İnformatikanin əsaslari


Mətn informasiyasının 2-lik kodlaşdırılması



Yüklə 1,28 Mb.
səhifə43/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   156
nformatikanin saslari

Mətn informasiyasının 2-lik kodlaşdırılması


60-cı illərin sonundan etibarən kompüterlər mətn informasiyasının işlənməsinə daha çox tətbiq edilməyə başlamışdır. İndi dünya üzrə kompüterlərin böyük əksəriyyəti mətn informasiyasının emalı ilə məşğuldur. Ənənəvi olaraq 1 simvolun kodlaşdırılması üçün 1 bayt ayrılır. Bu halda 256 simvol kodlaşdırmaq mümkündür. Bu, mətn informasiyasını kodlaşdırmaq üçün kifayətdir. Beləliklə, insan hərfi şəklinə görə, kompüter koduna görə tanıyır. 0-dan 32-dək ilk 33 kod əməliyyatlar (sətri dəyişmək, probel daxil etmək və s.) üçündür. 33-dən 127-dək latın əlifbasına, rəqəmlərə, hesab əməllərinə və durğu işarələrinə, 128-dən 255-dək milli əlifbalara ayrılmışdır.
Hal-hazırda Unicode adlı beynəlxalq standartdan istifadə edilir ki, bu da hər simvola
2 bayt yer ayırır. Bu kodla 65536 simvolu kodlaşdırmaq mümkündür. 1997-ci ildən
Microsoft Windows&Office platforması Unicode keçmişdir.
    1. Şəkil və səsin analoq və diskret təqdim edilmə üsulları


İnsan informasiyanı hiss üzvlərinin yaratdığı obrazlar formasında qəbul edir. Şəkil və səs obrazları müxtəlif informasiya daşıyıcılarında saxlana bilir. Şəkil və səs informasiyası həm analoq, həm də diskret formada təqdim edilə biləndir. Analoq siqnal kəsilməzdir. Diskret siqnal kəsiləndir. Analoq şəkil rənglərin tədrici keçidi ilə, diskret şəkil isə rəngli nöqtələrlə yaradılır. Analoq səs adi qrammofon valındakı dalğalı cığırlarda saxlanır. Diskret səs audio kompakt diskdəki fərqli əks etdirmə sahələri ilə saxlanır. Analoq şəkil və səs diskretləşdirilə biləndir. Bunun üçün kəsilməz siqnalı kiçik kvantlara bölmək kifayətdir. Hər bir kvant ayrıca koda malik olur və beləliklə, kəsilməz (analoq) informasiya rəqəmlərlə ifadə edilmiş olur.


      1. Qrafik informasiyanın 2-lik kodlaşdırılması


Şəklin məkanca diskretləşdirilməsi. Şəklin kodlaşdırılması onun rəngli nöqtələrə çevrilməsi şəklində həyata keçirilir. Hər nöqtənin koordinatları və rəngi rəqəmlə ifadə edilir. Şəklin keyfiyyəti, bir tərəfdən, nöqtələrin sayından və böyüklüyündən asılıdırsa, digər tərəfdən də, rəng çalarlarının sayından (palitradan) asılıdır. Nöqtələr kiçik və çoxsaylı və rəng çalarları çox olduqca şəkil keyfiyyətli alınır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin