamlıq  imkanları  məhdud  şəxslərin  rifahının  yaxşılaşdırılması 

siyasətinin  digər  zəif  cəhəti  isə  onun  baxıcı  və  qayğı  çəkənləri  diqqətə  almamasıdır. 


 

Qanunvericilik  sağlamlıq  imkanları  məhdud  şəxslərin  özünə  çoxsaylı  hüquq  və 



müavinətlər  versə  də,  onların  qayğısına  qalmaq  üçün  hər  gün  saatlarla  vaxt  ayıran 

şəxslərə  heç  bir  müavinət  düşmür.  Bu  insanların  vaxt  və  gücünü  yalnız  qayğıya 

ayırması onları da əmək bazarından kənar qoyur.  

 

 



Beynəlxalq təcrübə 

 

Böyük Britaniya  

 

Dünyanın  inkişaf  etmiş  dövlətlərindən  biri  olan  Böyük  Britaniya  əhalisinin  yüksək 

sosial  rifahı  ilə  digər  ölkələrdən  fərqlənir,  baxmayaraq  ki  müəyyən  problemlər 

qalmaqdadır.  Mövcud  rifah  səviyyəsinin  əldə  edilməsində  sosial  siyasətin  rolu 

əhəmiyyətli  dərəcədə  böyük  olmuşdur.  Böyük  Britaniyada  ÜDM-ın  20%-i  sosial 

müdafiə  xidmətlərinə  xərclənir.  2016-cı  ildə  dövlətin  təkcə  sosial  müdafiə  xərcləri 

153,3 milyard, səhiyyə isə 134,7 milyard təşkil edir.

9

 



 

Britaniyada 12 milyon sağlamlıq imkanları məhdud insan yaşayır ki, bunun da 43%-i 

yaşlı əhali qrupuna, 16%-i əmək qabiliyyətini cavan yaşlarında itirmiş əhalinin payına 

düşür.  Bu  əhali  qrupunun  təxminən  yarısı  (45-50%)  əmək  bazarından  kənardadır. 

Ölkədə əhalinin bu qrupunun rifahının təmin edilməsində başlıca rolu Pensiya və Əmək 

Departamenti oynasa da, həm yerli hakimiyyət orqanları, həm də nəqliyyat sahəsindəki 

qurumlar bu istiqamətdə müxtəlif addımlar atmışlar. 

 

İnkişaf  etmiş  bir  ölkə  kimi  Britaniya  höküməti  sağlamlıq  imkanları  məhdud 



vətəndaşlarına çoxsaylı  müavinətlər və maddi  yardımlar, eləcə də  yüksək keyfiyyətli 

pulsuz  səhiyyə  xidməti  təklif  edir.  Müstəqil  Şəxsi  Ödəniş  müavinəti  sağlamlıq 

imkanları məhdud şəxslərə sırf olaraq əlilliyinə görə verilən müavinətdir ki, onun da 

həcmi həftəlik £21,80-139,75 (44-305 manat) arası dəyişir (fərdin əlilliyinin dərəcəsinə 

görə). Bu qrupdan olan şəxslər evlərinin öz xüsusi ehtiyaclarına uyğun hala gətirilməsi 

üçün lazım olan məbləği də yerli icra hakimiyyətindən əldə edə bilərlər.  

 

                                                        



9

 UK Public Spending (2016). Public Spending Details. 



 

Britaniya sosial siyasətinin səciyyəvi cəhətlərindən biri də yerli idarəetmə orqanlarının, 



xüsusilə  də  icra  hakimiyyətlərinin  sağlamlıq  imkanları  məhdud  şəxslərin  rifahının 

yaxşılaşdırılmasında  sıx  oynadığı  roldur.  İcra  hakimiyyətlərinə  məkrəzi  hökümət 

tərəfindən  verilən  müstəqillik  onlara  sosial  siyasəti  yerli  kontekstə  uyğunlaşdırmaq 

imkanı  vermişdir.  Onlar  da  qanunvericiliyin  tələblərinə  əsasən,  sağlamlıq  imkanları 

məhdud  şəxslərə  müxtəlif  növ  xidmətlər  göstərməlidirlər.  Bunlara  yeməklərin 

hazırlanması, yuyunub-geyinmə, gəzintiyə çıxmaq kimi xidmətlər daxildir ki, bunları 

ya  icra  hakimiyyəti  özü  etməli,  yaxud  da  ki  bu  xidməti  təşkil  edən  təşkilatın 

xidmətindən  istifadə  etməlidir.  Sağlamlıq  imkanları  məhdud  şəxslərin  evsizlik 

problemi ilə üzləşməməsi üçün qanunvericiliyin tələbi budur ki, icra hakimiyyəti sosial 

evləri paylayan zaman, bu qəbildən olan şəxslərə üstünlük versin.  

 

İcra  hakimiyyəti  orqanlarının  bir  digər  mühüm  funksiyası  isə  sağlamlıq  imkanları 



məhdud şəxslərin rifahının yaxşılaşdırılması məqsədilə sorğular aparmasıdır. Lakin bu 

cür  tədqiqatlar  tək  onlar  tərəfindən  deyil,  digər  dövlət  qurumları,  habelə  beyin 

mərkəzləri  tərəfindən  də  mütəmadi  olaraq  aparılır  ki,  bu  da  müvafiq  orqanların 

sağlamlıq  imkanları  məhdud  şəxslərin  rifahının  yaxşılaşdırılması  yolları  və  mövcud 

durum barədə məlumatlanmasına kömək olur. 

 

1948-ci ildə formalaşdırılan Milli Səhiyyə Xidməti bütün vətəndaşlara pulsuz səhiyyə 



xidməti 

təklif 


edir. 

Sağlamlıq 

imkanları 

məhdud 


şəxslərin 

rifahının 

yaxşılaşdırılmasında  bu  xidmətin  rolu  danılmazdır.  Çünki  onsuzda  xəstəliyinə  görə 

maddi durumu adətən aşağı olan bu qrupun tibbi xərclərdən azad olması onun iqtisadi 

durumunu yaxşı saxlamaqla yanaşı, lazım olan xidmətləri lazım olan vaxt pulsuz əldə 

etməyə  kömək  olur.  Bu  sistemin  müəyyən  çatışmazlıqları  (məsələn,  uzun  növbədə 

gözləmək)  olsa  da,  bütün  ölkə  əhalisinin  ömrünün  uzanması  və  həyat  keyfiyyətinin 

artmasındakı rolu danılmazdır. 

 

Son  olaraq  isə  qeyd  edilməlidir  ki,  Britaniya  höküməti  təkcə  sağlamlıq  imkanları 



məhdud  şəxslərə  yox,  onlara  qayğı  göstərənlərə  də  diqqət  göstərir.  Belə  ki,  baxıcı 

müavinəti  adlanan  bu  ödənc  2015-ci  ildə  həftəlik  £62,10  (135  manat)  (həftənin  35 

saatını qayğıya sərf etmək əsas şərtdir) olmuşdur. Yerli icra hakimiyyətləri baxıcıların 

da həyat şəraiti və ehtiyaclarının qiymətləndirilməsinə məcburdurlar. 

 


 

Ümumiyyətlə  isə,  bir  vacib  məqam  qeyd  edilməlidir  ki,  yoxsul  sağlamlıq  imkanları 



məhdud şəxslər  sırf əlilliyə  görə  verilən müavinətlərdən,  yoxsulluğa  görə  verilən bir 

çox  digər  müavinətlərdən  də  faydalanır  ki,  bu  da  onun  rifahının  yaxşılaşmasında 

birbaşa rol oynayır.  

 

Estoniya 



 

Ölkə əhalisinin 10,9%-i (144,136 n'f'r) sağlamlıq imkanları məhdud şəxslərdən ibarət 

olan  Estoniyada  bu  qrupun  9214  nəfəri  0-15  yaş  arası  uşaq  və  yeniyetmələrdən 

ibarətdir.

10

 Ölkənin sağlamlıq imkanları məhdud şəxslərlə bağlı dövlət siyasəti 2006-cı 



ildə qəbul edilən Birləşmiş Milətlər Təşkilatının (BMT) “Əlillərin hüquqları haqqında” 

qəbul etdiyi Konvensiyayaya böyük ölçüdə uyğunlaşdırılmışdır. 

 

Sağlamlıq imkanları məhdud şəxslərə xüsusi olaraq Əlillik Kartı verilir.



11

 Ölkədə Tibbi 

Sığorta Fondunun olması və bunun əhalinin demək olar ki, hər bir üzvünü əhatə etməsi 

sağlamlıq imkanları məhdud şəxslərin vəziyyətinə müsbət təsir göstərir. Tibbi preparat 

və xidmətlərin bir çoxu pulsuz göstərilir.

12

 



 

Sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, onları müşayiət edən baxıcılar da ictimai 

nəqliyyatdan pulsuz istifadə etmək haqqında malikdirlər.

13

 Bəzi nəqliyyat şirkətləri də 



müxtəlif növ endirimlər təklif edirlər. Məsələn, Luxpress şirkəti ölkədaxili səyahətlərdə 

(avtobusla) sağlamlıq imkanları məhdud şəxslərə 100%-lik endirim edir.

14

 

 



Sağlamlıq  imkanları  məhdud  şəxslərə  8  fərqli  müavinət  verilir  ki,  bunlar  da  sosial 

rifahın yaxşılaşdırılması, təhsil, reabilitasiya və əmək fəaliyyəti ilə bağlıdır.

15

 Bundan 


əlavə, Estoniyada sağlamlıq imkanları məhdud uşaq və yaşlılara qulluq edən baxıcılara 

da ayrıca müavinət verilir. 

 

                                                        



10

 Human Rights Centre (2014)  

11

 Estoniya Sosial Sığorta Şurası (2016)  



12

 Estoniya Tibbi Sığorta Aktı (2002) 

13

 Tallinn (2016). Travel Discounts 



14

 Luxpress (2016) 

15

 Estoniya Əlillikdən əziyyət çəkən insanlara verilən Sosial Müavinətlər Aktı 



(1999) 

 



Türkiyə 

Qonşu  ölkə  Türkiyə  ÜDM-ın  10%-i  sosial  xərclərə  yönəldir.  Ölkədə  sağlamlıq 

imkanları  məhdud  şəxslər  üçün  yaradılan  imkanlar  Qərb  dövlətlərindəki  səviyyədə 

olmasa da, dövlətin bu istiqamətdə atdığı addımlar ölkədə bu sahədə ciddi irəliləyişə 

səbəb olmuşdur. 2015-ci ildə sırf sağlamlıq imkanları məhdud şəxslərə ayrılan xərclər 

35,000,000 lirə təşkil etmişdir. Ölkədə bu qəbildən olan insanların sayı 8,500,000 təşkil 

edir.


16

 Ümumi mənzərəni qısa şəkildə təsvir etsək deyə bilərik ki, dövlət orqanları ilə 

yanaşı, özəl sektor da bu qəbildən olan əhalinin rifahının yaxşılaşdırılmasında ciddi rol 

oynayır. 

 

Sağlamlıq imkanları məhdud şəxslərin rifahının yaxşılaşdırılmasında başlıca rolu Ailə 



və  Sosial  Siyasət  Nazirliyi  oynayır.  Müavinətlərə  keçməzdən  öncə  dərs  götürülə 

biləcək  bir  məqamı  qeyd  etmək  yerinə  düşərdi.  Ailə  və  Sosial  Siyasət  Nazirliyinin 

oynayır sağlamlıq imkanları məhdud şəxslərin rifahının yaxşılaşdırılması istiqamətində 

atdığı mühüm addımlardan biri də vaxtaşırı tədqiqatlar aparmasıdır. Belə tədqiqatlar 

həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini təhlil edərək mövcud durumu öyrənir.  

 

Türkiyədə  icbari  tibbi  sığorta  sistemi  (Genel  Sağlık  Sigortası)  mövcuddur.  Sosial 



Müdafiə  Qurumunda  qeydiyyata  düşənlər  tibbi  xidmətdən  pulsuz  faydalana  bilərlər. 

Sağlamlıq  imkanları  məhdud  şəxslərin  maddi  rifahı  və  sağlamlıq  durumunun 

yaxşılaşdırılmasında bu xidmətin rolu önəmlidir.  

 

Türkiyə  bələdiyyələri  müəyyən  dərəcədə  müstəqildir,  və  mərkəzi  hakimiyyətin 



müəyyən  etdiyi  sosial  siyasəti  yerli  kontekstə  uyğunlaşdırmaq  imkanına  malikdir. 

Bələdiyyələr sağlamlıq imkanları  məhdud şəxslərə  müxtəlif xidmətlər təklif edirlər  - 

psixoloji dəstək, təmizlik, maliyyə və fövqəladə hallarda yardım. Onlar eyni zamanda 

hər bir sağlamlıq imkanları məhdud şəxsin pulsuz ictimai nəqliyyata çıxışının olduğunu 

təmin etməlidirlər 

 

Türkiyədə  özəl  sektor  sağlamlıq  imkanları  məhdud  şəxslərin  rifahının  inkişafında 



maraqlıdır.  Belə  ki,  müxtəlif  formalı  və  dərəcəli  endirimlər  və  güzəştlər  təklif  edən 

şirkətlər fərqli sektorları təmsil edirlər. Məsələn, 3 telekommunikasiya şirkəti internet 

                                                        

16

 Türkiye Istatistik Kurumu (2015) 



 

10 


istifadəsi və telefon zənglərində sağlamlıq imkanları məhdud şəxslərə endirimlər təklif 

edir.  Şəhərlərarası  avtobus  xidmətlərində  isə  ortalama  30%-lik  endirim  tətbiq  edilir. 

Sağlamlıq  imkanları  məhdud  şəxslərin  yaşadığı  evlərə  verilən  su  da  30%-lik  (bəzi 

yerlərdə bu 50%-ə kimi qalxır) endirimlə təklif edilir, baxmayaraq ki belə endirim qaz 

və işıq sahəsinə şamil edilmir.

17

 



 

Son olaraq isə, azsaylı ölkələrdə mövcud olan bir xidməti qeyd etmək məqsədə uyğun 

olardı. Sağlamlıq imkanları məhdud şəxslər Fondu tərəfindən yaradılan Xoşbəxt Əlillik 

çağrı  mərkəzi  ölkənin  hər  bir  nöqtəsindən  sağlamlıq  imkanları  məhdud  şəxslərin 

zənglərini  qəbul  etməyə  hazırdır.  Mərkəz  bu  insanlara  verilən  xidmətlər  və  sosial 

yardımlar  haqqında  məlumat  verir.  Mərkəz  İstanbul  Bələdiyyəsi  və  bir  çox  yerli  və 

xarici şirkət tərəfindən sponsor dəstəyi alır. 

 

Birləşmiş Ərəb Əmirlikləri 



 

Neft-qaz ehtiyatlarının satışından və turizm sahəsindən əldə edilən gəlirlərinin ciddi bir 

hissəsini sosial müdafiəyə yönləndirən BƏƏ höküməti Qərb dünyasındakı kimi olmasa 

da,  effektiv  və  kifayət  qədər  maddi  ehtiyatlara  sahib  sosial  müdafiə  sistemi  yarada 

bilmişdir. 2015-ci il büdcəsi  

 

Ölkə əhalisinin 21,956 nəfəri sağlamlıq imkanları məhdud vətəndaşlardan ibarətdir. 

18

 

2016-cı il büdcəsi 19,7 milyard manat səviyyəsində müəyyən edilən federal büdcənin 



50%-i təhsil, sosial müdafiə, səhiyyə və ictimai xidmətlər sahəsinə ayrılmışdır.

19

  



 

Sağlamlıq  imkanları  məhdud  vətəndaşlar  onlara  təhsillə  bağlı,  yaşayış  minimumunu 

təmin  etmək  üçün  verilən  müavinətlərdən  başqa,  pulsuz  tibbi  xidmətdən  də 

faydalanırlar. Belə ki, ölkədə icbari tibbi sığortanın mövcud olması onsuzda xəstəliyinə 

görə  maddi  durumu  adətən  aşağı  olan  bu  qrupun  tibbi  xərclərdən  azad  olması  onun 

iqtisadi  durumunu  yaxşı  saxlamaqla  yanaşı,  lazım  olan  xidmətləri  lazım  olan  vaxt 

                                                        

17

 Engelli Blog (2015) Engelli Su İndirimi 



18

 The National UAE (2015) 

19

 Emirates News Agency (2015)



 UAE Cabinet endorses AED 48 Billion for 2016 

Federal Government Budge 

 


 

11 


pulsuz əldə etməyə kömək olur. Bu sistemin müəyyən çatışmazlıqları (məsələn, uzun 

növbədə  gözləmək)  olsa  da,  bütün  ölkə  əhalisinin  ömrünün  uzanması  və  həyat 

keyfiyyətinin artmasındakı rolu danılmazdır. 

 

Ölkənin  ikinci  ən  böyük  şəhəri  Dubayda  Aşağı  təminatlı  və  sağlamlıq  imkanları 



məhdud  uşağa  sahib  ailələrə  təhsillə  (yalnız  məktəb  şagirdlərinə  şamil  edilir)  bağlı 

xərcləri  qarşılamaq  üçün  hər  il  birdəfəlik  verilən  müavinətin  illik maksimal  məbləği 

50,000 dirhəmdir (20,638 manat).

20

 İki sağlamlıq imkanları məhdud uşağı olan ailələr 



üçün isə bu məbləğ 40,000 (16,511 manat) dirhəmdir. 

 

Dubayda tətbiq edilən digər sosial müdafiə proqramı isə Sənəd adlanan xüsusi kartların 



verilməsidir. Sağlamlıq imkanları məhdud şəxslərə verilən bu kart şəxsə həm ictimai, 

həm də özəl sektorda bir çox güzəştlər verir.

21

 Məsələn, xarici ölkədən əlilliklə bağlı 



dəstəkləyici  avadanlıq,  hətta  nəqliyyat  vasitəsi  gətirən  zaman  o  avadanlıq  gömrük 

rüsumundan azad edilir. Ümumiyyətlə, ölkəyə sağlamlıq imkanları məhdud şəxslərin 

istifadə etməsi üçün gətirilən heç bir məhsuldan gömrük rüsumu tutulmur. Bu kartla 

idman  zallarına  və  Dubay  İdman  Şurasının  tədbirlərinə  giriş  də  pulsuzdur.  Özəl 

sektorda  isə  yerli  yükdaşıma  şirkətlərindən  olan  Aramex  bu  kart  sahiblərinə  daxili 

daşımalarda  50%  endirim  tətbiq  edir.  Optik  eynəklər  və  digər  sağlamlıq  məhsulları 

satan şirkətlər də müxtəlif dərəcəli endirimlər təklif edirlər. 

 

 



Yekun və təkliflər 

 

Vətəndaşların  sosial  müdafiəsi  və  onların  rifahının  yüksəldilməsi  hər  bir  dövlətin 

başlıca  məqsədlərindən  biridir.  Sağlamlıq  imkanları  məhdud  şəxslərə  dair  sosial 

müdafiə  proqramları  daha  inkluziv,  demokratik  cəmiyyətin  yaranmasında  müstəsna 

dərəcədə vacibdir. Dünya təcrübəsi göstərir ki,  sağlamlıq imkanları məhdud şəxslərin 

                                                        

20

 Community Development Authority (2016) Tuition for the Disabled One-time 



Benefit 

21

 Sənəd Kart haqqında buklet (2015) 



 

12 


sosial durumunun daha da yaxşılaşdırılması yüksək maliyyə resurslarının mövcudluğu 

şəraitində mövcuddur.  

 

Təəssüf  ki,  dünya  bazarlarında  neftin  qiymətinin  düşməsindən  sonra  ölkəmizdə 



yaşanan  iqtisadi  çətinliklər  digər  həssas,  böhranlı  əhali  qrupları  kimi  bu  qrupa  da 

müəyyən  təsirlər  etməkdədir.  Buna  baxmayaraq,  ölkə  rəhbərliyi  sosial  xərcləri 

azaltmamağı bu il üçün başlıca prioritetlərdən biri hesab edir. Hər il 1 milyard manatdan 

çox  sosial  müdafiəyə  pul  ayrılan  ölkəmizdə  büdcə  gəlirinin  əsas  mənbəyi  neft-qaz 

gəlirləridir.  Lakin  artıq  post-neft  dövründə  bu  sahədə  ciddi  islahatlar  apararaq  sosial 

müdafiə  məsələlərində dövlətin birbaşa iştirakını azaldaraq, belə  proqramların büdcə 

gəlirlərindən asılılığını azaltmaq gərəkdir.  

 

QHT-lərin və sosial sahibkarlığın iştirakı üçün daha münbit zəmin yaradılsın 



 

İnkişaf etmiş ölkələrin sosial müdafiə sahəsindəki səciyyəvi xüsusiyyətlərindən biri də 

QHT-lərin və sosial sahibkarlıqla məşğul olan qurumların (social enterprise) sağlamlıq 

imkanları  məhdud  şəxslərə  müxtəlif  xidmətlər  təşkil  etmələridir.  Yuxarıda  adı  qeyd 

edilən  sosial  sahibkarlıq  dünya  praktikasında  sosial  müdafiə  məsələlərində  olduqca 

geniş  yayılmışdır.  Belə  təşkilatların  təklif  etdiyi  xidmətlər  adətən  ya  tamamilə 

ödənişsiz,  ya  da  olduqca  kiçik  miqyasda  ödənişlə  təklif  edilir.  Əsasən  sağlamlıq 

imkanları  məhdud  şəxslərin  əmək  qabiliyyətinin  artması  və  təhsili  sahəsində  geniş 

yayılan  QHT-lərin  və  sosial  sahibkarlığa  Britaniyada  da  rast  gəlmək  olar.  Məsələn, 

Scope  adlı  sosial  təşkilat  fərdi  və  korporativ  ianələr  hesabına  öz  büdcəsini 

formalaşdırır.

22

 Təşkilat çoxsaylı xidmətlər göstərir - məlumatlandırma, məşğulluqun 



artırılması  ilə  bağlı  treyninqlər,  iclaslar,  habelə  peşəkarlar  üçün  materialların 

hazırlanması.  Təşkilat  ictimaiyyətlə  əlaqələrini  gücləndirmək  və  təbliğat 

kampaniyasını  daha  da  effektiv  etmək  üçün  sosial  şəbəkə  və  digər  mətbuat 

kanallarından geniş istifadə edir. Yalnız bir sosial sahibkarlığın timsalında bizlər belə 

təşkilatların  və  QHT-lərin  nə  dərəcədə  əhəmiyyətli  olduğunu  görə  bilərik  ki,  bu  da 

ölkəmizdə bu sektorun inkişafının nə dərəcədə faydalı ola biləcəyini göstərir.  

 

                                                        



22

 Scope: About disability (2016) 



 

13 


Ölkəmizdə QHT-lərlə bağlı qanunvericilik mövcud olsa da, sosial sahibkarlıqla bağlı 

hələ  ki,  işlər  görülməyib.  Bu  sahənin  ölkəmizdə  təşəkkül  tapmaması,  geniş 

yayılmaması,  dövlətin  bu  sahəyə  diqqət  ayırmaması  və  inkişafını  təşviq  etməməsi 

ucbatından  ölkəmizdə  aşağı  təminatlı,  sağlamlıq  imkanları  məhdud  əhalinin  sosial 

müdafiəsində bu sektorun iştirakı aşağıdır. Sosial sahibkarlığın inkişafı qaçılmaz olaraq 

dövlətin yükünü azaltmaqla yanaşı, dövlət diqqətindən kənarda qalanların həyatına da 

müsbət təsir göstərmək iqtidarındadır.  

 

Dövlətin QHT-lərin və sosial sahibkarlıqla məşğul olan qurumlara dəstəyi müxtəlif ola 



bilər. Bura maliyyə yardımları, vergi və gömrük rüsumlarının alınmaması və nəticəyə 

görə ödəniş sxemi aid edilə bilər. Sonuncu maliyyə mənbəyi Böyük Britaniyada son 

dövrlər xeyli populyarlaşıb. Əsasən icra hakimiyyətləri və nazirliklərin yerli şöbələrinə 

mərkəzi hökümət tərəfindən verilən bu ödənci müəyyən maddi mükafat kimi də başa 

düşmək olar. Məsələn, cari il ərzində öz ərazisində 100 sağlamlıq imkanları məhdud 

şəxsin işlə təmin edilməsində rol oynayan icra hakimiyyəti, yaxud digər dövlət qurumu 

bununla əlaqədar mərkəzdən maddi mükafat alır. Bu sistemin mənfi tərəfləri olsa da, 

əsas müsbət tərəfi təşviqedici xüsusiyyəti, və sağlamlıq imkanları məhdud şəxslər üçün 

çəkilən xərcin müəyyən qismini qarşılamasıdır. 

 

 



 

Bələdiyyələrin inkişafı mütləqdir 

 

“Bələdiyyələrin  statusu  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən 

ölkəmizdə  bələdiyyələrin  üzərinə  sosial  müdafiə  məsələlərində  böyük  məsuliyyət 

düşür. Lakin onların bu sahədə passivliyi uzun müddətdir ki məlum məsələdir. Hal-

hazırda  yerli  bələdiyyələrin  80%-ə  yaxını  kənd  yerlərində  yerləşir  ki,  bu  da  onların 

maliyyə mənbələrinin  yüksək olmasına müəyyən maneələr yaradır.

23

 Baxmayaraq ki, 



kənd təsərrüfatının inkişafı hesabına maliyyə vəsaitlərini böyütmək mümkündür. 2015-

ci il statistikasına əsasən, ölkə üzrə bələdiyyələrin ümumi gəlirləri 30,803,900 manat 

olmuşdur  ki,  bunun  da  cəmi  4,0%-i  sosial  məsələlərə  xərclənmişdir  (ümumi  xərclər 

                                                        

23

 Mikayılova, Nurəngiz (2015) 



 

14 


30.882.500  manat  təşkil etmişdir).

24

 Bu  məqamda  iki  həll  yolu  ortaya  çıxır;  mərkəzi 



büdcədən  bələdiyyələrə  ayırmaları  artırmaq  və  bələdiyyələrin  müstəqil  şəkildə  öz 

büdcələrini maliyyələşdirməsi. Hər iki variantın reallaşması üçün güclü iqtisadiyyat və 

infrastruktur gərəkdir. Mövcud böhran şəraitində bunları reallaşdırmaq o qədər də asan 

olmasa  da,  böhrandan  sonrakı  dövrdə  bələdiyyələrin  maliyyə  mənbələrinin 

yaxşılaşması üçün işlərin görülməsi mütləqdir.  

 

Müavinət və pensiyaların həcmi artırılmalıdır 

 

Azərbaycandakı sağlamlıq imkanları məhdud şəxslərin bir çoxunun üzləşdiyi başlıca 

problem  yoxsulluqdur.  Dövlət  tərəfindən  onlara  verilən  aylıq  müavinətlərin  həcmi 

nəyin ki onların ehtiyaclarını tam ödəmir, müavinətlər hətta minimum yaşayış həddini 

də  aşmır.  Sosial  müdafiə  xərcləri  ümumi  büdcə  xərclərinin  36,1%-i  təşkil  etsə  də, 

məbləğin artırılmasına ehtiyac vardır. Hazırki vəziyyətdə büdcə gəlirlərinin azaldığı bir 

şəraitdə belə bir artım etmək elə də asan olmaya bilər. Lakin əhalinin sosial rifahının 

dövlət siyasətinin prioritetlərindən biri olduğunu nəzərə alsaq, belə artıma ciddi ehtiyac 

var. İnkişaf etmiş ölkələrdə və qonşu Türkiyədə sağlamlıq imkanları məhdud şəxslərin 

rifahının yaxşılaşdırılmasında təkcə dövlət yox, özəl sektor da ciddi rol oynayır ki, bu 

da dövlətin yükünü azaldır. 

 

Qeyd edildiyi kimi, dövlət tərəfindən onlara verilən aylıq müavinətlərin həcmi nəyin ki 



onların ehtiyaclarını tam ödəmir, müavinətlər hətta minimum yaşayış həddini də aşmır. 

Düzdür, inkişaf etmiş dövlət olan Britaniyada da verilən müavinətlər adətən minimum 

yaşayış  haqqından  aşağı  olur.  Lakin  bu  ölkədə  sağlamlıq  imkanları  məhdud  şəxslər 

saysız-hesabsız güzəştlərdən, pulsuz səhiyyə və nəqliyyat xidmətindən faydalanır. Bu 

cür güzəştlərin olmadığı Azərbaycanda hal-hazırda verilən aylıq pensiya (149,09 AZN) 

və  əlillik  müavinəti  bu  qəbildən  olan  şəxslərin  həyat  şəraitinin  yaxşılaşdırılmasına 

kifayət  deyildir.  Ümumiyyətlə  isə,  sağlamlıq  imkanları  məhdud  şəxslər  minimum 

yaşayış həddi müəyyən edilən zaman diqqətdən kənarda qalırlar. 

 

 

 

                                                        

24

 Dövlət Statistika Komitəsi (2015) 



 

15 


Baxıcı və qayğı çəkənlərin diqqətdən kənarda qalması 

 

Azərbaycandakı  sağlamlıq  imkanları  məhdud  şəxslərin  rifahının  yaxşılaşdırılması 

siyasətinin  digər  zəif  cəhəti  isə  onun  baxıcı  və  qayğı  çəkənləri  diqqətə  almamasıdır. 

Qanunvericilik  sağlamlıq  imkanları  məhdud  şəxslərin  özünə  çoxsaylı  hüquq  və 

müavinətlər  versə  də,  onların  qayğısına  qalmaq  üçün  hər  gün  saatlarla  vaxt  ayıran 

şəxslərə heç bir müavinət düşmür.  

 

İcbari tibbi sığorta 

 

Uzun  illərdir  müzakirə  olunmasına  rəğmən,  ölkəmizdə  icbari  tibbi  sığortanın  tətbiq 

edilməməsi bu sosial qrupun da vəziyyətinə birbaşa mənfi təsir göstərir. Qanunda tibbi 

xidmətin pulsuz göstərilməli olduğu qeyd edilsə də, reallıqda müşahidə olunan mənzərə 

budur  ki,  digər  insanlar  kimi  sağlamlıq  imkanları  məhdud  şəxslər  də  səhiyyə 

xidmətindən  lazımınca  faydalana  bilmirlər.  Sağlamlıq  imkanları  məhdud  şəxslərin 

səhiyyə sisteminə xərclədiyi pullar barədə dəqiq statistika olmasa da, bu xərcləməlrin 

onların ümumi xərclərindəki xüsusi çəkisinin az olmadığını güman etmək olar. 



 

Özəl sektor daha fəal olmalıdır 

 

CESD  və  Konrad  Adenauer  Stiftung  təşkilatının  apardığı  tədqiqat  göstərmişdir  ki, 



Azərbaycanda  korporativ  sosial  məsuliyyət  istənilən  səviyyədə  deyildir.  Bunun 

nəticələrindən biri də özəl sektorun sağlamlıq imkanları məhdud şəxslərə xüsusi qayğı 

göstərməməsidir. Ölkəmizdə ictimai nəqliyyat, telekommunikasiya, tibbi xidmətlər və 

s. sektorunda fəaliyyət göstərən şirkətlərin demək olar ki, heç biri sağlamlıq imkanları 

məhdud  şəxslərə  güzəşt  və  endirimlər  təklif  etmir.  Bundan  başqa,  özəl  sektorda 

infrastruktur müyəssərliyi də istənilən səviyyədə deyildir. 

 

Tibbi-sosial ekspertizada şəffaflığın təmin edilməsi 

 

Əlillik dərəcəsi kriteriyalarının verilməsində şəffaflıq tam olaraq təmin edilməmişdir. 

Digər  hallarda  isə  ekspertiza  nümayəndələri  özləri  müxtəlif  vasitələrə  əl  ataraq 

sağlamlıq  imkanları  məhdud  şəxslərdən  qeyri-qanuni  ödəniş  tələb  etməsi    halları 

mətbuatda geniş işıqlandırılmışdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, son illər 


 

16 


bu hallar ilə mübarizə xeyili gücləndirilmişdir. Əlillik dərəcəsinin təyin olunmasında 

avtomatlaşma və texnologiyadan istifadənin belə halları azaldacağını hesab etmək olar.  

 

Ədəbiyyat siyahısı 

 

Barnes, Colin və Messner, Geof (2005). Disability, work, and welfare 

challenging the social exclusion of disabled people. 19 (3) pp.527-545 

Scope (2016). İnternet vebsaytı - http://www.scope.org.uk/ 

 

Community Development Authority (2016). İnternet vebsaytı - 



https://www.cda.gov.ae/en/socialcare/SocialBenefits/Pages/TuitionFees.aspx 

 

Mikayılova Nurəngiz (2015) Azərbaycanın İqtisadi İnkişafında və İdarəetmədə 



Bələdiyyələrin Rolu. Əmək və Sosial Problemlər jurnalı, No.2 (16), 2015 

 

Emirates News Agency (2015). UAE Cabinet endorses AED 48 Billion for 2016 



Federal Government Budget. Internet vebsaytı - 

https://www.wam.ae/en/news/emirates/1395287125114.html 

The National UAE (2015) ‘100 per cent inclusion for disabled people is UAE’s goal’. 

İnternet vebsaytı - http://www.thenational.ae/uae/100-per-cent-inclusion-for-disabled-

people-is-uaes-goal 

Engelli Blog (2015) Engelli Su İndirimi. İnternet vebsaytı - 

http://www.engelliblog.com/2015/10/engelli-su-indirimi/ 

Estoniya Sosial Sığorta Şurası (2016) İnternet vebsaytı- 

http://www.sotsiaalkindlustusamet.ee/social-benefits-for-disabled-persons/ 

Luxpress (2016). İnternet vebsaytı -http://www.luxexpress.eu/en/learn-about-

available-discounts 

Baldock, John., Mitton, Lavinia., Manning, Nick and Vickerstaff, Sarah (2012). 

Social Policy. Oxford, Oxford University PressHuman Rights Centre (2015). Human 

Rights in Estonia 2014-2015 İnternet vebsaytı - http://humanrights.ee/en/annual-



human-rights-report/human-rights-estonia-2014-2015/ 

Yüklə 125,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin